Artıq  dörd  ildir ki , xalqımız üçün  aprel ayının mahiyyəti dəyişib.

Ordumuzun  şanlı zəfər tarixi kimi  xatırladığımız   bu  ayın ilk beş günü   tarixə “beş günlük müharibə” kimi  düşdü.  Hər il təqvimin bu günlərini  həm sevinc, qürur, həm də kədərlə anırıq. Çünki   məhz bu döyüşlər nəticəsində Lələtəpəmiz, Cocuq Mərcanlımız  şanlı hilalına, müqəddəs Üçrənglisinə qovuşdu.  İnanırıq ki,  bir gün şanlı bayrağımız  Kəlbəcərdə, Şuşada  da dalğalanacaq.   

Ömrünün on doqquzuncu baharında şəhidlik  məqamına ucalan Əzizzadə Xaliq Həsən oğlu da adını Aprel döyüşlərində Vətən torpaqlarının bütövlüyü uğrunda canını sipər edənlərin cərgəsinə yazdırdı...

Xaliq  Qasımovlar ailəsinin son beşiyi idi. Ailədə üç övlad idilər . Ancaq Xaliq fərqli idi .Yaddaşımda  ağıllı-kamallı , qocaq, mehriban , ailəcanlı uşaqlıq dostu olaraq qaldı.  

Xaliq 1996-ci ilin  avqustun 27 də Şərur rayonunun Aşağı Yaycı  kəndində doğulub.  Ailəsi  Qərbi Azərbaycanın  Vedi rayonundan idi .  Ötən əsrin sonlarında  dədə-baba torpaqlarından  didərgin düşüb,    Aşağı Yaycı kəndində  məskunlaşmışdılar. Yayda   biz yayalağa gedəndə Xaliq də ailəsi ilə gələrdi . O zamanlar mənim   12 yaşım , Xaliqin isə 7 yaşı var idi. Anası Nigar  xanımın  Xaliq    deyə səsləməsi hələ də qulaqlarımdadır. Sonra onlar Bakıya köçdülər.... Mən onun adını illər sonra Aprel şəhidlərinin sırasında oxudum. Anası yenə Xaliq deyə çağırırdı...son dəfə.. daha böyük  qürurla....

Xaliqlə bağlı yazı hazırlamaq qərarına gələndə   ailəsi ilə telefon vasitəsi ilə əlaqə saxladım.   Zəngimə atası cavab verdi.  Məqsədimi bilib, oğlunun adını eşidəndə dərindən köks ötürdü, nisgilini gizlədə  bilmədi. Aradan 4 illik  bir zaman keçməsinə baxmayaraq  onun   kövrək qəlbi  hələ də rahatlıq tapmayıb. Valideynləri Xaliqin ali təhsil almasını çox istəsələr də  qismət olmuyub və o 2015 -ci ilin  ilin oktyabr ayında   hərbi xidmətə yola salınıb. Xaliq  üç ay Gəncə şəhərindəki N saylı hərbi hissədə  qulluq etdikdən sonra , onu başqa bir hərbi hissəyə-Murova, Toğanaya göndərirlər . “Mən həmişə övladlarımı  vətənpərvərlik ruhunda tərbiyə etmişəm”-deyir  şəhidin atası. Ona həmişə deyirdim ki,  ermənilər bizi torpaqlarımızdan , yurd yerlərimizdən ayrı salıb. Elə balacalıqdan uşaq ağlı dərk edirdi tarixi hadisələri. Evimizdə, ailəmizdə bizi öz torpaqlarımızdan ayrı salan mənfur düşmənə böyük nifrət vardı və Xaliq bunu duyurdu. Onu son dəfə ölümündən bir həftə əvvəl  qulluq etdiyi hərbi hissədə gördüm.

Aprel döyüşləri başlananda Xaliqə neçə dəfə zəng vurdum, telefonuna  zəng çatmırdı.  Mesaj yazdım ki,  “Xaliq çox narahatam,  vəziyyətin necedi?” Cavab gəlmədi…Sən demə, Xaliq könüllü olaraq  gedib müharibə bölgəsinə.

