Naxçıvan Muxtar Respublikasının iqlimi və torpaqları soya bitkisinin inkişafı üçün çox əlverişlidir.

Bu məqsədlə də AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun təcrübə sahəsində “Nəbatat Bağı”nda soya bitkisinin Azərbaycan Genetik Ehtiyatlar İnstitutundan alınmış, 5 ölkədən gətirilən 15 sortu üzərində müxtəlif variantlarda təcrübə işləri aparılır, bu tədqiqatların sayəsində müəyyən nəticələr əldə olunub və tədqiqat işləri davam etdirilir.

Soya paxlalı, yağlı, texniki bitkidir. Bu bitkidən “soya südü”-nün alınması üçün də istifadə olunur. Paxlalılar fəsiləsinə mənsub olan Soyanın Glycine max L. cinsi 40 növü əhatə edir. Soyanın 500-ə yaxın növmüxtəlifliyi mövcuddur. Bütün növlər birillik bitkidir. Gövdəsi 60-100 sm hündürlükdədir.  

Soya paxlasının zəngin tərkibindən bəhrələnən soya südü paxlanın isladılıb üyüdülməsi və süzülməsindən sonra əmələ gəlir. Bəzi diyetoloqların fikrincə, soya südü qida maddələrinin tərkibi baxımından A, D, E, B vitaminləri, riboflavin və dəmirlə zəngindir. Sadə soya südü protein baxımından çox zəngindir. Adi inək südünə nəzərən lif daha çox olub, inək südündən daha yağlıdır. Bu yağlar orqanizmə zərərli olmayıb, əksinə xolestreol səviyyəsinin aşağı salınmasını təmin edir.

Soya südü aşağıdakı kimi hazırlanır: 1 stəkan – soya; 5,5 stəkan – su; 2,5 xörək qaşığı – şəkər; 0,5 çay qaşığı – duz götürülür. Əvvəlcə soyanı dərin bir qaba əlavə edib üzərinə 3-4 barmaq gələcək qədər su töküb 8-10 saat şişməsini gözləyirik. Bu müddət uzun olarsa soyuducuda saxlamaq məsləhət görülür. Otaq temperaturunda qaldıqda dadı dəyişir. Soyuducuda bir gün saxladıqdan sonra səhəri gün soyaları süzgəc vasitəsi ilə götürürük. Soyanın üst qabığını mümkün olduqca təmizləmək lazımdır. Qabıqları əlimizlə ovuşduraraq təmizləmək olar. Qabığı tam təmizlənmədiyi halda südün dadı xoşagəlməz olur. Bu səbəbdən soyaları qabıqdan ayırmaq məsləhət görülür. Bunun üçün ovduğumuz soyaların üstünə su alırıq. Qabıqlar yüngül olduğu üçün suyun üzərinə qalxır. Süzərək qabıqları atırıq. Təmizlənmiş soya toxumlarını blenderə qoyub üzərinə 2 stəkan su əlavə edib püre halına gətiririk. Sonra alınan məhlulu tənziflə süzürük üzərinə 2,5 xörək qaşığı şəkər və 0,5 çay qaşığı qaya duzunu əlavə edib qaynadırıq. Beləliklə, soya südümüz hazırdır.

Soyada genistein ve daidzin başda olmaqla fitoestrogenlər mövcuddur. Estrogenin xüsusilə, klimaksdan əvvəl qadınlarda istilik basması kimi əlamətlərin azalmasında və ürək-damar sağlamlığı baxımından xoşxassəli xolesterolun artırılmasında rolu vardır.

Soya südünün tərkibində laktoza olmadığı üçün xüsusilə laktoza dözümsüzlüyü olan insanlarda üstünlük verilə biləcək ən yaxşı alternativdir. Son illərdə get-gedə artmaqda olan inək südü allergiyası olan insanlara soya südü münasib variantdır. Həmçinin vegeterianlar tərəfindən inək südü əvəzinə istifadə olunur. Soya südünün günlük qida miqdarı 100 ml-dən çox olmamalıdır.

Bəzi araşdırmalar zamanı soya məhsullarına üstünlük verənlərin daha yaxşı çəki itirdiyi müşahidə olunub. Buna soya izoflovanlarının insulin tənzimlənməsi və yağ metabolizmi üzərindəki müsbət təsirlərinin səbəb olduğu qeyd edilir. Bu səbəblə də arıqlamaq istəyənlərin seçimləri sırasına soya südü əlavə oluna bilər.

