Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəhər əhalisinin sayı  bir il əvvəlki göstəriciyə nisbətdə 758 nəfər artıb.

Hazırda Naxçıvan şəhərində əhalinin sayı 94 min 254 nəfərdir.

Əvvəllər bir kəndin, bir şəhərin böyüklüyünü tüstü ilə ölçər, oradakı ailələrin, təsərrüfatların sayını tüstü sayı ilə təyin edərmişlər. Kənddə neçə evin sobasından, təndirindən, ocağından tüstü çıxardısa, kənddəki ailələrin, təsərrüfatların sayı da təxminən o qədər qəbul edilərdi. Babam da həmişə deyərdi ki, biz Güznüt kəndinə gələndə kənd cəmi 15-20 tüstüdən ibarət idi. Yəni, kənddə o qədər ev, ailə var idi. İndi muxtar respublikamızda yaradılan müasir infrastruktur nəticəsində ən ucqar kəndlər belə təbii qazla, daimi elektriklə, evlər müasir istilik sistemləri ilə təchiz edildiyindən kənddəki “tüstü”ləri saymaq mümkün deyil. Ancaq əvəzində hər evdə işıq yanır... İndi kənd, rayon və şəhərlərimizdəki təsərrüfatların sayını, ailələrin sayını evlərdə yanan işıqlarla təyin etmək o qədər də çətin deyil.

Müstəqilliyimizin ilk illərində blokadanın yaratdığı çətinliklər muxtar respublikamızda “tüstü”lərin, “yanan işıq”ların xeyli azalmasına səbəb olmuşdu. Ucqar dağ kəndlərindən, elə Naxçıvan şəhərindən də başqa ölkələrə, Azərbaycanın müxtəlif bölgələrinə, paytaxt Bakıya köçənlər az deyildi. Ancaq indi muxtar respublikamızda yaradılan müasir infrastruktur həmin insanların geri qayıtmasına səbəb olub. İndi kəndlərimizdə işığı yanmayan ev çətin tapılar. Elə şəhərimizdə də bunu müşahidə etmək çətin deyil. İndi şəhərimizdə göz oxşayan, hər biri bir memarlıq abidəsinə çevrilən yaşayış binalarında işıq gəlməyən pəncərə az olar.

Bu, geriyə dönüş deməkdir... Muxtar respublikamızdakı sabitlik, əminamanlıq, rahatlıq, firavanlıq nəinki naxçıvanlıları, hətta əsli-kökü bu torpaqdan olmayan bir çox insanları da yaşamaq üçün, işləmək üçün, oxumaq üçün buraya cəlb edir. Belə insanlardan biri də tanınmış yazıçı-publisist Hədiyyə Şəfaqətdir. Hədiyyə xanım bir ildən çoxdur  ki, həyatının bir dövrünü Naxçıvana bağlamaq qərarına gələrək bura köçüb. Onun övladları da burada təhsil alırlar. Bu, təsadüfi bir seçim deyil, ciddi səbəbləri var. Bu seçimin nə ilə əlaqəli olduğunu öyrənmək üçün onunla görüşüb həmsöhbət olduq:

– Hədiyyə xanım, siz Azərbaycan ədəbiyyatında imzası yetərincə tanınan insanlardansınız. Şeirləriniz, hekayələriniz, esseləriniz və digər yazılarınız müxtəlif mətbuat orqanlarından oxuculara tanışdır. Artıq bir ilə yaxındır ki, Naxçıvandasınız, burada yaşayır, burada yazıb-yaradırsınız. Necə keçib bu bir iliniz?

– Bəli, ötən ilin oktyabrından Naxçıvanda yaşayıram. Düzü, bu bir il mənim üçün çox sürətlə ötüb keçib. Zamanın ağırlaşdığını, ləngidiyini hiss etməməyin özü də insana bir başqa rahatlıq verir. Bu rahatlığı Naxçıvanda duyduğum qədər hələ heç bir yerdə duymamışam.

– Çoxlarından fərqli olaraq, birdən-birə qaynar mühitdən ayrılıb sakit, uzaq bir yerə üz tutmağınız bir qədər maraq doğurur. 

