Poeziyanın əlahiddə gücü var; illərlə, hətta əsrlərlə hansısa poetik nümunənin təsirindən çıxa bilmirik.

Artıq qeyri-adiliyini anladığımız sözlər hər addımda bizi müşayiət edir, hisslərimizə sığal çəkir, kiminə oğul, kiminə qardaş, kiminə sevgili olur...

Rahil Tahirlinin şeirləri həmin o poetik gücü özündə hifz edir.

Sənin duyduğundan çoxunu duyub,
Səndəki sevdiyim qoxunu duyub,
Gəlib içindəki qorxunu duyub
Uzanıb yanına yatdığım dəniz.


Rahil Tahirlinin poetikası dərin dünyaları ehtiva edir. Sanki dünyagörmüş qoca qərinələrin o tayından hansısa gizlinlərdən bizi xəbərdar etmək üçün qayıdıb gəlib. Özündən özünə yollar görünür bu şeirlərdə. Bəlkə də şair o qocanın fərqində deyil, amma əmindir ki, insanın ən müqəddəs görəvi onun öz ruhunu dinləməsidir; kahin kimi özünə sığınıb özünə doğru yol almaqdır.

Ta özümdən özümə
Gedib gələ bilmirəm.
Hərdən də bir iş çıxır
Gedib ölə bilmirəm.


Bəzən təsəlli tapmaq özü belə müşkülə çevrilir. Belə vaxtda Rahil təsəllidən də kənar gəzir. Ona görə yox ki, öz xəyallarını puç etmək istəmir, ona görə ki, təsəlli sözlərini təsəllisiz qoymaq istəmir.

Arzum yolda qalmasa,
Məni fikir almasa.
Aynalar da olmasa,
Unudaram özümü...


Şairin yaddaşını bərpa etməsi üçün aynalara güvənməsi Çarli Çaplinin müdrik sözlərini yadıma salır: "Ayna mənim ən böyük dostumdur, çünki mən ağlayanda o əsla gülməz".

Rahil Tahirlinin şeirləri fəlsəfi fikrin sözə sıxılmış əksidir.

O, nə kasıb komasına,
Nə daş-qaşa, zərə girdi.
Gördü ömürdən qaçammır,
Yer oydurdu, yerə girdi.


Rahil Tahirlinin şeirlərində ümidlə ümidsizlik qoşadır. Və hər ikisində uşaq məsumluğu və məyusluğu var. Ona görə də gedişiylə gəlişi eyni dərəcədə ümidlidi. Poeziyada "getmək" heç də həmişə hərfi mənada getməyi ifadə etmir. Rahilin getməyi də hamımız anladığı anlamda getmək deyil. Bu, özünə sığınmaqdı, yol gözləməkdi, bəlkə də gəlməkdi. "Qala-qala getmək" də var. Bəlkə də o, ona görə özünü sözlə ifadə edir ki, onu sözdən yaxşı anlayan yoxdur. Hamıdan yaxşı Söz bilir ki, Rahil gedəndə belə, inandığı nəsnələrə doğru yol gəlir.

Getdimsə, de, hansı tərəfə getdim,
Sənə elə gəldi, mən qalıb getdim.
Mən səndən həyatda bir dəfə getdim,
O da sən durmuşdun, mən dalıb getdim.


Müdrikliyin yaşı yoxdur. Üzərindən nə qədər vaxtın keçməsindən asılı olmayaraq bu sözlər həmişə müdrik qoca kimi qarşımıza çıxacaq. Dünyanın qəzəbindən-kinindən nələr desələr də, üzündə və ürəyində uşaq sevinci olan bu müdrik kiçik, amma böyük sevinclərdən danışacaq. Və insanlar bu təbəssümdə ancaq sevgi və səadət görüb başqa heç nəyə inanmaq istəməyəcəklər. Bəlkə də o müdrik bunun belə olduğunu düşünəcək... Ona görə də yorulmadan sevgi haqqında dualar oxuyacaq...

Səs eşitcək özün get,
Öz hayına özün yet,
Durub dünyanı hiss et
Dünya bürünsün sənə.


İnsanı necə xilas etmək olar? Rahil düşünür ki, onu sevməklə qurtarmaq olar.

Can görür can üstəsən...
Həkim deyir xəstəsən.
Nəyi görmək istəsən
İnan, görünsün sənə.


Rahilin şah əsərlərindən biri "Düyün" şeiridi. Adamları da düyünlü ağaclara bənzədir, "əslində ağac kimi düyünü olmayan adam yoxdur",- deyir. Dünya böyük bir düyündür...

Yox, biz sıxılmırıq, düyünlər sıxır,
Dünyamız düyündür göyün içində.
Hər düyün altından bir düyün çıxır,
Adam düyün düşür düyün içində.


İnsan yaranandan dünyanın əzəli sirrini açmağa cəhd edir, cürbəcür miflər ərsəyə gətirir, dünyanın yozumu haqqında min fikir söyləyir, amma növbəti düyününü açdığı yerdə qarşısına yeni bir düyün çıxır. Bəlkə də tanrı bizi düyünə salmaq üçün dünyaya gətirir. Və bəlkə də həyat özü elə bu düyünləri açmaq cəhdindən ibarətdir.

Biz altdan yuxarı baxırıq göyə,
Elə hamı düşür göyün üstünə.
Elə düyünlər var açmayaq deyə,
Allah düyün vurmuş düyün üstünə.


