Şair Xanəli Kərimli ilə poeziya söhbəti

 

Ruhumuza sığal çəkən, könlümüzü oxşayan, bizi düşündürən, mənəviyyatımıza təsir edən poeziya romantik duyğuların təcəssümüdür. "Şair olmaq xoşbəxtlikdir"- deyirlər. Lakin o şair xoşbəxtdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Əminliklə deyə bilərik ki, şair Xanəli Kərimlinin də yaradıcılığı  nəsildən-nəsilə keçərək onu yaşadacaq. Çünki Xanəli Kərimli "Ay işığında", "Anamdan məktub", “Bu da bir nağıldı...”, “Mənə elə gəlir ki...”, “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır”,"Payız Duyğuları", "Ahlat taşı" kimi onlarla bir-birindən dəyərli poeziya nümunələrinin toplandığı kitabların müəllifidir.

Sözün dəyərini bilən, şeiriyyətin bəstəkarı, gözəl poeziya nümunələri yaradan Xanəli Kərimli ilə olan söhbətimiz şairlər üçün əlamətdar bir günə - Beynəlxalq Poeziya Gününə təsadüf etdi.

-Şair Xanəli Kərimli üçün poeziya nədir?

-Poeziya elə bir sənət, insan qəlbinin elə bir kəşfidir ki, o  bütün bəşəriyyəti irqindən, dinindən, dilindən  asılı olmayaraq  bir məcrada birləşdirə bilir. Poeziya geniş anlamdır, o, təkcə şeir deyil. Nə qədər varlıq, nə qədər yaranış varsa hər bir varlığın, hər bir yaranışın özünəməxsus poeziyası var. Rənglərin poeziyası var, səsin poeziyası  var, memarlığın poeziyası  var. Ona görə də  poeziya hislərin,  duyğuların tərənnümüdür və poeziyanın  bayramı da   azad düşüncənin, azad  fikrin  bayramıdır.

-Taleyinizə Şahbuz rayonunun Mahmudoba kəndində, dağlar qoynunda, zəhmətkeş bir ailədə doğulmaq  və şair olmaq düşdü. Hər halda Məmməd Araz yurdunda doğulmaq, şair olmaq özü də bir xoşbəxtlikdir?

-Şairlik taleyin, qismətin işidir. Şair adını daşımaq, şair sözünün yükünü çəkmək çox çətindir. Şair hər şeydən əvvəl  öz zamanının, öz dövrünün danışan dili, vətəninin çırpan ürəyi, görən gözüdür. Dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun bir yaxşı sözü var. Deyir: “Mən bilirəm ki, xalqım mənə öz adından danışmaq etibarını, danışmaq səlahiyyətini veribsə gərək  mən elə yazam, elə danışam ki həmişə xalqıma baş ucalığı gətirəm”. Yuxusuz gecələr keçirib yaxşı alim, tədqiqatçı olmaq olar. Amma şair olmaq üçün gərək anadan şair doğulasan. Şair olmaq ona görə xoşbəxtlikdir ki, sən duyğularını, hislərini, düşüncələrini sözə çevirib kiməsə ötürə bilirsən. Şair ömrü  daim  vətənin keşiyində olan əsgər ömürdür.  

-Yaradıcılıq əhval-ruhiyə ilə sıx bağlıdır deyirlər. Hər şeir yazılmamışdan öncə ağrı – acıdan, sevincdən, həsrətdən,  sevgi yanğısından doğursa ürəklərə daha tez yol tapar ...

-Poeziya ovqat işidir, şair hər şeydən əvvəl  öz duyğularının, düşüncələrinin, hisslərinin əsiridir. Sevgi, məhəbbət, ata, ana, ağsaqqal, əxlaq, vətən mövzusu   yüz illərdir işlənir, yenə də dadı, duzu qaçmır. Ona görə ki, hər bir şair o kədərə, o  sevgiyə öz möhürünü  vurur, hər bir şair  o vətən sevgisinə özünün dərk etdiyi sevgini yazır.

-Ayrı–ayrı dövrlərdə nəşr olunmuş kitablarınıza nəzər salanda  keçdiyiniz yaradıcılıq yolunu  əhatəli şəkildə izləmək mümkündür. Yazdığınız şeirlərin hər misrasında  torpağa, vətənə, təbiətə və insana məhəbbət bəsləyən bir şair ürəyinin yanğısı var.

