Buta milli mədəniyyətimizin sehirli dünyası, əfsunlu aləmidir. Yüz  illərdir ki, hamını sehirləyir-sözlərdən, bayatılardan, dastanlardan keçirib aparır, nəğmələrə çevrilir, ilmələrdə xalı-xalçalarımıza misilsiz gözəllik gətirir.

Rənglərdə göyqurşağı qədər əlvanlıq, füsunkarlıq yaradır.

Butanın tarixi qədimlərdən gəlir. Bu sözün, bu naxışın dürlü-dürlü mənaları var. Buta ilahidən gələn tale kimi də qəbul edilir.

Şərq xalqlarının söz toplusunda “buta” kəlməsi geniş yayılaraq “alov” və ya “od”  kimi mənalandırılır. Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov diliminin  təsviridir. Buta folklorumuzda da, libasımızda da, evimizdə də, qabımızda da, bəzəyimizdə də  kimliyimizdən, kecmişimizdən, ulularımızdan, elimizdən, arzumuzdan xəbər verir.

Azərbaycan dilinin izahlı lüğətində  “buta” sözü “qönçə” mənasındadır. “Buta”nı sirli və mənalı edən  onun daxilində təsvir olunan müxtəlif quruluşlu elementlər “bükülmüş buta” yaxud “sirli buta” adlandırılması ilə rəmzi xarakter ifadə edir.“Butanın” məna çalarlarının dərin olması isə onun daşıdığı “sirli yaddaşın” kibernetik xüsusiyyətli olmasından irəli gəlir. “Buta” haqqında semantik anlamlar onun görünən tərəfidir. Lakin “buta”nın mənası “çox” sözü ilə daha da sirli qalır. Çünki, qədim Türk dillərində “çox” sözü “Bütə” adlanırdı.                                  

“Buta” motivinin alovu,  odu ifadə etməsi isə onun atəşpəstlər arasında geniş yayılmasından qaynaqlanır. Qədim inananclara görə, iki tərəfdə yandırılmış tonqalların ortasından keçirilən insanı od pis ruhlardan təmizləyirdi. Novruz bayramında tonqalın üstündən tullanmaq, həmin inancın təzahürüdür. Türklərin Novruz anlayışında tonqaldan tullanmaq və odun insanı təmizləməsi haqqındakı təsəvvürü qədim Türk inanc sistemindən qaynaqlanır. Oddan keçmək  “Allahdan səadət tapmaq” mənasına gəlirdi .

İndi də Novruz bayramının rəmzləri sırasında “buta” önəmli atributlardan sayılır. Bayram sovqatlarının və geyimlərin bəzənməsində “buta” elementi və ona oxşar formalardan geniş istifadə, milli ənənənin varis elementlərinə çevrilib. Bu varisliklə “od”un timsalında istiliyi, “tumurcuq”un yetişməsində azuqə və bolluğu və artımı, “qönçə”nin simasında sevgini aşiqliyi ifadə etməklə milli yaddaşın sirli qatlarını əhatə edibdir.

İsimlə cismin sirrini min illərdir, canında-qanında saxlayan əfsunlu  buta ucalıqdan, munislikdən, müqqəddəslik taxtı-tacına gedən yolun rəmzi obrazıdır. Qərib, dərdli kədərli  tale süjetinin özüdür. Dərgahın sirrinə agah olub bu sehrin qapısını acmaqdır. Qəmli bir sərgüzəştin “qüdrətdən yazılı” vərəqləridir.

Buta yazısında yalnız ilahidən, qeybdən gələn səs yazıya, naxışa dönüb,  izi nağıla, dastana, xalı-xalcaya düşən “ilahi səs”, “müqəddəs səs” özü olur. “Səni mənə  buta verdi yaradan”-  sədası Aşıq Qəribin, Kərəmin naləsində folklor dünyasının günəşinə çevrilib. Min illər boyu halallığa eşqlə yetmək müdrikliyini yaşadıb haqdan buta alanlar. Yananların ahı folklor dünyamızın günəşinə çevrilib, isidib, oyadıb, yaşadıb.

“Buta” türk dünyasının ədəbi irsində, dastanlarda yeniləşmənin və daxili aləmin kökündən yenilənməsinə işarə verən simvoldur. Türk dastanlarında belə dəyişmələr “buta almaq”, “məhəbbət aləminə girmək” və digər “ruhi sovqat”ların verilməsi ilə baş verir.    