Soya südünün əsas faydalı xüsusiyyətləri:

1. Tərkibində Omeqa-6, omeqa-3 yağ turşuları və dəmir olması səbəbiylə soya südü qan damarlarının divarlarını daha elastik və davamlı edir. Bundan əlavə, bu maddələr azad radikalların hərəkəti ilə qan damarlarının pisləşməsinə və daxili divarlarda xolesterolun əlavə edilməsinə mane olur; 2.  Qan lipid profilini stabilləşdirir. Həkimlər bu əmlakı soya məhsulu üçün ən yaxşısından biri hesab edirlər. Poli və mono doymuş yağlar xolesterolun qana nəqlinə maneə törədirlər, beləliklə, yüksək sıxlıqlı lipoproteinin konsentrasiyasını ("yaxşı" xolesterol) azaldır; 3. Xərçəngin qarşısını alır. Soya südü yaxşı xərçəng əleyhinə xarakteristikaya malikdir. Bəzi araşdırmalar göstərir ki, istifadəsi kişilərdə prostat xərçəngi və qadınlarda döş xərçənginin inkişaf riskini azaldır; 4. Osteoporozun inkişafına mane olur; 5. Yüksək antioksidan xüsusiyyətləri sayəsində soya südü, azad radikalların toxumalarda və hüceyrələrdə dağıdıcı təsirinin qarşısını alır, yaşlanmalarını yavaşladır; 6. Tərkibində quliten və laktoza olmadığı üçün rahat həzm olunur; 7. Zülal mənbəyidir; 8. Qadınlarda menopozdan sonra meydana gələn semptomların azalmasına təsir göstərir; 9. Mütəmadi istifadə zamanı bölgəsəl yağlanmaları azaldır.

Soya südü ilə yanaşı inək südünün də insan orqanizmi üçün rolu çox böyükdür. Süd hüceyrə və toxumaların əmələ gəlməsində, zədələnmiş qisimlərin yenilənməsində önəmli rola malikdir.  Bəşəriyyətin 300 min illik tarixi fonunda süd içmək yeni bir vərdiş hesab olunur. Təxminən 10 min il bundan əvvəl demək olar ki, heç kim süd içməyib. İçən olsa da, nadir hallarda baş verib. İlk süd içən insanlar ilkin fermerlər və ilk dəfə inəklər də daxil olmaqla əhliləşdirilmiş heyvanlarla yaşamağa başlayan Qərbi avropalı pastoralistlər olublar. Hal-hazırda süd içmək Şimali Avropa və Şimali Amerikada adi haldır.

Heyvan südü içməyin niyə qəribə olduğunun bioloji səbəbi var. Südün tərkibində laktoza adlanan şəkər mövcuddur ki, meyvə və digər şirin qidalardakı şəkərdən fərqlənir. Körpə ikən bədənimiz laktaza adlanan ferment yaradır ki, ana südündəki laktoza bu yolla həzm olunur. Lakin diş çıxardıqdan sonra, bir çox körpələrdə bu fermentin istehsalı dayanır. Laktazasız biz süddəki laktozanı düzgün həzm edə bilmirik.

Nəticədə çox miqdarda süd içən yetkin yaşlı bir insan köp, ağrılı spazmalar və hətta ishaldan əziyyət çəkə bilər. (Qeyd edək ki, digər məməlilərdə məsələn: yetkin inəklər, pişiklər və ya itlərdə də laktaza yoxdur).

Süd içən ilk avropalılar yəqin ki, köpdən çox əziyyət çəkiblər. Lakin getdikcə təkamül öz işini görüb və bəzi insanlar yetkin yaşda belə, laktaza fermentini saxlamağa başlayıblar. Bu “laktaza davamlılığı” insanlara əks-təsir olmadan süd içmək imkanı verib. DNT-də laktaz geninin fəaliyyətini idarə edən hissənin mutasiyaya uğraması nəticəsində bu cür davamlılıq formalaşıb.

Gündəlik 400-500 ml süd içmək orqanizm üçün çox faydalıdır. Bu qədər südlə günlük  kalsium ehtiyacının 75,  fosfor ehtiyacının 60, yod ehtiyacının 25, B2-B12 vitamini ehtiyacının 77, C vitamini ehtiyacının 15 , A vitamini ehtiyacının 23, D vitamini ehtiyacının 16 %-ni qarşılamaq mümkündür.

Süd orqanizmdə aşağıdakı proseslərdə iştirak edir:

1. Böyümə və inkişafı təmin edir; 2. Dişləri qoruyur və çürüklərin qarşısını alır; 3. Hüceyrə və toxumaların formalaşmasında rol oynayır; 4. Saç və dırnağın əmələ gəlməsində iştirak edir; 5. Yağsız süd xolesterolu düşürür; 6. A, B, C, D, E, K vitaminləri ilə vücudu təmin edir; 7. Qanın tez laxtalanmasını təmin edir; 8. Əzələlərin güclənməsini təmin edir; 9. Sümükləri möhkəmləndirir, sümük əriməsinin qarşısını alır; 10. İnfeksiyalara qarşı qoruyur; 11. İshalda faydalıdır; 12. Mədə narahatlığının qarşısını alır; 13. Beyinə enerji verir; 14.Təzyiqi endirir.

