Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim yaşayış məskəni var. “Azərbaycan toponimləri.

Ensiklopedik  lüğət”ində göstərildiyi kimi, Aşağı Yaycı məntəqəsini 1928-ci ildə keçmiş Yaycı (indiki Yuxarı Yaycı) kəndindən çıxmış bir qrup ailə salıb. Toponim özündə qədim türkmənşəli yaycı tayfasının adını yaşadır. Bu tayfa, mənbələrdə qeyd olunduğu kimi, hələ qədimdən, əsasən Naxçıvan və indiki Ermənistan ərazisində yaşayıb. XIX əsrdə Cənubi Qafqazda ümumilikdə 8 Yaycı kəndi olub. Hazırda ikisi Şərur, biri Culfa rayonunda olmaqla Naxçıvan Muxtar Respublikasında üç Yaycı kəndi var. Qeyd edək ki, İğdır (Türkiyə) ərazisində də Yaycı adlı yaşayış məntəqəsi də hal-hazırda mövcuddur.

Türklərin tarixində özünəməxsus yeri olan Xivə xanı, tarixçi, şair Əbülqazi Bahadır xan (1603-1663) “Şəcərəyi tərakimə”  əsərində  yazırdı ki, Qara Qazi bəyin dörd oğlu var idi. Birinci Ögücik Alp... Ögücikin altı oğlu olub. Hamısı  əkiz idi. Belə ki, üç dəfə bir-birinin arxasından əkiz olub adları budur: Berdi, Buka bir əkiz, Avşar,  Kusar bir əkiz. Yaycı, Dingli bir əkiz.  Yaycı oğulları bu zamanda Amu suyunun yaxasında Qara Kul yaxınlığında məskənləşiblər. Bu dövrdə də onlara Yaycı deyirlər.

Əbülqazi Bahadır  xanın məlumatından aydın olur ki, Yaycı etnonimi öz adını nəsil adı kimi şəxs adından alıb.

Təxminən belə bir mülahizə ilə araşdırıcı Məmməd Elli də çıxış edib. O, mətbuatda vaxtilə dərc etdirdiyi “Yaycı və Yəyci kənd adları” adlı məqaləsində yazır ki, qədim Altay türkləri qadir Tanrını Yayuçı xanın adıyla tanımışlar. Güman ki, Yaycı və Yəyci yer adları Yayuçı xanın adıyla  bağlı olaraq yaranmışdır: Yayuçı-Yaycı... Yayuçı tanrı adı türk mənşəlidir. Yayuçı – “Yayu Kişi” deməkdir.

M. Ellinin fikrinə görə, “yayu” sözü “yaymaq” feilindən düzəldilmişdir və bu sözü indiki morfoloji anlayışda “yayan” şəklində götürmək olar: Yayu Kişi – Yayan Kişi.

Alimlərdən Firudin Rzayev də Yaycı sözünün etimologiyasına dair fikir söyləyib. O qeyd edir ki, bu sözü yay-çı kimi qəbul etsək, müasir dilimizin “hazırlayan” və ya “yay düzəltməklə məşğul olan” anlamı üzərində dayanmalıyıq... Qədim  türk şamanlarda – qamlarda irəlini görmək üçün icra olunan ayinlərdə yaydan müqəddəs bir əşya kimi istifadə olunurdu və bu işlə məşğul olanlara, yəni irəlini görənlərə, olacağı xəbər verənlərə “yaycı” deyirdilər.

Türkiyəli alim Nihat Çətinkaya İğdırdakı Yaycı kənd adının etimologiyasına toxunaraq  “İğdır tarixi” adlı əsərində yazır ki, yaz vaxtı heyvanlarla yaylağa köçən, yayılan, yaylaqçı türklərə “yaycı” deyilib. İğdırın Yaycı kənd adı da yaylaqçı ənənəsinə bağlı olan əhalisinə görə, əvvəllər oymak adı olmuş və daha sonra bu “yacı/yaycılu” oymağı oturaq həyata keçdiyi yerə də həmin oymağın adı verilib.

Göründüyü kimi, yaycı sözünün etnonim  kimi formalaşmasına dair fikirlər müxtəlifdir. Mahmud Kaşğarlı özünün məşhur “Divanü lüğat-it- türk”  (1072-1074) əsərində hazırkı vəziyyətdə bizim üçün maraqlı olan bir fikir irəli sürüb. O, iyirmi iki oğuz boyu haqqında məlumat verdikdən sonra qeyd edir ki, bu saydığım bölüklər kökdür. Bu kökdən bir takım oymaklar (boylar, tayfalar – A.İ.) çıxmışdır. Bu bölüklərin adları onları qurmuş olan əski dədələrinin adlarından alınmışdır. Artıq, fikir müxtəlifliyinə o qədər də yer qalmır. Mahmud Kaşqarlının (Mahmud Kaşğarinin) və Əbülqazi Bahadır xanın da qeyd etdiyi kimi bir çox qədim türk boy, tayfa, nəsil, tirə adları həmin tayfa, nəsil, tirə başçılarının adından törəmişdir ki, onlardan biri də yaycı tayfasıdır.