Aprelin beşi şəhid  Müşfiq Orucovun dəfn mərasimində  iştirak edən ataya zəng vurub tibb məntəqəsinə gəlməsini istəyirlər. Burda Xaliqin ailəsinə övladlarının şəhid olduğu xəbərini verirlər...

Həsən dayı üçün Xaliqin itkisi çox ağırdı.   Ancaq   bircə onla təsəlli tapır ki , Azərbaycan hərb tarixinə  şanlı Aprel döyüşlərini yazan qəhrəman oğullardan biri də  onun övladı -Xaliq oldu. “Xaliq  Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu .  Mən  o vaxt rahatlıq taparam ki, işğal olunmuş torpaqlarımız azad olunsun . Onda bilərəm ki ,övladımın qanı yerdə qalmayıb” -deyir şəhid atası …

“Hələ də  onun  yoxluğuna inana  bilmirəm”-bunu isə Nigar  ana deyir . Haradansa  bir gün  gələcəyi  günü gözləyirəm… Xaliq  son günədək   anasına hər gün  zəng edərmiş.  Sonuncu zəngi isə aprelin 4 –ü saat  16:30 da olur.    “Ana narahat olma, yaxşıyam, məntəqədəyəm”- deyir . 

Bir vaxtlar yaşadığı , yeniyetməlik dövrünü keçirdiyi  evin hər divarında Xaliqin şəkilləri var.   Bir otaq   isə bütövlüklə    onun xatirəsini yaşadır . Arzuları çox idi oğlu ilə bağlı  , Xaliq  hərbi xidmətini başa vuracaq , onu sevdiyi qızla nişanlayacaq, oğul toyu edəcək , evinə gəlin gətirəcəkdi….

Hərbi hissədə sanitar  maşının  sürücüsü idi, sanitar məntəqəsində qulluq edirdi Xaliq.  Sürücü olduğuna görə onu aparmasalar da , könüllü getmişdi    döyüş bölgəsinə   və  aprelin dördündən beşinə keçən gecə   təmas xəttində baş verən atışma zamanı düşmənin atdığı   güllə yarasından   şəhid oldu. Aprelin 6-da böyük izdihamla , üçrəngli vətən bayrağına bükülüb  son mənzilə yola salındı.    Ölümündən sonra  “Hərbi xidmətdə  fərqlənməyə görə “ III dərəcəli medalla təltif  olunub  Xaliq Əzizzadə….

Xaliq haqqında yazarkən onun  yaraşıqlı , nur  üzlü uşaqlıq  çöhrəsi gəlir gözümün önünə …. Onunla  bağlı olan videomateriallara  baxıram . Orta məktəbdən  məzun olarkən çəkilən videoda gələcək arzularından danışır. Ancaq sən demə, ən böyük arzusunu eləcə qəlbində daşıyırmış. Onun üçün yaxınları   “ Murov qartalı”  deyərlərmiş. Düşməndən  qisas almaq arzusu ilə yaşayan,  qorxmaz və mərd olduğu üçün. O  bilirdi  ki, müstəqil Azərbaycanın sərhədlərini qorumaq  bir əsgər kimi onun  borcudur. O borcu erkən , gənc yaşında qanı ilə, canı ilə,  şərəflə yerinə yetirdi.   Adını əbədilik yazdırdı Vətən daşına… Vətən isə Xaliqlərini  heç vaxt unutmur, unutmayacaq.

Şəhid Xaliq Əzizzadə həyatdakı tək amalına,arzusuna qovuşdu. Həmişə deyərmiş ki, kaş müharibə ola ,  torpaqlarımızı azad etməyə yollananların cərgəsində mən   də olam…. Xaliq   arzusuna çatdı ! Uğrunda canından keçdiyi vətən torpağının qartal  qanadlı  igidi, ŞƏHİDİ oldu. 

