Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvandır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetişdirib.

Belə görkəmli şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu görkəmli ictimai xadim əlli illik fəaliyyətinin, elmi yaradıcılığının 40 ildən artığını Naxçıvan diyarına həsr edib, diyarın elm və təhsilinin, ədəbiyyat və mədəniyyətinin inkişafına xidmət edib.

Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur  torpağında 1949-cu ildə dünyaya gəlib.  Atası Əkbər müəllimin nəcib, halal və zəhmətkeş keyfiyyətləri onun övladlarına da genetik olaraq keçib. İsa müəllim o zaman “APİ” adlanan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialını 1971-ci ildə fərqlənmə diplomu ilə başa vurub. Hələ tələbə ikən böyük istedad sahibi olması  müəllimlərinin diqqətini cəlb edib. Hərbi xidməti başa vurduqdan sonra 1975-ci ildə İsa Həbibbəyli tələbəsi olduğu universitetdə ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. O, 40 ilə yaxın üzvü olduğu bu kollektivin 17 il də rektoru olub.

Böyük təşkilatçılıq qabiliyyəti, elmi nailiyyətləri ilə diqqəti cəlb edən bu işıqlı insan 2013-cü ildən AMEA-nın vitse-prezidenti seçilib. Eyni zamanda bu gün akademiyanın Ədəbiyyat İnstitutunun direktoru olan akademik İsa Həbibbəyli bu institutun yenidən qurulmasına, onun ədəbiyyatşünaslıq elminin bayraqdarına çevrilməsinə nail olubdur. Azərbaycançılıq ideologiyasını  məslək işinə çevirən institut kollektivi ədəbi fikri türk dünyası kontekstində tədqiq edir, beynəlxalq əlaqələri yorulmadan genişləndirir. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında akademikin elmi məktəbi tam şəkildə formalaşıb, böyük uğur qazanıbdır.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. Belə ki, onun “Cəlil Məmmədquluzadə və müasirləri” (1997) ,”Akademik Səməd Vurğun Vəkilov” (2015), ”Romantik  lirikanın imkanları” (1990), “XX əsr Azərbaycan yazıçıları” (1993),  “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007), “Ədəbi şəxsiyyət və zaman” (2017), “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” (2019), “Azərbaycançılıq konsepsiyası”, “Azərbaycan ədəbiyyatı tarixi” 10 cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb edir.

Bütün bunlarla yanaşı bütün varlığı ilə bağlı olduğu doğma torpaq-Naxçıvanın insanı, onun bu günü və keçmişi, ədəbi-mədəni mühiti mütəfəkkir alimin yaradıcılığında qırmızı xətt kimi keçir. Akademik İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan  vətəndaş alimdir. İsa müəllim 40 ildən artıq bir müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırıb, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq edib. Elə akademikin 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş,  qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik “Nuhçıxandan-Naxçıvana” monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapıbdır. İsa Həbibbəylinin bu kitabda Naxçıvan ədəbi mühiti haqqında verdiyi geniş bir bölmə sanballı bir monoqrafiya təsiri bağışlayır. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini, inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərib və məqsədinə nail olubdur. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə  “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlandırır. Müəllif Naxçıvan ədəbi mühitini iki istiqamətdə: klassik dövrün Naxçıvan ədəbi mühiti və müasir dövrün Naxçıvan ədəbi mühiti bölgüsü əsasında araşdırır.

Məlumdur ki, Naxçıvanda hələ XI-XII əsrlərdə ədəbiyyatın yaranması, Naxçıvanşahlar, Atabəylər sarayında  Qətran Təbrizi və digər şairlərin fəaliyyəti  tarixi mənbələrdə öz əksini tapıbdır. Sonrakı əsrlərdə Hinduşah Naxçıvani, Fəzlullah Nəimi, Nemətullah Naxçıvani, Bayrək Quşçuoğlu, Mirzə Sadiq Ordubadi, Hatəm bəy Ordubadi və başqa ədəbi şəxsiyyətlər yazıb-yaradıbdır ki, müəllif  Naxçıvanın ədəbi-mədəni və tarixi məsələlərinə həsr olunmuş bu kitabın  iri həcmli bir bölməsində onlar haqqında ətraflı məlumat verir.

