Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarlarında salınan yeni meyvə və üzüm bağlarında biotexniki tədbir keçiriblər.

Bu məqsədlə ətraf sahələrə 1500 kiloqram meyvə-tərəvəz qalıqları və 300 kiloqram daş duz səpilib.

Soyuq qış aylarında daş duz və müxtəlif meyvə-tərəvəz qalıqları, qaba yem  çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı davamlılığını artırır, həmçinin onların duza olan tələbatı ödənir.

 

Məhəmməd Fərəcov

www.naxcivantv.az