Həyat qısa deyil, məna qatdığımız günlər azdır.

Ömrümün ən mənalı üç günü Naxçıvanda keçdi. Üç gündə həm mənəvi saflığın ətrini duydum, həm də korlanmamış təbiəti ciyərlərimə çəkdim.

“Yol yaxşıdır”

Yəhudidən soruşublar, Bakı yaxşıdır, yoxsa Təl-Əviv? Cavab verir: Yol yaxşıdır.
Naxçıvan, yoxsa Bakı sualı verilsə, cavab verərəm ki, yol yaxşıdır. O yol ki bizi birləşdirir, bir edir. O yol ki hər cür çətinliklərə dözdü, uzanmadı. Nə blokada şəraiti, nə düşmən hücumu Naxçıvanla Bakını bir-birindən uzaqlaşdıra bildi.

Hər səhər yuyulan yollar

Yollar şəhərlərin qan damarıdır. Naxçıvanın yollarına gəlincə, təkcə şəhərin mərkəzi yox, ucqar dağ kəndində də asfalt yollar çəkilib. İstər şəhərin mərkəzi olsun, istərsə ən ucqar bölgəsi, ərazidəki yaşıllığın sayı azalmır. Şəhər mütəmadi təmizləndiyinə görə burada xəzəli yalnız ağacların altında görmək mümkündür.

Qərbi Azərbaycan torpaqları bir addımlıqda...

Şahbuz rayonu, Biçənək kəndi. Şimal tərəfdən Şahbuz rayonunun sonuncu yaşayış məntəqəsi (Bu kənddən sonra Qərbi Azərbaycanın işğalda olan əraziləri başlayır).
Ömrün üç gününə bacardığım qədər daha çox gözəllik sığdırmağa çalışırdım.

Batabat, məşhur Üzən ada

Azərbaycana, Naxçıvana yox, dünyaya gələn hər insan bu gözəlliyi mütləq görməlidir. Məşhur Üzən ada dillər əzbəridir. Deyilənə görə, ada hətta gündə bir neçə dəfə dayandığı yeri dəyişir.

Yüz illər sirri çözülməyən Əshabi-Kəhf

Hər əfsanənin mütləq real tarixçəsi var. Rəvayətə görə, hökmdar Dağ Yunis bütlərə tapınır. Vəziri Təmirxan bunu qəbul edə bilmir, dostları ilə birlikdə dağlara sığınır. Yeddi nəfər bu qayalıqlarda gizlənir və yuxuya gedir. Yuxudan ayılıb, şəhərə çıxan Təmirxanın əlindəki pullar üç yüz il əvvəl hökmdarlıq edən Dağ Yunisə aid idi. Təmirxan şəhər camaatını inandırmaq üçün onları qayalığa gətirir. Baş verənlərdən xəbər tutan dostlar əllərini göyə açıb Allahdan onları daşa döndərməyi istəyirlər.
Hər il yerli və xarici turistlər insanların müqəddəs hesab etdiyi Əshabi-Kəhfə gəlirlər. Bu əfsanəyə inanan da, inanmayan da Əshabi-Kəhfin ən ucqar nöqtəsinə, gündoğana qalxır.
İnancınızdan asılı olmayaraq, Əshabi-Kəhfə gəlin. Gündəlik həyatın qarışıqlığından, iş-gücün verdiyi sıxıntıdan burada arının.

Əlincə,
Əlim sənin boz daşına varınca
Həsrətimi iki yerə bölüncə
Yolun tutum, mən gedəyim ardınca
Sağda Ağrı, solda Güney sənindir
Arzuların, gələcəyin mənimdir.

Dünyanın səkkizinci möcüzəsi, tarixi haqda bir neçə versiya olan, əyilməzlik, saflıq rəmzi Əlincə. Əlincəyə çıxmaq üçün iki mindən çox pillə qalxmalısan. Hər pillədə, sanki fərqli bir ayin icra edirsən. Hər pillədə daxili rahatlıq, təmizliyə çatırsan. Zirvəsinə qalxdınmı, dünya sənindir. Dünyanı ovcunun içində görəcəksən. Tikintisi, bəlkə də, on­illikləri alan Əlincə istehkam, müdafiə, həm də azadlıq rəmzidir. Əlincədən özünü də, göz işlədikcə işğal altında olan Azərbaycan torpaqlarını da azad hiss edəcəksən.
Çinin “Dunxuan” adlı səhra şəhəri var. Şəhər bir zamanlar adi səhralıqdan ibarət olub. Dunxuanın yeganə özəlliyi odur ki, Çin Səddi bu şəhərdən başlayır. Hər il milyonlarla turist bu səhranı, çölləri görmək üçün Çinə axın edir. Bu axından Çin milyonlar qazanır.
Naxçıvan da, Əlincə qalası da dünya turizmi üçün kəşf edilməyib. Tarix, əsalət qoxan Əlincəni bütün dünya tanımalıdır.

