Minilliklərdən bəri qədim insanların yaşayış məskəni olan muxtar respublikamız tarixin dərinliklərindən üzü bəri zəngin mədəniyyətin, o cümlədən dünyəvi və səmavi dinlərin xüsusiyyətlərini özündə ehtiva edən inanc yerlərinin mövcud olduğu bir ərazidir.

Odlar yurdu kimi tanınan ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda, məlum olduğu kimi, islamdan öncə atəşpərəstlik inancı geniş yayılıb. Azərbaycanda islam dini bərqərar olduqdan sonra da xalqımızın adət-ənənələrində əvvəllər mövcud olmuş inancların, xüsusən də atəşpərəstliyin bəzi məqamları islamla vəhdətdə günümüzə qədər gəlib çatıb. Muxtar respublikamızda mövcud olan dini ziyarətgahların, o cümlədən haqqında danışacağımız Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən “İydəli pir” adlanan ziyarətgahın islamdan daha qədim dövrlərə aid olması faktı da deyilənləri təsdiq edir. Bu ziyarətgahların bəzilərinin İslam tarixindən çox əvvəl yaranmasına baxmayaraq, sonradan onlar İslam dini ilə əlaqələndirilib, hətta bu kimi yerlərdəki məzarların İslamda önəmli şəxslərin qəbri olması ilə bağlı rəvayətlər yaranıbdır

“İydəli pir” ziyarətgahı Şahtaxtı kəndinin şərqində, kənd mərkəzindən təxminən 2 kilometr aralıdadır. Qayanın təbii oyuğunda yerləşən pir Naxçıvanda tarixi çox qədimlərə gedib çıxan məşhur ziyarətgahlardan biridir. Onun ətrafı qaya parçaları ilə dördkünc formada hörülübdür. Pirin ətrafında kəhriz və divar qalıqları mövcuddur. Divarın qalınlığı bəzi yerlərdə 50-60 santimetrə çatır. Pirin ətrafındakı ərazilərdə iri qaya parçalarından hörülmüş divar qalıqları da aşkar olunubdurş Araşdırmalar zamanı pirin ətrafından qədim və orta əsrlərə aid keramika nümunələri də aşkar edilib. Pir Azərbaycan xalqı arasında yayılan su və od inancı ilə bağlıdır və buradan tapılan maddi-mədəniyyət nümunələrini eramızdan əvvəl II-I minilliklərə aid etmək olar. Pirin ətrafı orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilibdir.    Qeyd edək ki, məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında Şahtaxtı ərazisində XIV əsrdə “Nemətullahi” təriqətinə mənsub dərvişlərin yaşadığı qeyd edilir. Qədim Şahtaxtı kəndinin də İydəli pirin yerləşdiyi ərazinin ətrafında yerləşməsi və burada baş verən zəlzələdən sonra indiki ərazilərə doğru yayıldığı xalq arasında söylənilir. Belə bir qənaətə gəlmək olar ki, pirin islamla əlaqələndirilməsi də bu təriqət ilə əlaqəlidir. Hətta, belə rəvayət var ki, Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əmin şəkildə hücum çəkməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda İydəli Pirdə gecələməsi yaradıb. Pirin yerləşdiyi təpənin üstündə üç qədim məzar, əhatəsində isə şiəlikdə mühüm rəqəm sayılan 12 kəhrizin yeri qalıb və onlardan bir neçəsi hazırda da Araz çayı istiqamətində axır.

Bu gün Şahtaxtı kəndinin sakinləri, həm də qonşu kəndlərdən piri ziyarət edənlər olur. Kəndin yaşlı sakinləri pirdə daşyapışdırma, daşqaldırma kimi inanc formalarının indi də yaşadıldığını söyləyirlər. Daşın yapışması, eyni zamanda qaldırılan daşın insana yüngül gəlməsi inancları xalq arasında duaların qəbul olunduğu fikrinin yayılmasına səbəb olubdur. Bir sözlə, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də İydəli pir insanların qədim inanc yeri kimi tanınır.

                                                                                “Yeni həyat “qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ötən günün mənzərəsi - VİDEO

04-04-2020-11-48 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Murov qartalı-Xaliq Əzizzadə

04-04-2020-11-17 Xəbərlər

Murov qartalı-Xaliq Əzizzadə

Artıq  dörd  ildir ki , xalqımız üçün  aprel ayının mahiyyəti dəyişib.

