Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi əhatəli iqtisadi siyasətin aparılması mühüm rol oynayır.

Regionun inkişafı isə mövcud olan təbii, əmək və istehsal resurslarının uğurlu layihələr hesabına iqtisadiyyatın artımına nail olunması, yeni iş yerləri yaradılmaqla daimi məşğulluğun təmin edilməsi və bununla da, əksər sosial məsələlərin həlli deməkdir.

Muxtar respublikada azad sahibkarlığın inkişafına şərait yaradan sosial-iqtisadi tərəqqi, ən ucqar regionlarda belə insanların rifah içində yaşamasını təmin edən normal həyat səviyyəsinin bərqərar edilməsi, şəhərlə kənd arasında fərqin aradan qaldırılması, regionda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlıq sinfinin mərhələ adlaması, əhali tələbatlarını ödəməyə yönəldilmiş hər cür istehsal və xidmət sahələrinin istifadəyə verilməsi iqtisadi təhlükəsizliyin təmin olunmasına gətirib çıxarmış iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyinin göstərilməsi əhəmiyyətli investisiya mənbəyidir. Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarına ehtiyacı olan sahibkarlıq subyektlərinin iqtisadiyyatın prioritet istiqamətlərinə yönəlik layihələrinin maliyyələşdirilməsi iqtisadi prioritet kimi qarşıya qoyulmuşdur.

Regionların sosial-iqtisadi inkişafına nail olmağın əsas yollarından biri də əhalinin rifah halının yüksəldilməsi, daimi məşğulluğun təmin edilməsi və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına şərait yaradan iqtisadi stimullardan səmərəli istifadədir. İndinin kiçik sahibkarını gələcəyin biznes adamına çevirmək üçün heç şübhəsiz verilən kreditlərin əvəzsiz rolu vardır.

Bütün bunlarla yanaşı sаhibkаrlıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, fəaliyyətini dayandırmış və ya tam gücü ilə fəaliyyət göstərməyən istehsal müəssisələrinin fəaliyyətinin bərpası, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə kreditlərin verilməsi davam etdirilməkdədir.

Bütün qeyd edilənlərin təməlində isə sosial inkişafı xarakterizə edən ən mühüm göstərici kimi sahibkarların mənafelərinin qorunması və onlara iqtisadi fəaliyyətlə məşğul olmaları üçün biznes mühitinin yaradılması dayanır. Məhz bu mühitin formalaşması və inkişafında Sahibkarlığın İkişafı Fondunun rolunu xüsusilə qeyd etməliyik. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılmış, güzəştli kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilmiş, nəzarət mexanizmi təkmilləşdirilmişdir.

Sahibkarlara kömək məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinə nəzər salsaq görərik ki, bu qurum 2000-ci ildən 1 yanvar 2020-ci il tarixədək 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərmişdir. Bu rəqəm 2019-cu ildə 117 layihə üzrə 10 milyon 715 min  manatdan artıq olmuşdur. Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsini də artırır.  

İqtisadiyyatın mühüm istiqamətlərindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi 2019-cu ildə də davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədilə 87 ailə təsərrüfatına 820 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər aparılmış, kreditlərin ödəmə müddətləri və iqtisadi səmərəliliyi araşdırılmış, sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə və qanunvericiliyin tələblərinin izahı işləri aparılmışdır.

Nəticə etibarilə əldə olunmuş naliyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şəraitin yarandığını, iqtisadiyyatın hər sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğının göstərildiyini əyani nümayiş etdirir. Bu səbəbdən də sahibkarlıq mühiti getdikcə daha böyük sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.

 

Rəmzi Əlizadə

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib - VİDEO

04-04-2020-17-20 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisini...

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır

04-04-2020-17-15 Xəbərlər

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır

Muxtar respublikada yeni nasos stansiyaları tikilir, təzyiqli boru xətləri çəkil...

Naxçıvanda yeni meyvə bağları salınıb

04-04-2020-17-10 Rəsmi

Naxçıvanda yeni meyvə bağları salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələl...

