Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi, təlatümlü keçmişimizi unutmamalıdırlar.

Biz öz övladlarımıza bunu elə aşılamalıyıq ki, gələcəklərini öz tarixi keçmişləri üzərində qurmağı bacarsınlar.

Unutmaq olarmı heç, müstəqilliyimizin əldə olunmasında canından keçən əziz şəhidlərimizi? Çünki onlar öz qanları ilə azadlıq, müstəqillik naminə gələcəyimizin şanlı səhifəsini yazıblar.  

Əslində 20 Yanvar faciəsinin bir qış gecəsində xaincəsinə  baş verməsi həm də Sovet İttifaqının Azərbaycan xalqının əzmi qarşısında aciz qaldığını göstərdi.

Həmin gün də xalq küçələrə çıxıb müstəmləkə boyunduruğundan azad olmaq üçün öz haqqını tələb edirdi. Lakin sovet hakimiyyətinin qatil rəhbərləri öz acizliklərini ört basdır etmək üçün tabeliyində olan orduya quldurlar kimi gecə saatlarında Bakıya hücum etmək əmri verdilər. O gecə şəhər günahsız insanların qanına boyanmışdı! O yanvar gecəsi  Bakıya qar yox, qan yağırdı! Neçə-neçə igid, qadın, qoca, uşaq o gecə azadlıq uğrunda şəhid oldu.

...Bakı bu təlatümləri çox görmüşdü, amma o gecənin faciəsi həm də sapı  özümüzdən olan baltaların səriştəsiz siyasətinin ucbatından baş verdi. O gecə xalq öz azadlığı, müstəqilliyi uğrunda tökülən qanlarıyla qarışıb birlik olmuşdu! O gecə 146 nəfərin  qəddarcasına ölümü, yüzlərlə insanın yaralanması və qanunsuz həbsi ilə də tarixə düşdü.

Sabahı gün hər kəsi bir sual düşündürürdü: bir millət olaraq biz bu əzablara düçar olmaq məcburiyyətində idikmi?! Cavab isə aydın idi. Axı  azadlığa, müstəqilliyə, bizim də bir millət, bir xalq kimi rahat yaşamağa haqqımız var idi! Təəssüf ki, azadlıq qurbansız olmur! Amma bundan sonra nə etməli, əsas bu məsələ hər kəsi düşündürürdü. Bu sualın cavabı da elə Moskvadan bir mesaj kimi gəldi. Bu dəfə xalqda  gələcəyə ümidi yenə də xalqın böyük oğlu, ulu öndəri Heydər Əliyev öz qətiyyətli hərəkəti ilə  verdi. O, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu faciənin səbəbkarlarının tapılaraq cəzalandırılmasını tələb etdi. Bununla da xalqın nəzərləri bu qətiyyətli liderə çevrildi. Heydər Əliyev şəxsiyyəti və xalqı Azərbaycanın birliyi uğrunda mübarizədə birləşdirə bildi. Bundan sonra isə Heydər Əliyev xalqa, xalq isə özünün dahi liderinə güvənərək Azərbaycan yolunda  birlikdə addımladı. Dünya boyda Azərbaycan, Azərbaycan boyda güclü bir dövlət müstəqilliyə nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər  Heydər Əliyevin xüsusi Fərmanı ilə 1994-cü ilin yanvarında  1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

...2019-cu il dekabrın 13-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Dövlət rəhbəri tərəfindən belə qərarların verilməsi dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə tariximizə verilən dəyərin və hörmətin bariz nümunəsidir.

20 Yanvar faciəsi nə qədər acı olsa da, xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb, bugünkü müstəqilliyimizin və birliyimizin  başlanğıc qığılcımı oldu.

Müstəqilliyimizi bizə bəxş etmək üçün azadlıq alovunda boğularaq canlarından keçən şəhidlərimiz önündə baş əyib, onlara Allahdan rəhmət diləyirik!

Ülviyyə Hacıyeva

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Pakistanlı jurnalist Naxçıvandan yazdı

18-02-2020-17-47 Xəbərlər

Pakistanlı jurnalist Naxçıvandan yazdı

NUHÇIXAN xəbər verir ki, Pakistanın "dailytimes.com.pk" internet saytında "Azərb...

Ali Məclisin deputatı Avropa Şurası Konqresində iştirak edib

18-02-2020-17-43 Xəbərlər

Ali Məclisin deputatı Avropa Şurası Konqresində iştirak edib

NUHÇIXAN xəbər verir ki, fevralın 10-da Avropa Şurasının Yerli və Regional Hakim...

Ölkə ərazisində ən yuxarı və aşağı temperaturlar hansı bölgələrdə qeydə alınacaq?

18-02-2020-17-20 Xəbərlər

Ölkə ərazisində ən yuxarı və aşağı temperaturlar hansı bölgələrdə qeydə alınacaq?

Fevralın 19-da Azərbaycanda ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə...

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər uğurla davam etdirilir

18-02-2020-15-43 Xəbərlər

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər uğurla davam etdirilir

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə uğurla başlanılıb. Hazırda...

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

18-02-2020-13-00 Xəbərlər

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUH...

Ötən günün mənzərəsi - VİDEO

18-02-2020-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılır

18-02-2020-11-18 Xəbərlər

Torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xid...

Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

18-02-2020-09-00 Xəbərlər

Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz “Facebook” səh...

Muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələri yaradılacaq

17-02-2020-17-34 Xəbərlər

Muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələri yaradılacaq

NUHÇIXAN xəbər verir ki, Dövlət Baytarlıq Xidməti və İqtisadiyyat Nazirliyi təşk...

“Naxçıvan” Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

17-02-2020-17-07 Xəbərlər

“Naxçıvan” Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

“Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şö...

Ali Məclisin Sədri Sərəncam imzaladı

17-02-2020-15-03 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “...

Naxçıvan məhsulları “Gulfood 2020”-də nümayiş olunur

17-02-2020-14-39 Xəbərlər

Naxçıvan məhsulları “Gulfood 2020”-də nümayiş olunur

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib

17-02-2020-13-35 Xəbərlər

Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib

Culfa şəhər 2 №li tam orta məktəbdə Eynəli bəy Sultanovun “Məqalələr” kitabının ...

Böyük Füzulimizin yadigarı mən özüməm...

17-02-2020-12-22 Xəbərlər

Böyük Füzulimizin yadigarı mən özüməm...

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əl...

Türkiyənin Bursa şəhərində Xocalı qurbanlarının xatirəsi yad olunub

17-02-2020-10-17 Xəbərlər

Türkiyənin Bursa şəhərində Xocalı qurbanlarının xatirəsi yad olunub

Türkiyənin Bursa şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbi...

Qaradağlı faciəsindən 28 il ötür

17-02-2020-09-00 Xəbərlər

Qaradağlı faciəsindən 28 il ötür

Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsində ən çox faciələrə düçar ...

Qədim inanc yeri - “İydəli Pir”

16-02-2020-16-28 Xəbərlər

Qədim inanc yeri - “İydəli Pir”

Minilliklərdən bəri qədim insanların yaşayış məskəni olan muxtar respublikamız t...

Meyvələrin şahı-alma

16-02-2020-13-31 Xəbərlər

Meyvələrin şahı-alma

Dünyanın bir çox yerlərində dağlıq və dağətəyi zonalarda geniş əkilib becərilən ...

Hər fəsildə gözəlliyi ilə göz oxşayan Ağbulaq

16-02-2020-12-29 Xəbərlər

Hər fəsildə gözəlliyi ilə göz oxşayan Ağbulaq

Şahbuz rayonu muxtar respublikanın zəngin-mədəni irsi, özünəməxsus mətbəxi, çeşi...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

16-02-2020-11-03 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan Dövlət Radiosu “Musiqi tərtibatçısı” vəzifəsi üzrə işçi qəbulu elan edi...

“İxrac ili” iqtisadiyyata və sahibkara nə vəd edir?

16-02-2020-10-01 Xəbərlər

“İxrac ili”  iqtisadiyyata və sahibkara nə vəd edir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 6...

Dövlət İmtahan Mərkəzi: 15 mindən çox abituriyent sınaq imtahanı verəcək

16-02-2020-09-00 Xəbərlər

Dövlət İmtahan Mərkəzi: 15 mindən çox abituriyent sınaq imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinə qəbul i...

Naxçıvanda sabaha olan hava proqnozu

15-02-2020-17-57 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında fevralın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksi yaradılacaq

15-02-2020-16-53 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksi yaradılacaq

NUHÇIXAN xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Paralimpiy...

Naxçıvan şəhərində Karate üzrə Dünya Kuboku keçiriləcək

15-02-2020-15-50 Xəbərlər

Naxçıvan şəhərində Karate üzrə Dünya Kuboku keçiriləcək

NUHÇIXAN xəbər verir ki, bu tədbirin keçirilməsi “2020-2025-ci illər üçün Naxçıv...

Ordubad Şəhər Stadionu yenidən qurulacaq

15-02-2020-15-28 Xəbərlər

Ordubad Şəhər Stadionu yenidən qurulacaq

NUHÇIXAN xəbər verir ki, 2020-ci ildə Ordubad Şəhər Stadionunu yenidən qurulacaq...

2019-cu ildə muxtar respublikada doğulan uşaqlara ən çox qoyulan adlar

15-02-2020-11-33 Xəbərlər

2019-cu ildə muxtar respublikada doğulan uşaqlara ən çox qoyulan adlar

Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunan davamlı ink...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

15-02-2020-10-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin fevral ayının ilk...

Ali Məclisin Sədri Sərəncam imzaladı

14-02-2020-19-40 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “...

Naxçıvan şəhərinin möhtəşəm qar görüntüsü - VİDEO

14-02-2020-18-37 Xəbərlər

Naxçıvan şəhərinin möhtəşəm qar görüntüsü - VİDEO

Fevralın 13-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə növbəti dəfə qa...