XIX əsr Naxçıvan ədəbi mühitini təhlil edən müəllif Heyran xanım, onun davamçısı olan  Qönçəbəyim yaradıcılığı haqqında, eyni zamanda Ordubadda yaranmış “Əncüməni-şüəra” və onun üzvlərindən Qüdsi Vənəndi, Məmmədqulu Salik Ordubadi, Mirzə Hüseyn Bikəs, Zeynəlabdin Nəqqaş, Məşədi Həsən Dəbbağ, Fəqir Ordubadidən geniş şəkildə bəhs edib.  Onu da qeyd edək ki, həmin məclisin Hacı ağa Fəqir Ordubadidən sonra başçısı olmuş görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı müəllifin diqqətini daha çox cəlb edib. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparıb, “”Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi” adlı geniş həcmli bir məqalə yazıb (Nuhçıxan-Naxçıvana,s.266-284). Bununla yanaşı İsa Həbibbəyli görkəmli maarif fədaisinin ədəbi irsi tam şəkildə xalqa çatdırılmadığına görə  arxivlərdə çalışmış, bu böyük pedaqoqun əvvəl bəzi əsərlərini toplayıb “Məktəb hekayətləri” (1996) adı ilə, daha sonra isə bütün əsərlərini (2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə verib. Məlumdur ki, M. T. Sidqi  maarif dünyası ilə, hətta o dövr üçün böyük mədəni hadisə olan Qori müəllimlər seminariyası ilə də sıx əlaqələrə malik olub.  Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli arxiv araşdırmaları nəticəsində o dövrdə bu seminariyanın iki müəlliminin: Azərbaycan maarifçi-realist ədəbiyyatının tanınmış nümayəndəsi Rəşid bəy Əfəndiyevin (1863-1942) görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə iki məktubunu  və ilk ədəbiyyat tariximizin müəllifi Firudin bəy Köçərlinin (1863-1920) 1913-1914-cü illərdə Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqiyə (1888-1936) yazdığı iki məktubunu aşkara çıxararaq mətbuatda  nəşr etdirib. Həmin məktublar Naxçıvan maarifçi ədəbi mühitinin tarixini araşdırmaq baxımından çox əhəmiyyətlidir (Nuhçıxandan Naxçıvana.2015,s.346-349).

Böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində yetişmiş Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. İsa Həbibbəyli istər “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə “C. Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, “Molla Nəsrəddin”in yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunubdur. Bu mövzuda hörmətli akademikin “Cəlil Məmmədquluzadə”(1987),”Zamanın dühası” (1993), “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə” (1994), “C.Məmmədquluzadə:mühiti və müasirləri”(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Mirzə Cəlil dövrünü  Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: ”Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik isə əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri  idi” (İ.Həbibbəyli.Nuhçıxandan Naxçıvana, B. Elm və təhsil, 2015, s.242).

İsa Həbibbəyli araşdırmalarında bu kontekstdə Cəlil Məmmədquluzadənin fəal müasirləri olan, Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və başqaları haqqında  yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim edib.

Onu da qeyd edək ki, İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində  böyük satira ustasının dördpərdəli “Ər” pyesini, kiçikhəcmli “Lənət” və “Oyunbazlar” kimi səhnə əsərlərini üzə çıxarıb,16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına daxil edərək oxucuların istifadəsinə təqdim edib. Çoxcildlikdə bunlardan əlavə, böyük demokrat yazıçının özünün və ailə üzvlərinin 50, eyni zamanda başqa tanınmış şəxsiyyətlərin  elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu ilk dəfə nəşr edib.

İsa Həbibbəyli böyük mütəfəkkirin bir neçə tanınmış, ancaq az öyrənilmiş naxçıvanlı müasirinin həyatı və irsini daha geniş tədqiq edib, onların əsərlərini ilk dəfə toplayıb kitab halında nəşr etdirib. Bu şəxsiyyətlərdən biri Naxçıvan ədəbi-mədəni mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlıdır. Məlumdur ki, Avropa və Rusiyada böyük şöhrət qazanmış M. Şahtaxtlı Azərbaycanın ən böyük maarif xadimlərindən biri olub. Bu görkəmli maarifçi ədibin elmi irsi sovet dövründə birtərəfli ,həm də səthi şəkildə öyrənilib, əsərləri isə demək olar ki, nəşr edilməyib. Naxçıvan Ali Məclis Sədrinin M. Şahtaxtlının 160 illiyi ilə əlaqədar imzaladığı sərəncamdan sonra akademik İsa Həbibbəyli ilk dəfə nəşr etdirdiyi “Məhəmməd ağa Şahtaxtlı. Seçilmiş əsərləri” (2006) adlı kitabda XX əsrin ilk ana dilli mətbuat orqanının naşiri olan bu böyük maarifçinin çoxcəhətli fəaliyyəti ilk dəfə sənədlər və arxiv materialları əsasında geniş ictimaiyyətə təqdim olunub.