– Yəqin, “qaynar mühit” deyərkən paytaxtı nəzərdə tutursunuz. Lakin heç bir xəbərləşmə çətinliyinin qalmadığı indiki dövrdə bu elə də əhəmiyyət kəsb etmir. Mən ömrümün çoxunu başqa bir sakit mühitdə – Şəkidə yaşamışam. Əsərlərimin çoxunu orda yazmışam, ədəbiyyatla bağlı bütün işlərimi Şəkidə yerinə yetirmişəm. İkinci tərəfdən, özünüz də yaxşı bilirsiniz ki, yaradıcı insan daha çox sakitliyə, təkliyə, dincliyə, lazımsız səs-küydən, qarışıqlıqdan uzağa can atır. Əslində, mən elə xaraktercə də həmişə sakitliyə çəkilməyi, səs-küydən uzaqda dayanmağı sevən adamam. Həm də həyatın bir mərhələsində yaradıcı insan nəyisə dəyişmək istəyir. Bəlkə eyni yerdə yaşamaqdan yorulur, bəlkə hansısa ruhi məqamlara can atır, bəlkə özündə o anacan tapa bilmədiyi hansısa itkisinin axtarışına çıxır və bir də görür ki, artıq Naxçıvandadır...

– Maraqlıdır, niyə məhz Naxçıvan? 

– Bu sualı çox verirlər. Mən Azərbaycanın bir çox bölgələrində olmuşam. Fikrimcə, insan dünyanı tanımağa yaxınından başlamalı, sonra dünyaya üz tutmalıdır. Ölkəmizin hər qarışında bir dəyər gizlənib. Onu sadəcə görmək, tanımaq gərəkdir. Ümumiyyətlə, insanın dünyaya baxışı belədir. O, daim özünü axtarır. Kim olduğunu, hara aid olduğunu axtaran insanın öz qəlbinə, içinə bir yolçuluğu qaçılmazdır. Yaradıcı adam isə daha çox mətninin və bu mətni ona verən ruhi dünyanın yolçuluğundadır. Naxçıvan isə öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir. Bəşər övladı bəzən təmizlənmək üçün, mənəvi sakitlik üçün sehrinə inandığı nöqtələrə üz tutur. Bu, tamamilə təbii ehtiyacdır. Bir şairin axtardığı hər şeyi Tanrı bu torpağa bəxş edib, mən isə, ilk növbədə, şairəm.

– Naxçıvan sizi necə qarşıladı? 

– Mən Naxçıvanı, ilk növbədə, burada və burdan kənarda yaşayan naxçıvanlı dostlarım sayəsində, onların söhbətlərində, onların bu yerlərə vəfasında, duyumunda, ifadəsində tanıyıb sevmişəm. Sonra qonağı olmuşam. İlk gəlişimdən bu torpaqlar mənə inanılmaz dinclik, inam, sevgi bəxş edib. İnsanlarla tanış olmuşam, onların o sərt görünən xarakterlərindən içəridə döyünən kövrək ürəyin səsini eşitmişəm. Qonaqpərvərliyin, torpağa bağlılığın, qoruyucu, keşikçi obrazın şahidi olmuşam. Ən əsası, bu yerdə hökm sürən sükut məqamında genişlik hiss etmişəm. Başqalarına quru görünən torpaqların qəribə bir enerjiylə göylərlə birbaşa dialoqunu duymuşam. Kim bilir, bəlkə də o istək, o sevgi, şair qədəri, müəllif taleyi məni Naxçıvana çəkib gətirib. Naxçıvan isə məni bütün qəlbiylə dost kimi, çoxdan gözlədiyi ən doğma adamı kimi qarşılayıb. Burada yaşayacağıma qərar verəndə, hava limanında ayağım yerə dəyər-dəyməz, bir naməlumluq içindəykən belə heç bir “necə olacaq?” sualı qarşısında qalmadığımı heç zaman unutmayacağam. Bu, mənim üçün vacib qərar idi. Bir yandan, burada yaşayan dostlardan heç kimə gəldiyimi deməmişdim, məni heç kim qarşılamırdı. Harada qalacağımı da əvvəldən müəyyənləşdirməmişdim. Lakin özümü ilk andan öz evimdəki kimi hiss edirdim və sonrakı dövr qətiyyən yanılmadığımı göstərdi.

– Çətinliklər olmadımı? 

– Oldu. 
    
– Qayıdıb getmək istədinizmi? 

– İstəmədim. Naxçıvanlılar ölkənin və muxtar respublikanın ən ağır günlərində nə sarsılmış, nə də onu atıb gediblər. Qalıb mübarizə aparıb və bacarıblar. Blokada şəraitində düşmənlə üz-üzə gəlib qıtlığa, soyuğa, ehtiyaca boyun əyməyiblər. Naxçıvanı Naxçıvan edən köklərin üstündə ayaqlarını möhkəm basıb dayanıblar, bunları çox yaxşı bilirdim. Mən də həyatımın bundan sonrakı hissəsini o çətin illərdən uğurla keçib gəlmiş Naxçıvanda yaşamağa, yazmağa qərar vermişdim və çətinlikləri də həmin sadaladığım faktlardan və bu yerlərin insanlarından nümunə götürərək dəf etdim.