Pakistan saytı Naxçıvandan yazıb: Nuhun mirası

04-04-2020-10-50 Xəbərlər

Pakistan saytı Naxçıvandan yazıb: Nuhun mirası

NUHÇIXAN xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin t...

Muxtar respublikada melioratorlar yaz-tarla işlərinə hazırdır

04-04-2020-10-20 Xəbərlər

Muxtar respublikada melioratorlar yaz-tarla işlərinə hazırdır

Naxçıvan Muxtar Respublikasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılm...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

03-04-2020-18-26 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

AMEA Naxçıvan Bölməsində çoxsaylı arxiv sənədləri tədqiqata cəlb edilib

03-04-2020-18-06 Xəbərlər

AMEA Naxçıvan Bölməsində çoxsaylı arxiv sənədləri tədqiqata cəlb edilib

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ...

Dağlıq Qarabağda erməni hərbçi ölüb

03-04-2020-15-49 Xəbərlər

Dağlıq Qarabağda erməni hərbçi ölüb

Aprelin 3-ü saat 00:35 radələrində Dağlıq Qarabağda erməni hərbçi naməlum şərait...

“Cahan Holdinq”dən daha bir nümunəvi addım

03-04-2020-15-16 Xəbərlər

“Cahan Holdinq”dən daha bir nümunəvi addım

Kirayə haqları azaldıldı, kommunal ödənişlər ləğv edildi.

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını bitirən gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

03-04-2020-15-07 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını bitirən gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hər...

Abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından uğurla istifadə edirlər

03-04-2020-14-24 Xəbərlər

Abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından uğurla istifadə edirlər

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imka...

Allahın yaratdığı təbii aptek

03-04-2020-14-00 Xəbərlər

Allahın yaratdığı təbii aptek

Hələ çoxdan oxuduğum maraqlı bir yazıda qeyd edilirdi ki, antik dövrün məşhur hə...

Ötən günün mənzərəsi - VİDEO

03-04-2020-10-41 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Monteneqro XİN Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyib

03-04-2020-09-00 Xəbərlər

Monteneqro XİN Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyib

Monteneqro Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

02-04-2020-16-56 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

02-04-2020-16-03 Xəbərlər

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata g...

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

02-04-2020-15-17 Xəbərlər

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmç...

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

02-04-2020-14-52 Xəbərlər

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

02-04-2020-12-46 Xəbərlər

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən...

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02-04-2020-11-53 Xəbərlər

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait y...

Ötən günün mənzərəsi - VİDEO

02-04-2020-11-25 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kəlbəcərin işğalından 27 il ötür

02-04-2020-09-29 Xəbərlər

Kəlbəcərin işğalından 27 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalınd...

Şanlı Aprel döyüşlərindən dörd il ötür

02-04-2020-09-00 Xəbərlər

Şanlı Aprel döyüşlərindən dörd il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən...

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

01-04-2020-19-12 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 31-də “Naxçıvan Muxtar Respublikasında Koronavir...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

01-04-2020-18-52 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

01-04-2020-17-23 Xəbərlər

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

2 yaşını qeyd edən Nuhçıxan İnformasiya Agentliyi bu gün dünyanın harasında yaşa...

Naxçıvan xalçaları üzərindəki motivlər

01-04-2020-16-01 Xəbərlər

Naxçıvan xalçaları üzərindəki motivlər

Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və ...

Ərzaq mağazalarında dezinfeksiya edilməsi vacib olan sahələr

01-04-2020-13-17 Xəbərlər

Ərzaq mağazalarında dezinfeksiya edilməsi vacib olan sahələr

Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) s...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

01-04-2020-11-35 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmiz...

NUHÇIXAN xəbər verir ki...Yaxud, 2 yaşlı qəhrəman

01-04-2020-00-00 Xəbərlər

NUHÇIXAN xəbər verir ki...Yaxud, 2 yaşlı qəhrəman

Məhəccərin dirəyinə vurulan radio birdəfəlik sussa da  babamın hər səhər ilk işi...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

31-03-2020-18-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...