“Kitabi Dədə-Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması boyu”nda, “Oğlum Uruz ox atanda buta qalmış”, yaxud “Bamsı Beyrək boyu”nda,  “Məgər Sultanım, Dəli Qarçar dəxi… yoldaşları ilə buta atıb oturardı” və başqa kəlmələr bir növ obrazlaşdırılıb və poetik – simvolik səciyyə daşımaqla gücləndirilib.

“Buta” almaq dastanlarımızda ilahi sovqat almaq mərhələsinin ən yaxşı nümunəsinə çevrilir.  Еşq yanğısı vеrən içki, badə də butanın əsas еlеmеntlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də sеçilir. Aşiqə buta vеrilməsi, yaxud оna dоlu qabdan еşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gеdib xoşbəxtliyə qоvuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Buta vеrilməsi, buta alınması yuxuda baş vеrdiyindən yuxu və buta bir vəhdət təşkil еdir. Dastanlarımızdakı buta qəhrəmanları əvvəlcə aciz, əllərindən iş-güc gəlməyən gənclər olsalar da, buta alandan sonra yenilməz bir qəhrəmana çevrilirlər. Bu fağırlığın - acizliyin arxasında haqqa, ruhaniyyata mənəvi bağlılıq teli dayanır. Həmin aşiqlər, buta almışlar isə haqq vergili, haqq aşiqləri kimi bilavasitə mənəvi dünyanın sakinləridirlər və sevgi , eşq hissi də ülvilik daşıyıcısı olmaqla ruhani keyfiyyəti özündə əks etdirir.

Digər tərəfdən isə o, aşiqlərdən birinin mağarada, o birisinin bağda, başqa birisinin isə atasının qəbri üstündə yatmaqla röyada eşq badəsi içirilib buta almaları da mahiyyətcə eyni müstəvidə hadisələrin cərəyan etməsindən xəbər verir. Belə ki, mağara bir məkan kimi o dünya ilə bu dünyanın ortaq sərhədi olmaqla xaotik bir yeri işarələyirsə, bağ-bağça ətirli-güllü cənnət aləminin ünsürü olmaqla yenə bu dünya ilə axirət evinin ortaq cəhətlərini birləşdirən məkanı ümumiləşdirir. Atasının qəbri üstündə yatan Qəribin də buta aldığı məkan elə birbaşa göründüyü kimi, yeraltı dünya sakinlərinin - ölülərin ruhlarının uyuduğu, eyni zamanda dirilərin də gəlib ziyarət elədiyi gorgah yeridir ki, bu da özlüyündə hər iki dünyanın ortaq məxrəcinin ünvanıdır. Başqa sözlə, aşiqlərə buta, o dünya ilə bu dünyanın kəsişdiyi bir məkanda və eyni zamanda o dünya ilə bu dünyanın kəsişdiyi bir məqamda - zaman müstəvisində verilir. Bütün buta alan aşiqlər butanı məhz belə bir xaotik məqamda - o dünya ilə bu dünyanın arasında kliniki ölümə bənzər zaman situasiyasında almış olurlar. Demək, yuxarıda qeyd etdiyim kimi, aşiqlərin fağırlığı - acizlikləri onların bu dünyaya bağlı olmadıqlarından irəli gəlirsə, onların aşiqlik məqamına yetişmə anı da bu dünyadan təcrid olunduqları zaman - yuxuda baş verir.

Aşiqlərə badə içirib buta verən müqəddəs obrazlar da - nurani dərviş, Xızır, Həzrəti Əli, ya hatif (qaibanə səs) obrazları da - eyni missiyanı yerinə yetirməklə bir müstəvidə birləşirlər. Bu keyfiyyət də buta vermənin növbəti ümumiləşdirici cəhətidir.

Həmcinin dastanlarımızda buta alan aşiqlər barəsində «göz evi örtülü, könül evi açıq”dır deyirlər. Könül evinin açıq olması onu bildirir ki, könül ruhaniyyət aləminin ifadəçisidir; yəni aşiqi bu dünyaya bağlayan cisminin gözü bu dünyadan təcrid olunub örtülü olduğu və ruhlara xas olan könül qapısının açıq olduğu zamanda aşiqə eşq badəsi nuş etdirilir. Dastanlarımızda deyildiyi kimi, «indiyədək əlindən heç bir iş gəlməyən Qurbani butanın gücü ilə aşiq, badənin gücü ilə aşıq olur».                             