Soya südünün inək südündən fərqli cəhətləri aşağıdakılardır:

1. Soya südü protein baxımından daha zəngindir. İnək südünə nəzərən lif daha çoxdur; 2. Soya südü inək südündən daha yağlıdır və bu yağlar orqanizmə zərərli deyil, əksinə xolestreol səviyyəsi daha aşağıdır; 3. Soya südündə laktoza olmadığı üçün inək südü ilə müqayisədə həzmi daha asandır;  4. Soya südündə allergiya ehtimalı olmadığı halda, inək südü bəzi insanlarda allergiya yarada bilər. 

                                                                   Günay Zeynalova

AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutu Dənli-taxıl, texniki və paxlalı bitkilər laboratoriyasının əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident Naxçıvanın avtomobil yolu işçilərini təltif etdi - SƏRƏNCAM

22-02-2020-19-38 Xəbərlər

Prezident Naxçıvanın avtomobil yolu işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 22-də Azərbaycan Respublikasında avtomobil yolla...

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa göstərilib

22-02-2020-18-57 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşa göstərilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - Rəsmi

22-02-2020-17-55 Xəbərlər

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - Rəsmi

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından NUHÇIXAN-a daxil olan...

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib

22-02-2020-17-41 Xəbərlər

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fev...

Türkiyəli professor Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

22-02-2020-16-01 Xəbərlər

Türkiyəli professor Naxçıvanda pedaqoji fəaliyyət göstərəcək

NUHÇIXAN xəbər verir ki, Türkiyənin İstanbul Universitetinin professoru Haluk Ta...

Naxçıvanda orta aylıq əmək haqqı 484 manat olub

22-02-2020-14-10 Xəbərlər

Naxçıvanda orta aylıq əmək haqqı 484 manat olub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Vüqar Abbasov Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib

22-02-2020-13-47 Xəbərlər

Vüqar Abbasov Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib

NUHÇIXAN xəbər verir ki, fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu ...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

22-02-2020-12-56 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

22-02-2020-12-02 Xəbərlər

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan ...

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN

22-02-2020-11-55 Rəsmi

Ülvi Hüseynli Ali Məclisin Aparat rəhbəri təyin edildi - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ü...

Naxçıvanda ümumi daxili məhsul 2 faiz artıb

22-02-2020-11-16 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsul 2 faiz artıb

Muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq üm...

Naxçıvanda əhalinin sayı artıb

22-02-2020-10-54 Xəbərlər

Naxçıvanda əhalinin sayı artıb

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Xocalı soyqırımını törədənlər lənətlənib

22-02-2020-09-58 Xəbərlər

Xocalı soyqırımını törədənlər lənətlənib

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Xocalı soyqırımının 28-ci ildönü...

Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği

22-02-2020-09-00 Xəbərlər

Cəlil Məmmədquluzadə irsi və onun Ədəbiyyat muzeyində təbliği

“Dünyada hər kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olub ...

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

21-02-2020-18-18 Xəbərlər

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İcma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

21-02-2020-17-36 Xəbərlər

İcma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məc...

Bu ildən ölkə üzrə birinci siniflərə qəbul elektron qaydada aparılacaq

21-02-2020-16-53 Xəbərlər

Bu ildən ölkə üzrə birinci siniflərə qəbul elektron qaydada aparılacaq

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərin...

Ali Məclisin Sədri Sərəncam imzaladı

21-02-2020-16-00 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də N...

Akademik İsa Həbibbəyli: Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardandır

21-02-2020-13-32 Xəbərlər

Akademik İsa Həbibbəyli: Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardandır

“Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konf...

Dilimiz milli sərvətimizdir

21-02-2020-12-05 Xəbərlər

Dilimiz milli sərvətimizdir

Dil - bir millətin millət kimi formalaşıb özünün dünyanın digər xalqları arasınd...

Ötən günün mənzərəsi - VİDEO

21-02-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

21-02-2020-11-23 Xəbərlər

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikas...

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

21-02-2020-10-45 Xəbərlər

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən ba...

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21-02-2020-10-24 Xəbərlər

Bu gün Beynəlxalq Ana Dili Günüdür

NUHÇIXAN xəbər verir ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü ki...

Dilimiz milli sərvətimizdir

20-02-2020-17-05 Xəbərlər

Dilimiz milli sərvətimizdir

Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmu...

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

20-02-2020-16-07 Xəbərlər

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə yanvarın 25-...

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

20-02-2020-15-25 Xəbərlər

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunmu...

Vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilir

20-02-2020-14-21 Xəbərlər

Vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilir

Dövlət orqanlarında vakant dövlət vəzifələrinin tutulması üçün 2019-cu il sentya...

Ötən günün mənzərəsi - VİDEO

20-02-2020-13-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib - VİDEO

20-02-2020-12-39 Xəbərlər

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib - VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı inşa olunub.