Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Culfa şəhər 2 №li tam orta məktəbdə Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə məktəbin direktoru Səyyarə Ağayeva “Oxunması zəruri olan kitablar” siyahısında yer alan “Məqalələr” kitabının əhəmiyyətindən danışıb.

Müzakirədə Eynəli bəy Sultanovun tədqiqatçısı, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyətindən, xüsusilə publisistik yaradıcılığında söz açıb.

Bildirilib ki, “Məqalələr” kitabı iki bölmədən ibarətdir.  Kitabda yer alan 120-dən çox məqalənin hər birində Eynəli bəy Sultanovun Azərbaycan xalqına olan sevgisini hiss etmək mümkündür.  Elxan Məmmədov yazıçı-publisistin  “Müsəlmanlar arasında”, “Dərkedilməz insan mühakimə qarşısında”, “Tatar ziyalıları haqqında düşüncələr”, “Keçmiş haqqında iki kəlimə”, “Naxçıvan” (Xüsusi müxbirdən)”, “Novruz bayramı”, “Müsəlman qız”, “Qafqazda müsəlman mətbuatı”, “Suallar və cavablar”, “Əsil azadlıq haradadır”, “Naxçıvan məktubları” silsiləsindən dərc edilən məqalələri haqqında iştirakçılara məlumat verib

Tədbirdə məktəbin şagirdləri Eynəli bəy Sultanovun məqalələrindən parçalar qiraət ediblər.

www.naxcivantv.az