Əsirlər ötdükcə buta tale kitabının cümlələri, alın yazısının kəlmələri kimi dastanlara, şeirlərə düşdü, sirli –sehirli ilmələrlə xalı-xalçalara toxundu, incə, zərif qadın geyimlərinə naxış-naxış yazıldı. Haqqa aşiqlik butadan başladı. Butadan haqq aşiqliyindən sonra dünyada “sevgili –cananın  gülü –rüxsarinə qarşı gözündən qanlı su axanların” cövrü-cəfa adlı dövranı başladı.

Araşqının zəri var,

Butası var, zəri var,

Xumar baxan gözlərin,

Ulduza bənzəri var.

Dörtelli bir bayatının yadında-yaddaşında saxladığı bu buta söhbəti dastanlarımızdan güc-qüdrət alıb gələn, özü də bir sehirli aləmə çevrilən ayrı bir möcüzəli dünyadır.  Buta almaq qəhrəmanın daxili aləmini, onun  bütün varlığını kökündən  dəyişdirir.  Butadan sonra isə  qəhrəman  tamamilə  dəyişir, bütün  sınaqlardan mərdanəliklə çıxır. Dastanlarımızda öz butasını alan qəhrəman haqq aşiqinə, haqq aşığına çevrilir. Butalı yollardan keçib, öz eşqi yolunda əzab-əziyyətlərə tuş olur.

Yer üzünə səs-soraq salan  xalçalarımızda isə buta elementinin xüsusi bir yeri var. El arasında xalçanın naxış-bəzəyini tərifləyən də belə deyirlər: “Butaları nə gözəldir. Badamı buta ilə doldur” . Həm də belə söyləyirlər ki, Azərbaycanda uzaq keçmişdən yaranıb günümüzə gəlib çatmış butalar alovun görünüşündən götürülüb. Sazlı- sözlü, nağllı- nəğməli, xalı-xalçalı, sehirli və müqəddəs dünyamıza işıq bir də butadan düşüb. Adi məntiqə sığmayan qeyri-adi bir məkana gedən yol, açılan qapıdır buta.

Buta ilə haqq nuru yayılıb sözlərimizə, rənglərimizə. Naxışlarımızda butalı arzular ilmə-ilmə gül açıb. Butalı ürəklərin çırpıntıları sözlərə çevrilir.

Yetiməm, atam yoxdur,

Qəribəm, butam yoxdur,

Düşdüm qəm dəryasına,

Qolumdan tutan yoxdur.

Butaya yetmək üçün yol varsa, çətin səfərlər varsa, qəriblik onun ağır yükü, çəkilməz əzabları, səngiməz nisgilləri də var.

Möcüzəli butalı yollar sözün, rəngin, ilmələrin sehri ilə qeyri-adi bir dünyadan soraq verir.

Butanın hər şeylə yanaşı, həm də bəd ruhlardan və pis gözlərdən qoruyan vasitə olduğu da düşünülürdü. Buna görə də azərbaycanlıların evləri üzərində buta şəkli olan xalçalar və başqa əşyalarla bəzədilirdi. Gəlinlərin və bəylərin toy paltarında butanın olması mütləq vacib idi

Azərbaycan türklərinə məxsus “buta” təsvirlərinin bəzisi inanc və təbiət, xasiyyət və könül, məişət və yer adları, digərləri isə tayfa və boyları ifadə edən ayrı – ayrı formalarla kodlaşaraq xalçalarda öz əksini tapıbdır.