– Hədiyyə xanım, sizi tez-tez Naxçıvanın müxtəlif yerlərində görürük. Deyəsən bir səyahətçi xarakteri də var sizdə. Sosial şəbəkələrdə olduğunuz yerlərdən fotolar, videolar da paylaşırsınız. Yəni, bir yerdə dayanmırsınız, həm də bu yerləri qarış-qarış gəzməyə, tanımağa, tanıtmağa çalışırsınız. Çox güman, bütün bunlar sizdə Naxçıvan haqqında kifayət qədər təəssürat formalaşdırıb. Necədir bizim yerlər?

– Naxçıvan gözəldir. Mən onu sevirəm. Lakin torpağa, yurda sevgi təkcə sözdən ibarət olmamalıdır, onun hər qarışını tanımalı, görməli, ziyarətinə getməli, duymalı, havasını ciyərinə çəkməli, suyunu içməlisən. Məni tanıyan insanların çoxu heç zaman buralarda olmasalar da, Naxçıvana köçməyimi çox təbii qarşıladılar. Paylaşdığım şəkillərdən, videolardan, bölüşdüyüm təəssüratlardan, xəbərləşmələrdən sonra onlarda da buraya gəlməyə, buraları gəzib-görməyə xüsusi maraq yaranıb. Bəzən mənə: “Naxçıvanı səninlə birgə qarış-qarış gəzirik”, – deyirlər. Naxçıvan bu gün dünyanın ən əminaman, dinc, qayda-qanunlu, təmiz, mənəvi dəyərlərin qorunduğu, müasirləşmiş, eyni zamanda qədim köklərinə bağlı yerlərindən biridir. Naxçıvanda hara baxırsansa, ancaq öz dilində yazılmış tanıtım lövhələri görürsən. Bəlkə də kimsə buna kiçik, adi nüans kimi yanaşa bilər, lakin bir ədəbiyyat adamı, dilini və ölkəsini sevən bir insan üçün bu çox böyük səbəbdir. 

– Mətbuatda digər yazılarınızla yanaşı, Naxçıvana xas  milli dəyərlərimizlə bağlı gözəl yazılarınızı da oxuyuruq. Son günlərdə “Əli bəy Hüseynzadə” ədəbiyyat mükafatı aldığınızı  da eşitdik, təbrik edirik. Bütün bunlardan sonra Naxçıvan mühitinin yaradıcılığınıza yaxşı təsir göstərdiyini deyə bilərikmi? 

– Bəli, hətta ən gözəl son yazılarımı son bir ildə burada yazdığımı da deyə bilərəm. Mükafat almağımda həmin yazılar əsas rol oynayıb. Həmçinin, Naxçıvanla da bağlı müxtəlif mövzulu silsilə esselər yazmışam. Əksəriyyəti Bakıda və Naxçıvanda çap olunub və çox yaxşı qarşılanıb. Ayaq basdığım hər yer, səsini dinlədiyim, ruhunu duyduğum hər şey, necə görmüşəmsə, necə hiss etmişəmsə, elə o cür də mətnə çevrilib. Mən çərçivəsiz insanam və duyduğum, hiss etdiyim hər şeydən enerji alıram. O enerji özü-özünü sözə, ritmə, harmoniyaya çevirir. Naxçıvanda gedib gördüyüm hər bir şey  – ilk dəfə gördüyüm kəhriz də, Möminə xatın məqbərəsi də, Ordubadın kərpic divarları da, Pünhan bulaq da, yol boyu payızlaşan, baharlaşan, insan əlinin bəhəri olan ağaclar da, Əlincənin ucalığı, Əshabi-Kəhfin pillələri, Xanəgahın içində küləkdə səslənən pəncərə məhəccərləri də, naxçıvanlı rəssamın Küküdə bir evin çardağına söykənmiş nərdivanı təsvir etdiyi rəsmi də, Xokda obaya düşən ilk qarın təmizliyi, Sədərəyin düşmən gözünə dimdik baxan baxışları da, Oğlanqalanın torpaq altından çıxarılan qədimliyi də məni mətnə aparıb. Əlbəttə, bununla yanaşı, ədəbiyyatla bağlı digər yazılar, şeirlər yazılıb, romanımın ilk qeydlərinə başlamışam... Həyat da davam edir, yaradıcılıq da..

