Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Kitab Klubu instagram sosial şəbəkəsinin canlı yayımında tələbələrin və oxucuların Naxçıvanlı alim və yazar, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova ilə görüşünü təşkil edib.

Tədbirdə  əvvəlcə yaradıcılığı haqda məlumat verməklə başlayan Leyla Səfərova “Sehrli aləm olan kitab bir yazarın gözündə” mövzusunda təlim keçib.

Bir saatdan artıq davam edən təlimdə  yazıçı ADU TEC-nin üzvlərinin  kitaba münasibət, ədəbiyyatımızın bugünkü vəziyyəti, yazıçıların əsərlərində qoyulan mövzularla  bağlı sualları cavablandırıb.

www.naxcivantv.az