Şəhid nisgili ağır olsa da ,  yaşatdığı qürur hissi böyükdür. Bu qüruru bizə yaşadanları Azərbaycan xalqı  daim böyük sevgi və minnətdarlıqla xatırlayacaq.

Türkanə Əmoyeva

NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələlər keçirilir

05-06-2020-18-52 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələlər keçirilir

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Əm...

Naxçıvanda Respublika üzrə Fənn Olimpiadasının final turu keçirildi

05-06-2020-18-09 Xəbərlər

Naxçıvanda Respublika üzrə Fənn Olimpiadasının final turu keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün  Naxçıvan şəhər 4 nömrəli ...

NDU-nun tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

05-06-2020-17-26 Xəbərlər

NDU-nun tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb...

Naxçıvanda sabaha olan hava proqnozu

05-06-2020-16-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 6-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Təhsil Nazirliyi: Buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib

05-06-2020-16-02 Xəbərlər

Təhsil Nazirliyi: Buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib

Yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələri tər...

145-in KADRARXASI - Elşən Məhərrəmov

05-06-2020-15-40 Xəbərlər

145-in KADRARXASI - Elşən Məhərrəmov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə ...

DSX: Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir

05-06-2020-15-19 Xəbərlər

DSX: Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir

Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “hayzinvor.am” saytınd...

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

05-06-2020-14-38 Xəbərlər

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Naxçıvan Qarnizonunda hərbi qull...

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün 4500-dək subbakalavr ərizəsini təsdiqlədib

05-06-2020-14-19 Xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün 4500-dək subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabr ayında yenidən imtahanlar təşkil olunacaq

05-06-2020-13-57 Xəbərlər

Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabr ayında yenidən imtahanlar təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-11-dən etibarən hər həftəiçi günləri...

Bu gün görkəmli aktyor Hamlet Xanızadənin doğum günüdür

05-06-2020-13-30 Xəbərlər

Bu gün görkəmli aktyor Hamlet Xanızadənin doğum günüdür

Teatr və kino sənətinin qüdrətli aktyorlarından olan Əməkdar artist, respublika ...

XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur

05-06-2020-12-03 Xəbərlər

XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

05-06-2020-10-57 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazi...

NMİ-nin tələbələrinə onlayn açıq dərs keçirilib

05-06-2020-10-14 Xəbərlər

NMİ-nin tələbələrinə onlayn açıq dərs keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan...

5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

05-06-2020-09-00 Xəbərlər

5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli q...

Nəsirəddin Tusi müharibə və sülh haqqında

04-06-2020-17-40 Xəbərlər

Nəsirəddin Tusi müharibə və sülh haqqında

Azərbaycanın dövlətçiliyi qədər, onun beynəlxalq əlaqələri və xarici siyasəti də...

Prezident Naxçıvanın meliorasiya və su təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

04-06-2020-17-19 Xəbərlər

Prezident Naxçıvanın meliorasiya və su təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyunun 4-də Su təsərrüfatı və meliorasiya işçilərinə “Əmə...

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib - VİDEO

04-06-2020-17-00 Xəbərlər

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərin hərbi vətənpərlik tərbi...

Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq

04-06-2020-16-06 Xəbərlər

Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərində 6 mərtəbədən iba...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

04-06-2020-15-45 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi...

Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

04-06-2020-15-24 Xəbərlər

Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının ik...

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

04-06-2020-14-10 Xəbərlər

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonu...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

04-06-2020-14-00 Xəbərlər

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iy...

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

04-06-2020-13-31 Xəbərlər

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Ötən günün mənzərəsi - VİDEO

04-06-2020-10-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

04-06-2020-10-20 Xəbərlər

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiri...

Naxçıvanda idman inkişafın yeni mərhələsində

04-06-2020-09-19 Xəbərlər

Naxçıvanda idman inkişafın yeni mərhələsində

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkiş...

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

04-06-2020-09-00 Xəbərlər

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zən...

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...