– Həm də Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlamısınız... 

– Bəli. Bu, bir az gözlənilməz oldu. Çünki Naxçıvanda işləyəcəyimi düşünmürdüm. Artıq uzun müddətdir səhhətimlə bağlı reabilitasıya dövrü keçirdiyimdən daha çox müstəqil işlərə üstünlük verirdim. Tərcümə və əsasən də redaktəylə məşğul olurdum. Həm də həyatımın bundan sonrakı dövründə ancaq ədəbi yaradıcılıqla bağlı nələrsə etmək istəyirdim. Lakin tale elə gətirdi ki, əvvəl “Nuhçıxan” İnformasiya Agentliyində iş təklif olundu. Bir müddət orda çalışdım, daha sonra Naxçıvan Dövlət Radiosuna keçdim. Radio mənə yad deyildi, illər əvvəl Azərbaycan Dövlət Radiosunda oçerklərim səslənib. Özüm də radio verilişlərini dinləməyi sevirəm. Amma yenə də tərəddüdlə yanaşırdım. Çünki mənim üçün yeni sahə, yeni mühit idi. Lakin, sağ olsunlar, köməklərini əsirgəmədilər, çətinliklər yarananda da yanımda oldular. Fikrimcə, bu özü də Naxçıvanın sevgiyə, doğmalığa verdiyi dəyər, etimad və cavabdır. 

– Bildiyimizə görə, iki övladınız da sizinlə birlikdə Naxçıvanda yaşayır və burada təhsil alır. Çox güman, bu seçimdə sizin də təsiriniz və ya Naxçıvanla bağlı düşüncələrinizin rolu olub... 

– Bəli, qızlarım bu il “Naxçıvan” Universitetinə qəbul olublar. Bu yaxınlarda birdə ölkədən kənara çıxmışdıq. Birdən onların əlindən möhkəm yapışdığımı, gözümü üstlərindən ayırmadığımı, qələbəliyin içində bir addım uzaqlaşmalarına imkan vermədiyimi, tez-tez “çantanıza diqqət edin” dediyimi fərq etdim. Bilirsinizmi bu nə deməkdir? Küçənin ortasındaca bir anlıq necə bir etibarlı, güvənli yerdə yaşamağa adət etdiyimizi anladım. Bu gün gecəsindən-gündüzündən asılı olmayaraq Naxçıvanın bu başından o biri başınacan harada olursunuzsa olun, tam qorunma altındasınız. Nə çantanızı güdməyə ehtiyacınız var, nə də övladınızın pis münasibətlə qarşılaşacağından ehtiyatlanmağınıza. Üstəlik, Alsu – böyük qızım artıq keçən ildən burada yaşayır, ali məktəbə də məhz burda hazırlaşıb, yəni Naxçıvana daha çox bələddir. Onu da burada məhəbbətlə, hörmətlə qarşılayıblar, özünə dostlar tapıb, qətiyyən yadlıq, qəriblik hiss etmir. Mənim isə onlara birbaşa təsirimdən söhbət gedə bilməzdi, çünki övladlar müəyyən dönəm qarşısında artıq öz yollarını özləri müəyyən edirlər. Düşünüb-daşınıb, məsləhətləşib Naxçıvanı seçdilər, mən isə buna yalnız sevinə bilərəm.     

– Hədiyyə xanım, adətən, yaradıcı insanlarla söhbət zamanı onun gələcək planlarından da xəbər tutmaq istəyirik. Nələr gözlənilir, gələcək fəaliyyətinizi necə görürsünüz? 

– Sözün açığı, plan tutmağı çox xoşlamıram. Gələcəklə bağlı dəqiq bir inkişaf, irəliləmə xəritəm yoxdur. Fikrimcə, gələcəklə bağlı qarşıya məqsəd qoyulması gəncliyə xas xüsusiyyətdir. Bir mətn adamı özünü daha çox yazıya həsr edir. Mən də həmçinin. Qarşıda yalnız esselərimdən ibarət, “Naxçıvan dəftərindən” silsiləsinin də daxil edildiyi “Qırx ikinci otaq üçün ağ qapı” adlı kitabımın çap olunması gözlənilir. Radioda işlərimə davam edəcəyəm, imkan tapdıqca, yenə də Naxçıvanın tanımadığım yerlərinə getməyə çalışacağam, çox güman yeni yazılar da olacaq. Bir sözlə, bir ədəbiyyat adamı necə yaşayarsa, mən də elə yaşamağa davam edəcəyəm...