-Təbiət, cəmiyyət vahiddir. İnsan təbiətin bir parçasıdır. İnsan təbiət qoynunda olanda  onda  romantik duyğular, sentimental düşüncələr baş qaldırır. Çünki, insan təbiətdən gəlib cəmiyyətə. Ona görə  insan təbiət ilə qovuşanda o hiss, o duyğu, ilkə qayıdış baş verir. İnsan təbiətə doğmalaşdıqca təbiətə olan duyğularını təbiətə qaytarır. Hər  bir şeirin özündə də  bir ictimai duyum, düşüncə var.  Şair üçün   təbiətin ağacı da, torpağı da, daşı da, yarpağı da hər biri  bir insan obrazıdı. Çünki şair cəmiyyətə təbiətdən baxır. 

-Bir bahar gününü yaşayırıq. Bu havada  şairin ovqatı necədir? “Ömür bahar deyil ki, bir də qayıtsın”,- deyirlər . Siz necə düşünürsüz,  baharlar olduğu kimi  qayıdırmı insan ömrünə?! Hər halda belədirsə, bu, şairin gözündən yayınmır... 

-Bahar həmişə gözəldir. Ama insan ovqatından çox şey asılıdır. Bahar həmişə insana zövq verir , əhval ruhiyyəsini  xoş edir.  Xüsusilə şairləri ilhama gətirən fəsildir bahar. Amma şair var ki baharda daha çox yazıb yardır , şair də var ki payızda.  Şair Xanəli Kərimli isə   payızda  daha çox yazıb-yaradır.

O ki, qaldı baharlar olduğu kimi qayıdırmı ömrümüzə sualınıza, baharlar təbii ki, insan ömründə bir-birinə bənzəmir. Əlbəttə heç nə əvvəlki kimi olmur. Hər şeydə nəsə bir təzəlik olur. Ömür   isə bahar kimi bir də  geri  qayıtmır baharına,  payızlara  doğru  yol gedir. Hər fəslin bir gözəlliyi var sadəcə  təbiətin bir parçası olan insan o gözəlliyi duymalıdır.

-Poeziya və vətən. Bu mənada şair X. Kərimlinin poeziyasında  vətən anlayışı...

-Vətən mövzusu  həmişə ədəbiyyatmızın başlıca mövzusu olub. Abbas Səhhət  nə gözəl deyib:

Vətən  əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətənin yoxdusa  sənin  qürurun da yoxdur, arxan  da, elin, oban da yoxdur, sözünün kəsəri də yoxdur.  Vətən elə bir məhfumdur ki,   ondan  min ildir  yazıblar, min il də bundan sonra  yazacaqlar  yenə də bitib tükənməyəcək. Məmməd  Arazın  məhşur misralarında deyildiyi kimi…

 Vətən daşı  olmayandan olmaz ölkə vətəndaşı.. Şeirlərimin birində yazmışam:

“Qeyrət qılıncımız pas atsa qında,

Bizə məzarlıqçün torpaq da qalmaz”.

Əgər biz  vətənimizi qorumasaq  dəfn olunmağa  yer də tapmarıq...

-Yaradıcılığınızda  fəlsəfi fikir və düşüncə  aparıcı mövqe tutur...

Mənim oxucuya dediklərim ilə oxucunun şeirimdən  götürdükləri arasında   bərabərlik bəzən pozula da  bilər.  Yazıdıqlarımı hər kəs eyni cür qavramır. Şair çox sey deyə bilər, oxucu isə özünün düşüncə imkanlarına uyğun  olanı mənimsəyir.  Fəlsəfi düşüncə mənadır,  mənasız söz yoxdur.  O sözün ki, mənası var onun özü fəlsəfədir.  Hər bir şairin bu və ya digər şəkildə özünün fəlsəfi fikri var. O fəlsəfəni qarşındakı necə qəbul edəcək, o  artıq oxucunun fəlsəfi düşüncəsindən asılıdır. İnsan sözü kəşf edib, söz də insanı, bax, bunun özü bir fəlsəfədir.

-“Şeirlərində də özü olan adam”- qələm dostlarınız sizin üçün belə deyirlər. Qismətinizə “öz taleyinizin  yol yoldaşı” olmaq yazılıb... 

- Şairin gərək öz yolu ola,  düşüncəsi ola. Əgər yolu yoxdursa  mənzili də yoxdur.   Ondan sonra deyilir ki,  bu dəsti -xətt  Xanəli Kərimlinindir  ya da başqa şairin. Hər bir şair özündən əvvəlkilərdən bəhrələnir, sonda öz yolunu tutur. Kiminsə yaradıcılığına oxşarlıq ola bilər. Amma şair geci-tezi  öz yolunu tapmalıdır.    

