Bir neçə gündür Culfa rayonunun dağ kəndlərinə qar yağıb.

Təbiətin ağ örpəyə bürünməsi əsrarəngiz qış mənzərələri yaradıb. Muxtar respublikamızın dağlıq bölgələrində indi bütün rənglərin “şah”ı olan ağ rəng öz təbiət “taxt”ına çıxır. Rayonumuzun Boyəhməd, Ləkətağ, Ərəfsə, Milax, Teyvaz, Qazançı, Gal, Şurud və digər dağ kəndlərinə ilk qar qonaq oldu. 

Dekabrın ilk, payızın son günlərində dağlar ağ örpəyə büründü, şiş qayalar, Göydağ, Haçadağ, Darıdağ ağ çalmasını başına doladı, ağaclar ağ xalat geyindi, torpağın sinəsinə ağ qumaş səpələndi. Zirvələr qar libasında bir az da müdrik göründü, dağ kəndlərimiz bir qış nağılının sehrinə düşdü. “Qış dumanı qar, yaz dumanı bardır” - deyib sevindi el-obamız, zəhmət adamları. Elə ona görə də qışın nə soyuğu, nə də erkən yağan qar qorxutdu təsərrüfat adamlarını. Yazın barı, qışın gözəlliyi olan qar el-obaya bir gözəllik gətirdi. El-obaya qış kəlamları, qış deyimləri ələndi. "Qışın qarı bərəkətdir", "Qar ili, var ilidir", "Uca dağ başı qarlı olur", "Qışda ocaq başı, yayda dağ başı". Nə ilk qar, nə də bundan sonra yağacaq yağıntılar təsərrüfat adamlarına, dağ kəndlərinin sakinlərinə çətinlik gətirər, nə də ki, onların rahatlığını poza, gediş-gəlişə mane ola bilər. Çünki dövlət qayğısı ilə əhatə olunmuş bütün kəndlərimiz qış mövsümünə hələ payızın ilk aylarından hazırdır. 

İlk qarın yaratdığı bu sehrli mənzərə xalq şairi Məmməd Arazın bu misralarını yada salır. 

Dağlara qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.

Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar
Daşların dibində yetim qaldılar.

Hazırda qış bəyazlığına bürünən kəndlərimizdə havalar soyuq olsa da, bu, yurdsevər sakinlərin ürəklərinin hərarətini azalda bilmir. Təbiətin səxavətini əsirgəmədiyi dağ kəndlərimizdə əhalinin həyat tərzi ilbəil yaxşılaşır. 

Payızın öz yerini qış fəslinə verdiyi bu günlərdə üz tutduğumuz kəndlərimizdə sakinlərin belə rahat yaşayışını görmək, onların ürəkdolusu sözlərini eşitmək, təbiətin əsrarəngiz qış mənzərəsini seyr etmək çox xoş idi… Geriyə qayıdırıq. Çən-duman çökən dağları arxada qoyuruq. Ağ çalmalı dağlar arxasından süzülən payız günəşinin zəif şüaları yağan ilk qarı əritməyə başlamışdı. Yol boyu isə bizdə bir təəssürat vardı: Ucqar bölgələrimiz göstərilən dövlət qayğısı hesabına daha bir qış sınağından layiqincə çıxmağa hazırdır…

“Arazın səsi”qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...

Şanlı Yanvarın şəhid məktəbliləri

20-01-2020-14-50 Xəbərlər

Şanlı Yanvarın şəhid məktəbliləri

30 il bundan öncə azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğ...

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20-01-2020-14-00 Xəbərlər

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib.

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

20-01-2020-12-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

20-01-2020-10-08 Xəbərlər

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi,...

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

20-01-2020-09-00 Xəbərlər

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

NUHÇIXAN xəbər verir ki, Təbriz şəhərində fəaliyyət göstərən “Fəcr Azərbaycan” q...

QÜRUR GÜNÜM

20-01-2020-00-53 Xəbərlər

QÜRUR GÜNÜM

İnsanın yüksəldiyi ən uca zirvə ŞƏHİDLİKDİR. Şəhidlik Vətənlə bir olmaqdır, V...

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

20-01-2020-00-00 Xəbərlər

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc ...

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

19-01-2020-17-12 Xəbərlər

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrund...

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

19-01-2020-15-20 Xəbərlər

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin güclənd...

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

17-01-2020-16-24 Xəbərlər

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tə...

Şanlı tariximiz 20 yanvar

17-01-2020-16-05 Xəbərlər

Şanlı tariximiz 20 yanvar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzey...

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

17-01-2020-15-02 Xəbərlər

Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2020-12-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

İlk dərslər 20 Yanvara həsr olunub

17-01-2020-11-21 Xəbərlər

İlk dərslər 20 Yanvara həsr olunub

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həs...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17-01-2020-09-57 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Ali Məclisin Sədri Sərəncam imzaladı

16-01-2020-19-30 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da C...

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

16-01-2020-19-05 Xəbərlər

Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın ...