Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun buraxılış kurs tələbələri ilə görüşüblər.

Görüşdə tələbələrə müxtəlif istiqamətlərdə bakalavriat və magistratura proqramları və video təqdimat əsasında ADA Universitetinin tədris imkanları haqqında məlumat verilib.

Universitetin əməkdaşları tələbələrə gələcəkdə ADA Universitetində təhsil almaq və kariyera qurmaq biliklərini formalaşdırmaq istiqamətində öz şəxsi təcrübələri əsasında mühazirələr oxuyublar. Tələbələrin fəallığı ilə keçən görüşdə onları maraqlandıran suallar cavablandırılıb.

www.naxcivantv.az