Naxış yaradıcılığında mühüm yer tutan butaların varis formalarının yenidən qruplaşmasına əhəmiyyətli səviyyədə ehtiyac duyulur. Həm fərdi, həm də kütləvi xarakterli “buta”ların simvolları xalçaların kompozisiyasında əhəmiyyətli məna daşıyırlar. Onların hansı məqsədlə toxunması təyinatlarının müəyyən edilməsinə təsir edəcək əlamətlərə malikdir. Bu əlamətlər içərisində onların rənglərinin rəmzi cəhətləri də önəmlidir. Keçmişdən bəri  geyimlərdə yer alan “buta”ların qadın baş örtüklərində rəng və element münasibətlərinin həm yaş həm də təbiətin fəsillərinə ahəngdar şəkildə uyğunlaşdırılması, püxtələşmiş mədəniyyət göstəricisidir. İndi də Azərbaycanda butalı təsvirləri ilə ağ, qırmızı, noxudu və sürməyi rəngli kəlağayılar, qız, gəlin, ana və nənə obrazını, təbiətin yaz, yay, payız və qış çalalarını  əks etdirməkdədir.

Türk xalçaçılığının hikmət xəzinəsinin zinəti olan “buta”ların, bir çoxu boyların adını daşıması ilə tarixi həqiqətlərə işıq salır. Bu butalar Azərbaycan və digər Türk xalqlarının xalçalarında “Əfşar buta”, “Bayandur buta”, “Qaşqay buta”, “Şahsevən buta”, “Yazır buta” və digər boyların adı ilə öz izlərini saxlayıb. Bəzən unudulmuş tayfa “buta”larının adlarını “Muğan buta”, “Aran buta”, “Gəncə buta”, “Hilə buta”, “Mil buta”, “Şirvan buta”, “Bakı buta” və bu kimi başqa butalar, yer yurd adları ilə əvəz olunub.

Həmcinin forma etibarı ilə Azərbaycanın dekorativ-tətbiqi incəsənət ənənəsində çox sayda buta növü var: “qarmaqlı-buta”, “qədim-buta”, “qotazlı-buta”, “bala-buta”, “həmli-buta”, “balalı-buta”, “evli-buta”, “qoşaarvadlı-buta” ,“cıqqa-buta”, “lələk-buta”, “küsülü-buta”, “qovuşan-buta”, “saya-buta”, “əyri-buta”, “dilikli-buta”, “qıvrım-buta”, “şabalıd-buta”, “zərxara-buta”, “badamı-buta”, “qotazlı-buta”, “çiçəkli-buta”, “yanar-buta” və s. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşibdir.

Buta həm də məktub yazmanın bir forması kimi işlədilib - "yazılı buta". Butanın daxilinə məktublar, şeirlər, qarğışlar və alqışlar yazılıb ki, buta bütün bunların gerçəkləşdirilməsinə yardım etsin. Butanın daxilinə, həmçinin, sevgi və ya qəhrəmanlıq məzmunlu rəsmlər də əlavə edilib ki, belə butanı "yazılı man-buta" adlandırıblar.

Azərbaycan xalqına məxsus olan bu milli gözəllik nümunəsi əsirlərdir hər birimizi heyran qoyur , düşündürür.

Kələğayılarımızın, xalçalarımızın, milli geyimlərimizin, xonçalarımızın bəzəyinə, ən mühüm elementinə çevrilib, bizə keçmişlərdən soraq verir. Həzin bir sevgidən, aşiqin ilahi sevdasından  soraq verir. Ulularımızdan nə qalıbsa onlar  bizim üçün əvəzsizdir, toxunulmazdır,  müqəddəsdir. Bu milli irsi, keçmişin bizə ötürdüyü kodları öyrənib, yaşatmaqsa hər birimizin vətəndaşlıq borcu, mənəvi missiyasıdır.

 

                                                                               Lalə Allahverdiyeva

Naxçıvcan televiziyasının əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ötən günün mənzərəsi - VİDEO

15-07-2020-18-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Ölkəsindəki özbaşınalıqlardan təngə gələn Ermənistan vətəndaşı Naxçıvana keçdi - VİDEO

15-07-2020-16-38 Xəbərlər

Ölkəsindəki özbaşınalıqlardan təngə gələn Ermənistan vətəndaşı Naxçıvana keçdi - VİDEO

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaran...

Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi - VİDEO

15-07-2020-16-09 Xəbərlər

Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi - VİDEO

Düşmənə qarşı görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrini...

SHXÇDX: Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər

15-07-2020-15-29 Xəbərlər

SHXÇDX: Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Vətənin müdafi...

