- Ətraflı
- Bölüm: Xəbərlər
“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, muxtar respublikada şagirdlərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində hərbi kabinələr yaradılıb, idman zalları və açıq idman qurğuları istifadəyə verilib, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı üçün yüksək şərait yaradılmışdır.
Təhsil naziri yeniyetmə və gənclərə hərbi-vətənpərvərlik hissinin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübariz ruhda böyüməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, yaradılan şəraitdən bəhrələnərək ümumtəhsil məktəblərində şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırması məqsədilə müxtəlif müsabiqələr və yarışlar həyata keçirilir ki, həmin yarışlardan biri də “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyüdür.
Bildirilib ki, “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə əvvəlcə ümumtəhsil məktəbliləri arasında zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən 8 komanda 15 oktyabr 2019-cu il tarixdə muxtar respublika üzrə birincilik uğrunda mübarizə aparıblar. Babək rayon Payız kənd tam orta məktəbinin komandası qalib olaraq respublika final mərhələsində muxtar respublikanı təmsil etmək hüququ qazanıb.
31 oktyabr – 05 aprel 2019-cu il tarixdə Xaçmaz rayonunda ölkəmizin müxtəlif bölgələrinin 16 komandası arasında keçirilən payız çağırışına həsr olunmuş poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında Babək rayon Payız kənd tam orta məktəbinin komandası uğurla çıxış edərək ikinci dəfə çempionatın qalibi olub. Həmçinin komandanın üzvlərindən Sənan Əşrəfov və Taleh Yaqubov idman oyunun 2000 metr məsafəyə qaçış və qumbaraatma mərhələlərində ən yüksək nəticə göstərdiklərinə görə kubokla mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, son illər muxtar respublikada idmanın kütləviliyi diqqət mərkəzindədir. Muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzindədir.
Nazir vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır, bununla bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. Bu gün gənclərin bütün sahələrdə uğur qazanması onu göstərir ki, onlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Muxtar respublikada uşaq və gənclərin idmana cəlbi yönündə mühüm işlər görülür, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhər və rayonlarla yanaşı, kəndlərdə də idman obyektləri tikilərək istifadəyə verilir. Məhz Babək rayon Payız kənd tam orta məktəbinin komandasının “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olması da bunun bariz nəticəsidir.
Sonda Azad Cabbarov məktəbliləri qazanılan uğura görə təbrik edib, gələcək təhsil və idman yarışlarında onlara uğurlar arzulayıb
Tədbirdə Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli çıxış edərək əldə edilən uğurun Payız kənd tam orta məktəbində yaradılan müasir tədris şəraitinin nəticəsi olduğunu bildirib ki, yaradılan bu şəraitə və təhsilə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məktəbin kollektivi adından minnətdarlığını çatdırıb.
Tədbirin sonunda Payız kənd tam orta məktəbinin qalib komandasının üzvlərinə geyim dəsti hədiyyə edilib.
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...