Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti vətənimizin qarşılaşdığı daxili və xarici təhlükələri nəzərə alaraq 28 mart 1919-cu ildə ilk təhlükəsizlik orqanını yaratmışdır.

Ulu öndərin 1997-ci ildə imzaladığı Sərəncamla 28 mart ölkəmizdə təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir, mühüm strateji və coğrafi mövqedə yerləşən muxtar respublikanın təhlükəsizliyi təmin olunur.

NUHÇIXAN aktuallığını nəzərə alaraq ötən il “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyinn təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışını təqdim edir:

“Bu il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi tamam olur. Dahi şəxsiyyətin siyasi və dövlətçilik fəaliyyətində xüsusi xidmət orqanlarında çalışdığı illər, bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər xüsusi yer tutur. Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətçiliyinin mühüm sahəsi olan xüsusi xidmət orqanlarının formalaşması və inkişafı Ümummilli Liderimizin adı ilə bağlıdır. Ötən əsrin 60-cı illərində Ulu Öndər Sovetlər Birliyinin bütün siyasi-ideoloji maneələrinə baxmayaraq rəhbərlik etdiyi təhlükəsizlik orqanlarında milli kadrların önə çəkilməsinə nail olmuş, bununla da xalqımızın milli özünüifadəsinə hərtərəfli şərait yaratmışdır. Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövründə də təhlükəsizlik orqanlarında işin təşkili əsas götürülmüş, 1992-ci il sentyabrın 20-də Ali Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılmışdır. Müstəqillik illərində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının maddi-texniki bazası gücləndirilmiş, müasir xidmət şəraiti yaradılmış, kadr potensialı təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə dövlət idarəetmə strukturunda aparılan islahatlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə Xarici Kəşfiyyat Xidməti yaradılmış və əsasnamələri təsdiq edilmişdir. Əsasnamələrə uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidməti əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini, Xarici Kəşfiyyat Xidməti isə kəşfiyyat fəaliyyətini həyata keçirir. Yaşadığımız dövr, dünyada baş verən proseslər milli təhlükəsizliyin təmin olunmasını əsas vəzifələr sırasına çıxarmışdır. Ərazi bütövlüyünün və ictimai-siyasi sabitliyin pozulması, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması, ölkənin daxili işlərinə müdaxilə, beynəlxalq terrorçuluq, dövlət sirrinin əldə olunmasına olan cəhdlər və bu kimi digər fəaliyyətlər hər bir ölkə üçün əsas təhdidlər sırasındadır. Ona görə də kəşfiyyat və əks kəşfiyyat sahəsində işin düzgün təşkili birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verir.

Kəşfiyyat ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş xüsusi fəaliyyətdir. Əks kəşfiyyat isə xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək pozuculuq əməllərinin aşkarlanması və qarşısının alınmasıdır.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orda peşəkar kadrlar və iş üslubu olsun”. Ulu Öndərin tövsiyələrinə uyğun olaraq xüsusi xidmət orqanlarının fəaliyyətinin düzgün təşkili muxtar respublikada da əsas vəzifələrdəndir. Bu gün muxtar respublikada inkişafın əsas göstəriciləri olan ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunub. Lakin milli təhlükəsizliyi təmin etmədən nə ümumi inkişafdan, nə də sabitlik və əmin-amanlıqdan danışmaq mümkün deyil.

Naxçıvan Muxtar Respublikası strateji mövqedə yerləşir. İşğalçı ölkə ilə sərhədin olması, ehtimal olunan təhdid və risklər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri edir. Ona görə də muxtar respublikanın xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidirlər. Xarici Kəşfiyyat Xidməti muxtar respublikada siyasi, iqtisadi, sosial, hərbi, elmi-texniki, informasiya və digər sahələrdə dövlətin maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş fəaliyyətini daha da gücləndirməlidir. Bu zaman xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət maraqlarına qarşı yönəlmiş niyyətləri, planları barədə məlumatlar əldə edilməli, təhlükəsizliyə real və potensial təhdidlər proqnozlaşdırılaraq ümumiləşdirmələr aparılmalıdır.

Nəzərə alınmalıdır ki, hər məlumat kəşfiyyat məlumatı deyil. Kəşfiyyat fəaliyyətinin əsasında təhlil edilmiş və qiymətləndirilmiş məlumatlar dayanmalıdır. Çünki əldə edilən məlumat sistemli şəkildə analiz edilmədikdə və dəyərləndirilmədikdə yanlış nəticələrə gətirib çıxarır. Yalnız tamamlanmış kəşfiyyatın nəticəsi olan məlumatlar müvafiq sahədə dövlət siyasətinin istiqamətlənməsi üçün zəruri əsaslar yaradır. Kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına nüfuzetmə xidmətin təşkilində əsas şərtdir. Xüsusilə kəşfiyyat tədbirlərində informasiya texnologiyalarından, xüsusi texniki avadanlıqlardan, qeyri-aşkar üsul və vasitələrdən bacarıqla istifadə olunmalı, ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının mənafelərinin xaricdən gözlənilən mühüm risk, təhlükə və təhdidlərdən qorunması diqqətdə saxlanılmalıdır. Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan şəxslərlə profilaktiki işlər davam etdirilməli, xaricdən olan dini ekstremizmin təsirinin, müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısı vaxtında alınmalıdır. Həmçinin beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı qabaqlayıcı tədbirlər gücləndirilməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi üçün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyini artırmalıdır. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti vaxtında aşkarlanmalı, real və potensial təhdidlər proqnozlaşdırılmalı, adekvat tədbirlər görülməlidir. Muxtar respublikada ictimai həmrəyliyə qarşı yönəlmiş hərəkətlərin qarşısı alınmalı, xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirilməlidir.

Silahlı Qüvvələrdə silahların, hərbi sursatın saxlanma və istifadə qaydalarının pozulmaması, dövlət əmlakının qorunması məqsədilə ardıcıl tədbirlər görülməlidir. Bununla yanaşı, işğalçı ölkənin yeni silah, döyüş texnikası əldə etməsi və ya yaratması, sərhədlərimizin yaxınlığında qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması kimi məsələlər daim nəzarətdə saxlanılmalı, dəqiq və əsaslandırılmış məlumatlar verilməlidir. Xüsusi xidmət orqanları dövlət sirri təşkil edən məlumatların mühafizəsinə, məxfilik rejiminə, xüsusi rabitə növlərinin təhlükəsizliyinə məsuliyyəti artırmalıdır. Dövlət orqanlarındakı xüsusi əhəmiyyətli iş yerləri və müvafiq texniki vasitələr məlumat sızmasından qorunmalı, onlardan məlumat çıxarılması üçün istifadə olunan mümkün elektron vasitələrin təhlükəsizliyi təmin edilməlidir.

Xüsusi xidmət orqanlarının vacib vəzifəsi dövlətin möhkəmlənməsinə, müdafiə potensialının yüksəlməsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət etməkdir. Bunun üçün isə vətənpərvər, savadlı, dünyagörüşlü kadrlara ehtiyac vardır. Ona görə də xüsusi xidmət orqanlarında vətənpərvərliyi, dövlətinə sədaqəti ilə seçilən, milli maraqları üstün tutan kadrlar işə qəbul olunmalıdır. Gənclik böyük potensialdır. Onun düzgün istiqamətləndirilməsi, təhsilli, vətəninə və xalqına bağlı böyüdülməsi qarşıda duran əsas vəzifələrdir. Bu işdə xüsusi xidmət orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclərin yad təsirlərdən qorunması diqqətdə saxlanılmalı, maarifləndirmə işləri və qabaqlayıcı tədbirlər görülməli, müvafiq dövlət qurumları ilə birlikdə fəaliyyət təşkil olunmalıdır. Ölkəmiz və muxtar respublika barədə əsassız informasiyaların yayılmasının qarşısı alınmalı, həmin informasiyaları yayan şəbəkələr müəyyənləşdirilərək zərərsizləşdirilməlidir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Təhlükəsizlik orqanlarında işləyən hər bir kəs bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur. O, öz vicdanı, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır”. Sovetlər Birliyinin təhlükəsizlik xidmətinin rəhbəri Yuri Andropov da bildirirdi ki, “Bir tərəfdən siyasi vəziyyət var, digər tərəfdən əməliyyat vəziyyəti. Bunlar hər zaman üst-üstə düşmür: iki dövlət yaxşı siyasi əlaqələr saxlaya bilər və amma eyni zamanda kəşfiyyatçılar və əks-kəşfiyyatçılar səylə mübarizə aparmalıdır”. Əfsanəvi kəşfiyyatçı Rixard Zorge isə yazırdı: “Mən və mənim köməkçilərim heç vaxt zorakılığa, şantaja, satqınlığa, təxribata, terrora və başqa çirkin vasitələrə əl atmadıq. Əvəzində biz böyük yaradıcı kəşf, dərin təhlil, sərt intizamdan, nöqsansız məxfi məlumatlardan istifadə etdik”.