Dağın altındakı şəfa...

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında unikal duz mağaraları yerləşir. Burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Duzdağ mağaraları dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir.

Mənim evim yox, mənim şəhərim

İnsan sevdiyi, aşiq olduğu şəhərdə yaşamalıdır. Yalnız bu halda həmin şəhərə sahiblənirsən. Təkcə evini, öz kandarını yox, şəhərini də təmiz saxlayırsan. Naxçıvanı yalnız şəhərdə aidiyyəti qurumlar yox, sakinlər də təmizləyir. Məqsədli şəkildə küçələri gəzsəniz, zibil, plastik qablar, havada uçuşan sellofanlar tapa bilməzsiniz. Çünki adıçəkilənləri pəncərəsindən küçəyə atan yoxdur.

Burada özgə malı kimsəyə lazım deyil

2015-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə cəmi 18 cinayət hadisəsi qeydə alınıb. 2017-ci ildə muxtar respublikada ən çox cinayət hadisəsi Naxçıvan şəhərində qeydə alınıb – 10 hadisə. 2018-ci ilin I yarısında Naxçıvanda cəmi 22 cinayət baş verib ki, bunun da 4-ü ağır və xüsusilə ağır cinayətdir.
2019-cu ilin I yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayında 36 faiz azalma olub.
Türkiyədən olan jurnalist həmkarlardan biri əl çantasını mərkəzi küçələrdən birində unutmuşdu. Nə az, nə çox 2 saat sonra həmin yerə qayıdıb, çantasını olduğu kimi götürdü.

Nizaminin Naxçıvanda reallaşan utopiyası

Naxçıvanda Nizaminin “İsgəndərnamə”sində arzuladığı cəmiyyət Naxçıvanda reallıqdır. Burada hamı və hər şey öz yerindədir. Layiq olan hamı öz dəyərini və qiymətini alıb.

Gecəsi də, gündüzü də təhlükəsiz şəhər

Axşam saatlarında şəhərin istənilən küçəsində rahat gəzə bilərsiniz. Əmin olun ki, kimsə kənardan sizə atmaca atmayacaq, yaxınlaşmayacaq. Kömək lazım olsa, ünvan soruşsanız, hər cür kömək göstəriləcək.

Nəhayət, möhtəşəm Saat Meydanı haqqında...

Səhərlər şəhər sakinlərini Üzeyir Hacıbəyovun əsərləri ilə salamlayan, analoqu dünyanın ən gözəl şəhərlərində olan Saat Meydanı. Gün ərzində klassik fransız musiqisi, axşamlar isə estradaya qulaq asmaq üçün ideal yer. Saat Meydanında tələbələr, gənclər, ailələr axşam saatlarında gəzişir, restoranlarda, kafelərdə vaxt keçirir. Özünüzü Azərbaycan sərhədlərini keçmədən, İtaliya, Fransa paytaxtlarında hiss etmək istəsəniz, Naxçıvanda Saat Meydanına ­gəlin.

Muzeydə yaşayan Cəmşid bəyin ruhu...

Türk-Araz Respublikasının yarandığı, Cəmşid bəy Naxçıvanskinin doğulub, böyüdüyü bina. Burada Türk-Araz Cümhuriyyəti fəaliyyət göstərib. Muzey daha çox səliqəli əsilzadə evini xatırladır. Muzeydə Cəmşid bəyin ruhu yaşayır.

“Azərbaycanın incisi”

Ulu öndər Ordubadı təsadüfən “Azərbaycanın incisi” adlandırmamışdı. Ordubadın ayrı ruhu, ayrı havası, ayrı enerjisi var. Meyvə bağları, qədim tikililər, məscidlər, yaşı yüzü keçmiş çinar ağaclarına ən gözəl ad elə “Azərbaycanın incisi” ola bilərdi.

Mərmər, qranit yox, yaşıllıq parkı

Soyuq havada, axşam saatlarında belə, parkda gəzənlər, əylənənlər var idi. Naxçıvanın yeni parkındakı attraksionlar heç də Bakı bulvarından geri qalmırdı.

“Oğlum Naxçıvanda xidmət etsin”

Anaların ən böyük sınağı Vətən sevgisi ilə övlad sevgisi arasında qalanda olur. Oğlunu əsgəri xidmətə yola salan anaları düşünün. Bir anadan eşitmişdim. Deyirdi ki, sanki ürəyimi çıxarıb, ağacdan asıblar. Hər an düşmənlə üz-üzə olan övladın anasının sıxıntısı təbiidir. Özü və övladı Bakıda doğulub böyüyən əsgər anası deyir ki, sakitəm. Çünki oğlum Naxçıvanda xidmətdədir. Əminəm ki, sağ-salamatdır. Qarnı tox, əyni ­istidir.
Bu, uğurun zirvəsidir. Ana əsgər oğlunu Naxçıvana etibar edir.