- İllərdir yazırsınız. Yüzlərlə şeirləriniz arasında özünüzə həsr etdiyiniz  poeziya nümunəsi varmı?

 “ İnsan var” şeiri…Şeirdə yazmışam ki,

İnsan var –

sürtülmüş çay daşına bənzəyir.

Lap üzünə tüpürsən də,        

qaşıyaraq boynunu

üzünə gülümsəyir.

İnsan var –  

susuz səhra daşı kimi

dəfn edibdi içində

sevincini, qəmini.

Yaşın çoxu keçsə də,

hələ tapa bilməyib

yaşamağın çəmini.

İnsan da var –

bir üzü səhra daşı,

bir üzü su daşıdı.

Bir tikə çörək üçün

bütün ömür boyu

üzdə boynun qaşıdı,

içində qəm daşıdı.

Beş əli alımlı.

bir əli verimli,

üzü bazar,

içi azar dünyada

bəs sən kimsən –

ay Xanəli Kərimli?!..

Şair özü-özünə hesabat verməli, özündən yazmalıdır .

 İçində insanlıq ölən  şairin

 ölü də doğulur

 şeiri sənəti,

min dastan qoşsa da vətən eşqinə

 bir toz qədərincə yoxdur dəyəri  ..   

 -Xanəli müəllim gerçək şeir həm də o zaman uzun ömürlü olur ki, həm tarixə, həm bugünə, həm də torpağın ruhuna bağlı olur...

-Bu dünya bir cənnətdirsə,

O cənnətin qapısı sən!

Varım, yoxum - nəyim varsa,

Cümləsi sən, hamısı sən!

Yaşa xoşbəxt anım mənim -

Əbədi ünvanım mənim -

Doğma Naxçıvanım mənim!

Naxçıvan hamımızın döyünən ürəyidir. Naxçıvan haqqında olan duyğu, düşüncələrimiz də,sevgimiz də  sonsuzdur. Naxçıvan  bəşər  sivilizasiyasının beşiyi, peyğəmbərlər şəhəridir. Ona görə bu şəhəri vəsf etmək bütün zamanların  şairlərinin borcudur.

Ey  şəhidlər qanı ilə yoğrulan torpağım mənim,

Fırtınalar qucağında sönməyən çırağım mənim.

Sən dünyaya sığışmayan özün boyda  bir qüdrətsən

Sən peyğəmbərlər vətəni

Bir müqəddəs məkansan.

Müqədəs məkanı da müqəddəs söznən gərək vəsf edəsən...

- Bu payızda 70 yaşa qədəm qoyacaqsınız. Söz  cavandı, təzə-tərdi, ancaq   şair qocalır...

-Qocalıq ucalıq deməkdir.  Əgər taleyimə şair kimi qocalmaq  düşübsə  bu   Allahın bir lütfüdür.  İnsan  qocaldıqca müdrikləşir. Qaldı ki şairin qocalmağı... bu şərti ifadədir. Əgər şair 80 yaşında da gənclik həvəsi ilə yaradırsa o cavandı. Bəxtiyar Vahabzadənin bu misralarını xatırlasaq  əgər…  “Əsl sənətkarın ,  əsl şairin özü qocalsa da sözü qocalmır”.

Ona görə şairlər həmişə cavandı  sözü ilə, düşüncəsilə….   

-Şair bir ömrün işığına nələri sığdırdı?  

-Ömrün işığına sığdırdıqlarım   çox  oldu, amma elə şeylər də oldu ki, heç  o ömrün işığına yaxın da gəlmədi.  İnsan  bir addım qazandıqca bir addım da itirir, qazana - qazana, itirə - itirə  bu   yaşa çatdıq.  Aylar, illər,  ailə, övlad, müəllim, şair... Bu ömür yolunda yol göstərənim də oldu, yol göstərən də oldum.

- Bir şeirinizdə yazmısınız ki,

Şair haqqın yolçusu,

 Haqq yolu  kəfən yoludur.

 Kəfənin özü biçənin,

 Yolu da vətən yoludur.

 

Şair, yolunuz axarlı olsun...

Söhbətləşdi:

Türkanə Əmoyeva,

“NUHÇIXAN”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...