Qədim Naxçıvan özünün bənzərsiz turizm-rekreasiya ehtiyatları  ilə həmişə bura  səyahət edən turistlərin diqqətini cəlb edir.

İstər təbii, tarixi-mədəni, istərsə də sosial-antropoloji resuslar baxımından Azərbaycanın bu qədim   diyarında turistlər üçün  çox geniş məzmunlu turizm ehtiyatları vardır. Təsadüfi deyil ki, Naxçıvana səyahət edən turistlər  bütün dünyadan daha fərqli  məkana düşdüyünü,  insan, təbiət və tarix anlayışının bir ahəngdə bir-birini tamamladığını etiraf edirlər. İntensiv sosial-iqtisadi  həyatın yaratdığı gərginliklərdən azad olmaq, mənəvi zənginliyə qovuşmaq və sağlamlığı  bərpa etmək istəyən turistlərin də tələbatları budur.

Naxçıvanın simvoluna  çevrilən, onun qürurunu və bütün dünyada bənzərsizliyini göstərən  Haçadağ bir təbiət abidəsidir.  Əzəmətli dağın turizm-rekreasiya cazibəsi onu görənləri həmişə heyrətə salır. Coğrafi cəhətdən hardasa Naxçıvanın tam mərkəzi mövqeyində olan Haçadağ sanki bir alınmaz qala kimi hələ uzaqdan özünün  qürurlu duruşunu hamıya göstərir, qonaqları salamlayır, bədniyyətlilərin canına qorxu salır. Turistlər üçün  isə Haçadağın ecazkar mənzərəsi Naxçıvana enən hava gəmisinin pəncərəsindən başlanır. Bu cazibə qüvvəsi özünün inikasını daha sonra turistlərin Naxçıvanla tanışlığı zamanı hər yerdə rastlaşacağı qonaqpərvərlik, sosial həyatdakı qayda-qanun və insanların gündəlik  həyatındakı axıcı bir ahəngdə tapır.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun qurtaracağında, Əlincə çayının sol sahilində yerləşən Haçadağ vulkan mənşəli dağdır. Demək olar ki, Naxçıvanın hər yerindən aydın görünən dağın  hündürlüyü  2415 metrdir və sinəsində kolluq, dağ-meşə landşaftı yayılıb. Əfsanəyə görə Nuh Peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən İlandağın zirvəsinə elə güclü toxunub ki, dağ haçalanıb. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.

Haçadağ Naxçıvanın hazırda ən məhşur turizm marşrutlarıdan biri olan Naxçıvan-Əlincə turizm marşrutunun üzərində yerləşir. Əlincəyə çatmağa az qalmış turistlərin gözü qarşısında əzəmətlə ucalan Haçadağ sanki Əlincə qalanın böyük qardaşı kimi tarix  boyu Naxçıvana gəlmiş səyyahları salamalayaraq öz varlığını bütün dünyaya tanıdıb. İlin çox vaxtı incəbelli nazlı gəlin kimi ağ örpəyə bürünən Haçadağın sinəsindəki dumanın uzaqdan görünüşü fotoqraf həvəskarları  olan turistlər üçün əsl turizm resursudur. Haçadağa  qalxmaq, buradakı zəngin flora və fauna ilə tanış olmaq istəyən turistlər üçün isə onları burada bambaşqa bir dünya gözləyir. Dağa yaxın olan Gal və Xoşkeşin kəndlərinin yerli sakinlərinin və dağa dırmanmış alpinist turistlərin dediklərinə görə buradakı vəhşi həyatın  zənginliyi  heç də Amazon cəngəlliklərindən geri qalmır. Şübhəsiz Naxçıvandakı təmiz ekoloji şərait və təbiətin qorunmasına yönəlmiş tədbirlər Haçadağ və ətrafında da hər kəsin gözünü doyura biləcək bir təbii zənginlik yaradır. Yerli faunaya  xas olan vəhşi heyvanları, nadir quşları, unikal dərman bitkiləri, qayada bitmiş kol və ağacları, dağın zirvəsinə yaxın yerdən qaynayan buz bulaqları olan  Haçadağ  hazırda ekoturistlərin, alpinistlərin və ekstermal yürüş həvəskarlarının həvəslə dırmandığı bir turizm destinasiyadır. Dağa Culfanın Gal və Xoşkeşin kəndlərindən yerli bələdçilərin xidmətlərindən istifadə etməklə dırmanmaq olar. Haçadağ təkcə turistlərin  maraq obyekti deyil, həm də xalqımızın milli sərvəti, ümumbəşəri  tanışlıq dəyəri daşıyan bir   təbiət möcüzəsidir.

İlin yaz fəsli, ayların yağmurlu, günlərin daha uzun və havanın da şəffaf vaxtlarıdır. Belə bir zamanlarda Naxçıvanın Haçadağını bir daha görmək  və onun  gözəlliyini yaddaşlara köçürməyin  əsl  vaxtıdır.

                                                                       Həbib Zeynalov

                                                    Naxçıvan Dövlət Universitetinin  müəllimi

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

01-06-2020-12-06 Xəbərlər

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur.

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01-06-2020-12-03 Xəbərlər

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır. 

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

01-06-2020-11-59 Xəbərlər

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

Bu gün səhər saat 10-a olan məlumata görə, orta ixtisas və ali məktəblərə sənəd ...

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

01-06-2020-10-47 Xəbərlər

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər h...

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

01-06-2020-10-25 Xəbərlər

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mü...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

01-06-2020-09-42 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin may ayı ərzində b...

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

01-06-2020-00-00 Xəbərlər

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...

Naxçıvanda sabaha olan hava proqnozu

30-05-2020-15-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 30-a gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvana uçuşlar bərpa edilir

29-05-2020-18-51 Xəbərlər

Naxçıvana uçuşlar bərpa edilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdar...

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

28-05-2020-16-22 Xəbərlər

“28 May Respublika gününə” həsr olunan onlayn konsert

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Sarayında Naxçıvan ...