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

04-04-2020-16-28 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uz...

Muxtar respublikada vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

04-04-2020-15-57 Xəbərlər

Muxtar respublikada vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Dövlət İmtahan Mərkəzi: Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə bilərlər

04-04-2020-14-55 Xəbərlər

Dövlət İmtahan Mərkəzi: Abituriyentlər otk.az portalında bütün istiqamətlər üzrə onlayn sınaq imtahanı verə bilərlər

Abituriyentlər imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək d...

Ötən günün mənzərəsi - VİDEO

04-04-2020-11-48 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Murov qartalı-Xaliq Əzizzadə

04-04-2020-11-17 Xəbərlər

Murov qartalı-Xaliq Əzizzadə

Artıq  dörd  ildir ki , xalqımız üçün  aprel ayının mahiyyəti dəyişib.

Pakistan saytı Naxçıvandan yazıb: Nuhun mirası

04-04-2020-10-50 Xəbərlər

Pakistan saytı Naxçıvandan yazıb: Nuhun mirası

NUHÇIXAN xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin t...

Muxtar respublikada melioratorlar yaz-tarla işlərinə hazırdır

04-04-2020-10-20 Xəbərlər

Muxtar respublikada melioratorlar yaz-tarla işlərinə hazırdır

Naxçıvan Muxtar Respublikasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılm...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

03-04-2020-18-26 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

AMEA Naxçıvan Bölməsində çoxsaylı arxiv sənədləri tədqiqata cəlb edilib

03-04-2020-18-06 Xəbərlər

AMEA Naxçıvan Bölməsində çoxsaylı arxiv sənədləri tədqiqata cəlb edilib

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ...

Dağlıq Qarabağda erməni hərbçi ölüb

03-04-2020-15-49 Xəbərlər

Dağlıq Qarabağda erməni hərbçi ölüb

Aprelin 3-ü saat 00:35 radələrində Dağlıq Qarabağda erməni hərbçi naməlum şərait...

“Cahan Holdinq”dən daha bir nümunəvi addım

03-04-2020-15-16 Xəbərlər

“Cahan Holdinq”dən daha bir nümunəvi addım

Kirayə haqları azaldıldı, kommunal ödənişlər ləğv edildi.

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını bitirən gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

03-04-2020-15-07 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını bitirən gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hər...

Abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından uğurla istifadə edirlər

03-04-2020-14-24 Xəbərlər

Abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından uğurla istifadə edirlər

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imka...

Allahın yaratdığı təbii aptek

03-04-2020-14-00 Xəbərlər

Allahın yaratdığı təbii aptek

Hələ çoxdan oxuduğum maraqlı bir yazıda qeyd edilirdi ki, antik dövrün məşhur hə...

Ötən günün mənzərəsi - VİDEO

03-04-2020-10-41 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Monteneqro XİN Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyib

03-04-2020-09-00 Xəbərlər

Monteneqro XİN Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyib

Monteneqro Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

02-04-2020-16-56 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

02-04-2020-16-03 Xəbərlər

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata g...

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

02-04-2020-15-17 Xəbərlər

Naxçıvanda qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmç...

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

02-04-2020-14-52 Xəbərlər

Ermənistanda 660 nəfərdən çox koronavirusa yoluxan var

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

02-04-2020-12-46 Xəbərlər

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən...

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02-04-2020-11-53 Xəbərlər

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait y...

Ötən günün mənzərəsi - VİDEO

02-04-2020-11-25 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kəlbəcərin işğalından 27 il ötür

02-04-2020-09-29 Xəbərlər

Kəlbəcərin işğalından 27 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalınd...

Şanlı Aprel döyüşlərindən dörd il ötür

02-04-2020-09-00 Xəbərlər

Şanlı Aprel döyüşlərindən dörd il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən...

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

01-04-2020-19-12 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 min 464 manat vəsait köçürüb

NUHÇIXAN xəbər verir ki, martın 31-də “Naxçıvan Muxtar Respublikasında Koronavir...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

01-04-2020-18-52 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 4 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...