Ədəbiyyatşünaslıq elmində Azərbaycan ədəbiyyatı və ictimai fikrinin əsas yaranma və inkişaf mərkəzlərindən biri olan Naxçıvan ədəbi mühiti haqqında bəhs edilsə də, bu ədəbi mühitdə Şərq və Qərb meyilləri indiyədək ayrıca tədqiq olunmayıb.

Çoxəsrlik ənənələrə malik Naxçıvan ədəbi mühitində gedən inkişaf prosesləri bu mövzu üçün geniş material verir. Filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası həmin problemə həsr olunmuş ilk sistemli elmi tədqiqat işi kimi əhəmiyyətlidir.

NUHÇIXAN monoqrafiya haqqında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin qeydlərini təqdim edir.

Monoqrafiyada Naxçıvan ədəbi mühitində qədim və orta əsrlərdən başlanan və XIX-XX əsrlərdə daha da inkişaf edən Naxçıvan ədəbi mühitində Şərq-Qərb ənənələri geniş şəkildə tədqiq edilərək ümumiləşdirilib. Müəllif Naxçıvan ədəbi mühitinin klassik dövründə Şərq ədəbiyyatı ənənələrinin geniş inkişaf etdiyini nəzəri cəhətdən izah edib və bədii nümunələrlə əsaslandırıb. Kitabda XIX əsrdən etibarən ümumən Azərbaycan ədəbiyyatında, o cümlədən Naxçıvan ədəbi mühitində Qərb ədəbiyyatı meyillərinin genişlənməyə başladığı izlənilib, bu zəmində ədəbiyyata gələn yeni ideyalar və janrlar diqqət mərkəzinə çəkilib. Nərgiz İsmayılova haqlı olaraq belə hesab edir ki, Naxçıvan ədəbi mühitində XX əsrin əvvəllərində Avropa ədəbiyyatı ilə səsləşən ideyalar, süjetlər, obrazlar və janrlar milli ədəbiyyatın özünüifadə forması kimi inkişaf edib. Monoqrafiyada ayrı-ayrı yazıçıların əsərlərinin təhlili əsasında Şərq və Qərb meyillərindən milli özünəməxsusluğa keçid proseslərinin reallıqları tədqiq edilib və mühüm elmi nəticələrə gəlinib.

Müəllif sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatında, o cümlədən Naxçıvan ədəbi mühitində Şərq meyillərinin arxa plana keçirilməsi, Qərb ənənəsinin zəiflədilməsi və mövcud ideologiyanın diqqət mərkəzinə çəkilməsi məsələlərinə də elmi cəhətdən aydınlıq gətirib. Tədqiqat işində müstəqillik dövrü Naxçıvan ədəbi mühitində Qərb və Şərq ənənələrinə qayıdışın səbəblərinə və nəticələrinə müasir elmi baxış da öz əksini tapıb. Müəllif bu ədəbi mühitdə bədii tərcümə məsələlərini ilk dəfə olaraq elmi təhlildən keçirib. O, bütün məqamlarda olduğu kimi, bu mərhələnin tədqiqində də öz tezislərini Naxçıvan ədəbi mühitində təmsil olunan yazıçı və şairlərin bədii əsərlərindən gətirdiyi nümunələrlə şərh etmək mövqeyinə üstünlük verib. Bu da Naxçıvan əbədi mühitinin real mənzərəsinin canlandırılmasına imkan yaradır.

N.İsmayılova dünya ədəbiyyatına dərindən bələddir. Bu da onun Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərini qiymətləndirərkən mövzunu dünya ədəbi prosesində baş verən dəyişmələrlə əlaqəli şəkildə tədqiq etməsinə yol açıb.

Bədii yaradıcılıq sahəsində də uğurla fəaliyyət göstərən, bir neçə nəsr kitabını nəşr etdirən N.İsmayılova Naxçıvan ədəbi mühitinin əsas simalarının yaradıcılığını təhlil edərkən bədii mətnin daxili məntiqindən çıxış etməyi bacarır. Bu da onun mövzusunu tədqiq etdiyi problemi hazır nəzəri sxemlər vasitəsilə deyil, ədəbi prosesin real gedişatı əsasında təqdim etməsini şərtləndirib. Beləliklə, “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası Azərbaycanda ədəbi mühiti geniş əlaqələri və imkanları ilə birlikdə araşdırıb öyrənməyin əhəmiyyətli bir nümunəsidir.

Nərgiz İsmayılova ədəbiyyat haqqında ədəbi prosesin hadisələri və simalarına dair müstəqil elmi fikir yürütməyi bacaran, öz nəzəri mühakiməsi olan tədqiqatçıdır. “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” onun ədəbiyyatşünaslıq elmi sahəsindəki qabiliyyətini, orijinal fikir yürütmək bacarıqlarını aydın şəkildə meydana qoyur. Bu isə müəllifin oxuculara təqdim olunan monoqrafiyasının elmi səviyyəsini müəyyən etməklə bərabər, həm də tədqiqatçılıq sahəsindəki perspektiv imkanlarını əyani surətdə təsəvvür etməyə imkan verir. Bu mənada “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası Nərgiz İsmayılova üçün onun ədəbiyyatşünaslıq sahəsindəki elmi fəaliyyətinin uğurlu nəticəsidir. Son vaxtlarda Avropa postmodern ədəbiyyatı və Azərbaycan ədəbiyyatında postmodernizm istiqamətində apardığı tədqiqatlar, çap etdirdiyi məqalələr N.İsmayılovanın ədəbiyyatşünaslıq istiqamətində fərqli elmi yanaşmalara malik tədqiqatçı kimi formalaşmaqda olduğunu nəzərə çarpdırır. Bu isə öz növbəsində onun “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası ilə başlanan elmi axtarışlarının Azərbaycan ədəbiyyatını dünya ədəbi prosesləri ilə əlaqəli şəkildə tədqiq edib dəyərləndirmək miqyasına doğru inkişaf etməkdə olduğunu göstərir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...