Elmi qaynaqlarda bir daha qeyd olunduğu kimi, Yaycılar mənşəcə oğuz tayfalarından hesab olunurlar. Onların bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəlmiş, əsasən, Naxçıvan ərazisində yaşamışlar. Yaycı kənd adları eyniadlı tayfa adından yarandığı üçün etnooykonimdir.

 

                                                Akif İmanlı

Naxçıvan Müəllimlər İnstitutunun professoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident Naxçıvanın avtomobil yolu işçilərini təltif etdi - SƏRƏNCAM

22-02-2020-19-38 Xəbərlər

Prezident Naxçıvanın avtomobil yolu işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 22-də Azərbaycan Respublikasında avtomobil yolla...

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa göstərilib

22-02-2020-18-57 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa göstərilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - Rəsmi

22-02-2020-17-55 Xəbərlər

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - Rəsmi

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından NUHÇIXAN-a daxil olan...

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib

22-02-2020-17-41 Xəbərlər

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fev...

Türkiyəli professor Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

22-02-2020-16-01 Xəbərlər

Türkiyəli professor Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

NUHÇIXAN xəbər verir ki, Türkiyənin İstanbul Universitetinin professoru Haluk Ta...

Naxçıvanda orta aylıq əmək haqqı 484 manat olub

22-02-2020-14-10 Xəbərlər

Naxçıvanda orta aylıq əmək haqqı 484 manat olub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Vüqar Abbasov Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib

22-02-2020-13-47 Xəbərlər

Vüqar Abbasov Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib

NUHÇIXAN xəbər verir ki, fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu ...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

22-02-2020-12-56 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

22-02-2020-12-02 Xəbərlər

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan ...

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN

22-02-2020-11-55 Rəsmi

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ü...

Naxçıvanda ümumi daxili məhsul 2 faiz artıb

22-02-2020-11-16 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsul 2 faiz artıb

Muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq üm...

Naxçıvanda əhalinin sayı artıb

22-02-2020-10-54 Xəbərlər

Naxçıvanda əhalinin sayı artıb

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Xocalı soyqırımını törədənlər lənətlənib

22-02-2020-09-58 Xəbərlər

Xocalı soyqırımını törədənlər lənətlənib

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Xocalı soyqırımının 28-ci ildönü...

Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği

22-02-2020-09-00 Xəbərlər

Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği

“Dünyada hər kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olub ...

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

21-02-2020-18-18 Xəbərlər

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İcma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

21-02-2020-17-36 Xəbərlər

İcma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məc...

Bu ildən ölkə üzrə birinci siniflərə qəbul elektron qaydada aparılacaq

21-02-2020-16-53 Xəbərlər

Bu ildən ölkə üzrə birinci siniflərə qəbul elektron qaydada aparılacaq

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərin...

Ali Məclisin Sədri Sərəncam imzaladı

21-02-2020-16-00 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də N...

Akademik İsa Həbibbəyli: Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardandır

21-02-2020-13-32 Xəbərlər

Akademik İsa Həbibbəyli: Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardandır

“Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konf...

Dilimiz milli sərvətimizdir

21-02-2020-12-05 Xəbərlər

Dilimiz milli sərvətimizdir

Dil - bir millətin millət kimi formalaşıb özünün dünyanın digər xalqları arasınd...

Ötən günün mənzərəsi - VİDEO

21-02-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

21-02-2020-11-23 Xəbərlər

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikas...

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

21-02-2020-10-45 Xəbərlər

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən ba...

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21-02-2020-10-24 Xəbərlər

Bu gün Beynəlxalq Ana Dili Günüdür

NUHÇIXAN xəbər verir ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü ki...

Dilimiz milli sərvətimizdir

20-02-2020-17-05 Xəbərlər

Dilimiz milli sərvətimizdir

Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmu...

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

20-02-2020-16-07 Xəbərlər

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə yanvarın 25-...

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

20-02-2020-15-25 Xəbərlər

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunmu...

Vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilir

20-02-2020-14-21 Xəbərlər

Vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilir

Dövlət orqanlarında vakant dövlət vəzifələrinin tutulması üçün 2019-cu il sentya...

Ötən günün mənzərəsi - VİDEO

20-02-2020-13-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib - VİDEO

20-02-2020-12-39 Xəbərlər

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib - VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı inşa olunub.