Şeirlərin birində şair tərəf - müqabilini oyuna dəvət edir: "bir-birimizi uzağa ataq, kim daha uzağa atsa, o da udsun oyunu". Bamsı Beyrəklə Banıçiçəyin bir-birini sınaması haqda dastan süjetini xatırlayıram. Amma Rahilin şeirindəki yarışma fəlsəfi dondadır, bu yarışmada kim uzağa atsa, o, daha yaxşı unudacaq. Bəlkə də sevginin ən böyük əzabı unutmaq və ya unudulmaqdır. Unuda bilən bu oyunu aparacaq. Kim yaxşı unudacaqsa, o da qalibdi. Amma bu şeirin kədərini duyan, bu oyunda hər hansı bir qalib görmək istəməz...

Gəl, son bir oyun oynayaq,
Kim birinci getsə, udsun.
Gəl ataq bir-birimizi,
Kim uzağa atsa, udsun.


Rahil şeirlərinin birində belə bir şahanə ifadə işlədir: "Olum dilinin ucunda, amma yadına düşməyim". Bu misra "dilimin ucundakı söz" ifadəsini yadıma salır. Nəyisə unudanda "dilimin ucundadır" deyirik, yəni nə illah ediriksə, o söz yadımıza düşmür, amma dilimizin ucundadı, yəni bizə çox tanışdır, doğmadır, bəlkə elə bizə bu qədər yaxın olduğu üçün indi fərqinə vara bilmirik...

Rahilin misrasında söz yeni tərəfdən görünür, yozulur.

Ayrılaq - sevgi yaşasın,
Gəlib oduna düşməyim.
Olum dilinin ucunda,
Ancaq, yadına düşməyim.



Başqa bir şeirində təxminən "dilimizin ucundakı" həmin sözü deyir:


Quşlar uçar çəndən uzaq,
Dolanmazlar dəndən uzaq.
Ancaq mənə səndən uzaq,
Səndən doğma adam yoxdur.



Rahilin şeirləri xalq ruhuna köklənib. Şeirlərinin birində isə Aşıq Veysəlin xiffətini duyuram. Həm də qəlb gözüylə görən Rahil torpağa sədaqətlidir. "Mənim sadiq yarım qara torpaqdır", -deyən Aşıq Veysəl kimi.


Yarpağı düşər budağın,
Yolu aşılar bu dağın,
Öpüb, qoxlayıb... torpağın
Yaxasın açıb geyərəm.



Bu şeirləri oxuyanda sufi təbiətini duyursan, müəllif uzaq yolların səyyahı kimi qarşımıza çıxır, kiçik, amma böyük həqiqətlər söyləyir. Budur, həmin yolçu mənzilbaşına yetib.


Vardır çoxlu günahım,
Çoxlu savab əməlim.
Bu günüm necədirsə,
Elə idi əvvəlim,
Aç qapını mən gəlim.



Bir əlində çiçək, bir əlində xəzan. Həm keçmiş, həm gələcək. Ümid və ümidsizlik. Günah və savab... O bilmir, bu, doğuluşdur, yoxsa əcəl. Amma hər iki halda əbədiyyətdir...


Bir əlimdə çiçəyim,
Bir əlimdə xəzəlim.
Necə döyüm qapını?!
Döyməyə gəlmir əlim,
Aç qapını mən gəlim.
Yol gəlib yorulmuşam,
Yumulmuşam - dincəlim.
Yaman verib Allahım,
Yaman gəlib əcəlim,
Aç qapını mən gəlim.



Özü haqda ən müdrik sözü isə Rahil Tahirli özü şeirlərində deyir. Məsələn, "Qərib bir adam" şeirində yeganə obraz onun özüdür. Tarix kimi ağır ləngərli bu şeir zaman etibarilə uzaq mifləri yadıma salır. Yenə həmin qoca gözümün önümdən keçir. Bax, yoldakı o qalalar- zamandı, hər qaladan keçdikcə zamandan-zamana adlayır qoca. Bəzən zamanın təkəri geriyə fırlanır və qoca geriyə qayıdır. Bəlkə də mənzilbaşına yetib, ya da yetdiyini sanıb, kim bilir...


Bu qərib dünyada qərib bir adam
Dişini dişinə bərk-bərk sıxardı.
Havayı gələrdi dərdi, məlalı,
Çörəyi bir qara daşdan çıxardı.
Hamı sevgiliydi, hamı yar idi,
İçində bahardı, üstü qar idi,
Dünyada bir quru canı var idi,
Onu da min dəfə oda yaxardı.
Başqa bir boxçanı eşib getməzdi,
Dəydiyi ürəyi deşib getməzdi,
Çayın kənarıyla düşüb getməzdi,
Qarışıb çay ilə birgə axardı.
Elə yapışmışdı söz sinəsinə,
Elə bil yapışıb köz sinəsinə.
Söykənib evinin pəncərəsinə
Özü olmayacaq günə baxardı.
Bu qərib dünyada qərib bir adam...
Poeziya nə üçün lazımdır?


Kimi deyir, daxili azadlıq üçün, kimi deyir, özünü ifadə üçün, kimi deyir mənəvi ehtiyac üçün... Poeziyanı hərə bir cür sevir. Və məncə, poeziya ona görə lazımdır ki, daxilimizdə əyləşib ümid edən, nikbin düşünən və uşaq təbəssümüylə gülümsəyən insanı qoruya bilək. Bəlkə də özümüz də fərqində olmadan oxuduğumuz şeirləri o insanın qulağına dua kimi pıçıldayırıq.

Rahil Tahirlinin şeirləri bizi o insana yaxınlaşdırır...

Günel Natiq

"525-ci qəzet"

21.05.2020

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-38 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-26 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

18-09-2020-15-19 Xəbərlər

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühü...

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

18-09-2020-13-50 Xəbərlər

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

18-09-2020-13-11 Xəbərlər

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

18-09-2020-12-45 Xəbərlər

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Ötən günün mənzərəsi - VİDEO

18-09-2020-11-13 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

18-09-2020-09-57 Xəbərlər

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev mu...