– Qəzetimiz vasitəsilə Naxçıvana daha hansı ürək sözlərinizi yetirmək istərdiniz?

– Bunu bir dəfə yazmışdım, bir daha təkrar edərdim: 

“Naxçıvan! 
Böyük Naxçıvan!
Sevgiyə sevgiylə cavab verən Naxçıvan!”


Söhbətləşdi:
Qafar QƏRİB


                                                                                     “Nuh yurdu” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ötən günün mənzərəsi - VİDEO

11-12-2019-12-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

11-12-2019-11-32 Xəbərlər

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi ...

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

11-12-2019-10-58 Xəbərlər

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı...

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

11-12-2019-09-37 Xəbərlər

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ali təhsil...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

10-12-2019-20-40 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

10-12-2019-19-50 Xəbərlər

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanı...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

10-12-2019-19-20 Rəsmi

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbi...

Ali Məclisin Sədri Sərəncam imzaladı

10-12-2019-17-14 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da O...

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

10-12-2019-15-36 Xəbərlər

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

İstər Əlincəqala olsun, istər Duzdağ, istərsə də bir çox tarixi abidələr Naxçıva...

Naxçıvanda sabaha olan hava proqnozu

10-12-2019-12-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

10-12-2019-11-49 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Heydər Əliyev muzeyində növbəti açıq dərs

10-12-2019-11-27 Xəbərlər

Heydər Əliyev muzeyində növbəti açıq dərs

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Əbədi yaşar lider” mövzusunda ...

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

10-12-2019-11-06 Xəbərlər

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Nakhchivan news - VİDEO

10-12-2019-10-24 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

10-12-2019-09-42 Xəbərlər

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasınd...

Sənaye məhəllələrinin yaradılması yeni layihələrə yol açır

09-12-2019-19-54 Rəsmi

Sənaye məhəllələrinin yaradılması yeni layihələrə yol açır

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fər...

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

09-12-2019-19-51 Rəsmi

Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, həmin gün Xələc kəndində yeni xidmət mərkəzi istifadəyə...

Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulub

09-12-2019-19-49 Rəsmi

Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu yenidən qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Yol olan yerdə ...

Xələc Kənd Mərkəzi istifadəyə verilib

09-12-2019-19-45 Rəsmi

Xələc Kənd Mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 9-da Xələcdə kənd mərkəzinin açılışı olub.

Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu

09-12-2019-19-41 Rəsmi

Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri bütün şə...

İstirahətin dəyişməz ünvanı - Ağbulaq - VİDEO

09-12-2019-18-36 Xəbərlər

İstirahətin dəyişməz ünvanı - Ağbulaq - VİDEO

Naxçıvanda ilin istənilən fəslində görməli, füsunkar yerlərdən biri də Ağbulaq İ...

Şərur rayonunun Xələc kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

09-12-2019-17-54 Xəbərlər

Şərur rayonunun Xələc kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

Dekabrın 9-da Şərur rayonunun Xələc kəndində yeni sosial obyektlər istifadəyə ve...

Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək - SƏRƏNCAM

09-12-2019-16-28 Xəbərlər

Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Na...

Sələsüzdə mərasim evi istifadəyə verildi

09-12-2019-15-44 Xəbərlər

Sələsüzdə mərasim evi istifadəyə verildi

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Sələsüz kəndində yeni mərasim evi isti...

Proqnoz tapşırığa 115,7 faiz əməl olunub

09-12-2019-15-24 Xəbərlər

Proqnoz tapşırığa 115,7 faiz əməl olunub

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Naxçıvanda sabaha olan hava proqnozu

09-12-2019-14-21 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Daimi nümayəndəliyin rəhbəri Tofiq Bakıxanovun müəllif gecəsində iştirak edib

09-12-2019-10-50 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri Tofiq Bakıxanovun müəllif gecəsində iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Ağbulaq kəndi bir ailənin təəssüratlarında

08-12-2019-18-55 Xəbərlər

Ağbulaq kəndi bir ailənin təəssüratlarında

Ağbulaq bütün fəsillərdə ayrı-ayrı gözəlliyə qərq olur.

Naxçıvanda sabaha olan hava proqnozu

08-12-2019-15-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Qədim türk rəsm sənəti-Ebru

08-12-2019-14-40 Xəbərlər

Qədim türk rəsm sənəti-Ebru

Yadımdadır... Babamın bir dostu var idi. Uşaq olduğum üçün hətta adını da unutmu...