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

15-07-2020-14-30 Xəbərlər

Prezident İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müd...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ötən gecə paytaxtda keçirilən yürüşlə bağlı birgə məlumat yayıb

15-07-2020-14-17 Xəbərlər

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ötən gecə paytaxtda keçirilən yürüşlə bağlı birgə məlumat yayıb

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərba...

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib - YENİLƏNİB - VİDEO

15-07-2020-13-59 Xəbərlər

Şəhid zabitlərimizlə vida mərasimi keçirilib - YENİLƏNİB - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətl...

ERMƏNİ TƏXRİBATÇININ "ARTİSTLİYİ"... - Ağlayır, şivən qoparır, bizi vahiməyə salmaq istəyir - VİDEO

15-07-2020-12-49 Xəbərlər

ERMƏNİ TƏXRİBATÇININ "ARTİSTLİYİ"... - Ağlayır, şivən qoparır, bizi vahiməyə salmaq istəyir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu şəkildə və videoda görünən şəx...

“Naxçıvan mətbuatı: dünən və bu gün” mövzusunda onlayn elmi konfrans

15-07-2020-12-33 Xəbərlər

“Naxçıvan mətbuatı: dünən və bu gün” mövzusunda onlayn elmi konfrans

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərə...

Magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyat müddəti iyulun 20-dək uzadıldı

15-07-2020-12-06 Xəbərlər

Magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyat müddəti iyulun 20-dək uzadıldı

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti ...

Birlik və inamdan güc alan siyasət və qətiyyət

15-07-2020-11-13 Xəbərlər

Birlik və inamdan güc alan siyasət və qətiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının icl...

Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salınıb

15-07-2020-10-52 Xəbərlər

Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salınıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumu...

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi

15-07-2020-10-44 Xəbərlər

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi

Bu gün tanınmış bəstəkar, Xalq artisti Azər Rzayevin anadan olmasından 90 il ötü...

Müdafiə Nazirliyi: Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

15-07-2020-10-11 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gər...

Şahbuzda yeni binalar tikiləcək

15-07-2020-10-07 Xəbərlər

Şahbuzda yeni binalar tikiləcək

Şahbuz rayonunda böyük tikinti quruculuq işləri aparılır.

Müdafiə Nazirliyi: Düşmənin digər atəş nöqtəsi də yerlə-yeksan edildi - VİDEO

15-07-2020-09-50 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmənin digər atəş nöqtəsi də yerlə-yeksan edildi - VİDEO

Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan ...

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

15-07-2020-07-30 Xəbərlər

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi il...

Müdafiə Nazirliyi: Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir

15-07-2020-02-00 Xəbərlər

Müdafiə Nazirliyi: Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir

Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiq...

İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb

14-07-2020-18-29 Xəbərlər

İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb

10 iyul 2020-ci ildə 10, 11, 18 və ya 19 iyunda keçirilmiş imtahanlarda iştirak ...

Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub

14-07-2020-18-05 Rəsmi

Azərbaycan Respublikası təltiflərinin və gənc istedadlara təqaüdlərin təqdimatı olub

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri s...

Şəhid Elçin Mustafazadə dəfn olunub

14-07-2020-16-56 Xəbərlər

Şəhid Elçin Mustafazadə dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan mü...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri diqqətdə saxlanılır

14-07-2020-16-50 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri diqqətdə saxlanılır

Muхtаr rеspublikаdа mülki müdafiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qо...

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

14-07-2020-16-27 Xəbərlər

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon ...

Ermənistana məxsus PUA vurulub, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib

14-07-2020-16-16 Xəbərlər

Ermənistana məxsus PUA vurulub, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA)...

Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib

14-07-2020-15-14 Xəbərlər

Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib

Ermənistan silahlı qüvvələrinin mayoru Qaruş Vemiroviç Ambartsumyan və kapitan S...

Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

14-07-2020-14-59 Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət...

Dilçiliyinin aktual mövzularına həsr olunan kitab işıq üzü görüb

14-07-2020-14-07 Xəbərlər

Dilçiliyinin aktual mövzularına həsr olunan kitab işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik ş...

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

14-07-2020-13-38 Xəbərlər

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub. 

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur

14-07-2020-13-30 Xəbərlər

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların...

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

14-07-2020-13-18 Xəbərlər

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam e...