Adətlərə sadiqlik

Azərbaycan dili, adətlər olduğu kimi qorunur. Bakıda, hətta müxtəlif bölgələrdə belə, unudulan adətlər dəyişdirilmədən Naxçıvanda yaşamaqdadır. Milli bayramlar, toy adətləri bir yana, qonşuluq münasibətləri uşaqlıqda nənələrimizdən gördüyümüz kimi qalmaqdadır.
Naxçıvan Dövlət Televiziya və Radiosu bu yolda əlindən gələni edir. Bəlkə də, folklorşünasların belə, unutduğu aşıq deyişmələrini Naxçıvan televiziyasının efirində görəndə heyran qaldım. Kaş ki hər şeyi reytinqə qurban vermək üçün yarışa girən televiziyalarımız da adətlərə, Azərbaycançılığa geri dönsün.

Arxayınlıq, sabitlik...

Xəritəyə baxın. Naxçıvanın yerləşdiyi strateji nöqtəni təsəvvür etməyə çalışın. Vicdan və məsuliyyət hissiniz sizə güc gəlsin. Belə bir yerdə sabitlik asan başa gələn möcüzə deyil.

Naxçıvanın ən böyük sərvəti...

Naxçıvanın ən böyük sərvəti insanlarıdır. Kənardan gələni xor görməyən, doğmasından ayırmayan, tikəsini böldüyü insanları. Naxçıvandan ayrılmaq istəməyən qızım Bakıya qayıdanda bir cümlə işlətdi: “Naxçıvanda bir nəfər də olsun, pis adam görmədim”. On bir yaşlı uşağın hissləri heç vaxt yalan olmaz.

Naxçıvanı kimlər sevmir?

Bu yaxınlarda mediada bir xəbər yayıldı. Evə oğurluğa girən şəxs axtardığını tapa bilmir. Evdən çıxanda ev yiyəsi üçün nalayiq ifadələr yazır. Naxçıvanı sevməyənlər də belə adamlardır. Bu torpaqdan oğurluq etmək istəyib edə bilməyənlər, tüfeyli həyata meyilli olanlar, işləməkdən, halal zəhmətdən uzaq adamlar Naxçıvanı sevmir. Pis əməllərinə meydan verilmədiyi üçün vərəqdə ev sahibinə söyüş yazan oğruya çevrilirlər.

Bu, son deyil...

İşdən, şəhər həyatının qarışıqlığından, paytaxtın gərginliyindən qaçmaq istəyən kimi üz tutacağım tək ünvan Naxçıvan olacaq. Arınmaq, yenilənmək üçün Naxçıvana gedin.
P.S: Naxçıvanın əhatə olunduğu bütün qədim Azərbaycan torpaqlarını maneəsiz, xarici pasportsuz gəzmək ümidi ilə...

Günay Arda
Femida.Az

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18-11-2019-16-08 Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ...

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

18-11-2019-13-51 Xəbərlər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin ...

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

18-11-2019-13-28 Xəbərlər

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş...

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

18-11-2019-12-40 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

18-11-2019-10-58 Xəbərlər

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan B...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

17-11-2019-18-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

17-11-2019-17-43 Xəbərlər

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır.

Hər qarışı cənnət məkanım

17-11-2019-16-59 Xəbərlər

Hər qarışı cənnət məkanım

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyad...

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

17-11-2019-14-57 Xəbərlər

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəh...

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

17-11-2019-14-00 Xəbərlər

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

Elektroenergetikanın inkişafına təkan

Bu şəhərin payızı

17-11-2019-10-25 Xəbərlər

Bu şəhərin payızı

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, ...

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

17-11-2019-00-00 Xəbərlər

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasın...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2019-16-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

16-11-2019-15-33 Xəbərlər

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq TələbəGənclə...

Operativ vergi nəzarəti tədbirləri görülür

16-11-2019-13-06 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

16-11-2019-12-21 Xəbərlər

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstər...

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

16-11-2019-11-09 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

16-11-2019-09-00 Xəbərlər

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Havuş kəndində yeni cəviz bağı salınıb....

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

15-11-2019-17-35 Xəbərlər

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

15-11-2019-15-45 Xəbərlər

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

Xəbər verdiyimiz kimi Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyy...

Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

15-11-2019-15-03 Xəbərlər

Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb

15-11-2019-13-33 Xəbərlər

Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb

2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sos...

Naxçıvanda sabaha olan hava proqnozu

15-11-2019-13-02 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

15-11-2019-11-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Musiqiçilər üçün metodiki dərs

15-11-2019-11-26 Xəbərlər

Musiqiçilər üçün metodiki dərs

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib

15-11-2019-11-02 Xəbərlər

Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a ver...

Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

15-11-2019-10-18 Xəbərlər

Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İns...

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

14-11-2019-16-35 Xəbərlər

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər ...