Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hazırda Kəngərli rayonunun Böyükdüz kəndində 700 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi qurulur.

18 000 metr müxtəlif diametrli boru tikinti ərazisinə daşınıb, müxtəlif diametrli plastik borularla 6300 metr xətt qaynaq olunub, 40 ədəd suvarma hovuzu hazırlanıb. Ərazidə 7 000 metr boru xəttinin yeri qazılıb.  

Layihə üzrə müxtəlif diametrli borularla 74 min 468 metr  boru xəttinin, 12 min 500 metr açıq drenaj xəttinin tikintisi, 780 ədəd hidrant və paylayıcı hovuzun,138 ədəd paylayıcı siyirtmənin quraşdırılması nəzərdə tutulub. Araz çayından qidalanan “Qaraçuq-1” nasos stansiyasından su “Azərbaycan” nasos stansiyasına vurulacaq, sonra qoşa boru xətt vasitəsilə su ərazidəki hovuza ötürülərək özaxımı ilə şəbəkəyə paylanacaqdır.

www.naxcivantv.az