Muxtar respublikanın xüsusi xidmət orqanlarının əməkdaşları bundan sonra da yaradılan şəraitdən, maddi-texniki bazadan səmərəli istifadə etməli, xidmət günün tələbləri səviyyəsində qurulmalıdır. İctimai asayişin, sabitliyin qorunmasında digər dövlət qurumları ilə də əməkdaşlıq davam etdirilməli, milli maraqlarımıza qarşı yönələn istənilən təhdidin aşkarlanması və qarşısının alınması üçün birgə tədbirlər görülməlidir”.  

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarını təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələlər keçirilir

05-06-2020-18-52 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələlər keçirilir

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Əm...

Naxçıvanda Respublika üzrə Fənn Olimpiadasının final turu keçirildi

05-06-2020-18-09 Xəbərlər

Naxçıvanda Respublika üzrə Fənn Olimpiadasının final turu keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün  Naxçıvan şəhər 4 nömrəli ...

NDU-nun tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

05-06-2020-17-26 Xəbərlər

NDU-nun tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb...

Naxçıvanda sabaha olan hava proqnozu

05-06-2020-16-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 6-na gözlənilən hava proqnozu açıqlanıb. ...

Təhsil Nazirliyi: Buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib

05-06-2020-16-02 Xəbərlər

Təhsil Nazirliyi: Buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib

Yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələri tər...

145-in KADRARXASI - Elşən Məhərrəmov

05-06-2020-15-40 Xəbərlər

145-in KADRARXASI - Elşən Məhərrəmov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə ...

DSX: Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir

05-06-2020-15-19 Xəbərlər

DSX: Qazax və Ağstafa rayonları ərazisində Ermənistanın yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir

Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “hayzinvor.am” saytınd...

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

05-06-2020-14-38 Xəbərlər

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Naxçıvan Qarnizonunda hərbi qull...

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün 4500-dək subbakalavr ərizəsini təsdiqlədib

05-06-2020-14-19 Xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün 4500-dək subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabr ayında yenidən imtahanlar təşkil olunacaq

05-06-2020-13-57 Xəbərlər

Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabr ayında yenidən imtahanlar təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-11-dən etibarən hər həftəiçi günləri...

Bu gün görkəmli aktyor Hamlet Xanızadənin doğum günüdür

05-06-2020-13-30 Xəbərlər

Bu gün görkəmli aktyor Hamlet Xanızadənin doğum günüdür

Teatr və kino sənətinin qüdrətli aktyorlarından olan Əməkdar artist, respublika ...

XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur

05-06-2020-12-03 Xəbərlər

XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

05-06-2020-10-57 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazi...

NMİ-nin tələbələrinə onlayn açıq dərs keçirilib

05-06-2020-10-14 Xəbərlər

NMİ-nin tələbələrinə onlayn açıq dərs keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan...

5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

05-06-2020-09-00 Xəbərlər

5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli q...

Nəsirəddin Tusi müharibə və sülh haqqında

04-06-2020-17-40 Xəbərlər

Nəsirəddin Tusi müharibə və sülh haqqında

Azərbaycanın dövlətçiliyi qədər, onun beynəlxalq əlaqələri və xarici siyasəti də...

Prezident Naxçıvanın meliorasiya və su təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

04-06-2020-17-19 Xəbərlər

Prezident Naxçıvanın meliorasiya və su təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyunun 4-də Su təsərrüfatı və meliorasiya işçilərinə “Əmə...

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib - VİDEO

04-06-2020-17-00 Xəbərlər

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərin hərbi vətənpərlik tərbi...

Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq

04-06-2020-16-06 Xəbərlər

Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərində 6 mərtəbədən iba...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

04-06-2020-15-45 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi...

Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

04-06-2020-15-24 Xəbərlər

Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının ik...

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

04-06-2020-14-10 Xəbərlər

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonu...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

04-06-2020-14-00 Xəbərlər

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iy...

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

04-06-2020-13-31 Xəbərlər

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Ötən günün mənzərəsi - VİDEO

04-06-2020-10-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

04-06-2020-10-20 Xəbərlər

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiri...

Naxçıvanda idman inkişafın yeni mərhələsində

04-06-2020-09-19 Xəbərlər

Naxçıvanda idman inkişafın yeni mərhələsində

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkiş...

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

04-06-2020-09-00 Xəbərlər

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zən...

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...