Naxçıvan maarifçi ədəbi mühitinin görkəmli nümayəndələrindən biri də publisist yazıçı Eynəli bəy Sultanov (1866-1935) olub. Sovet dövründə yaradıcılığı, tərcümeyi-halı demək olar ki, öyrənilməyib bu sənətkarın yenidən müstəqillik dövrünün verdiyi imkanlar səviyyəsində öyrənilməsində İsa Həbibbəylinin böyük xidməti vardır. Zəhmətkeş alimin uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində aydın olub ki, “İrəvan gimnaziyasında təhsil alarkən  Eynəli bəy Sultanov rus, fransız, yunan, latın dillərini yaxşı öyrənib və tərcümələr edib. Eynəli bəy Sultanovun anadan olma tarixini, Tiflisdə yox, İrəvan progimnaziyasında təhsil almasını, İrəvan Dairə məhkəməsində məsul vəzifə daşımasını da İsa Həbibbəyli müəyyən edib. Cəlil Məmmədquluzadənin Eynəli bəy Sultanova xüsusi münasibət bəsləməsinin səbəbləri də onun tədqiqatlarında aydınlaşdırılıb. Eynəli bəy Sultanovun maarifçi-realist ağırlıqlı tənqidi-realist yazıçı olması haqqındakı nəzəri qənaətləri də İsa Həbibbəyli irəli sürüb. (Akademik İsa Həbibbəyli (bibioqrafiya), Bakı, 2018, s.24). Eynəli bəy Sultanovun publisistik əsələrinin həm rus, həm də Azərbaycan dilində kitab halında nəşr olunması da akademik İsa Həbibbəylinin fədakar əməyinin nəticəsidir (E. S. Publisistika. sobiratel, sostavitel i avtor predisloviya ak. İ. Q. B. Elm və təhsil, 2016).

Naxçıvan ədəbi mühiti haqqında geniş araşdırmalar aparmış İsa Həbibbəyli XX əsrin 20-30-cu illərində burada ədəbiyyat cəbhəsində böyük canlanma olduğunu göstərərək ədəbi prosesdə C. Məmmədquluzadə, H. Cavid, Ə. Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbus, Hüseyn Nadim Naxçıvaninin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü göstərən ədəbi meyilləri ümumiləşdirib. Müəllif İkinci Dünya müharibəsindən sonra, 1950-60-cı illərdə Naxçıvanda yetişmiş  İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi, Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində gözə çarpan  ümumi meyilləri təhlil edib, müharibədən sonrakı dövrdə Naxçıvan ədəbi mühitində ədəbiyyatın bütün janrları üzrə  canlanma və inkişaf baş verdiyini, bədii yaradıcılıqda ideologiyadan, ictimai motivlərdən insana, mənəvi aləmin dərkinə doğru əhəmiyyətli addımlar atıldığını xüsusilə vurğulayıb (“Nuhçıxan Naxçıvana”, s.444). İsa Həbibbəyli daha sonra XX əsrin 70-80-ci illərində və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində müşahidə etdiyi ədəbi inkişaf məsələləri üzərində geniş şəkildə dayanıb. Bu dövrdə nəsrə meyillilik müşahidə edən alim yerli ədəbi qüvvələrin önündə xalq yazıçısı Hüseyn İbrahimovun durduğunu qeyd edərək bu görkəmli nasirin bədii yaradıcılığını geniş şəkildə təhlil edib və onu nəcibliyin zirvəsində dayanan söz ustası, şəxsiyyəti və sənəti vəhdətdə olan sənətkar adlandırıb. O yazır: ”Nəciblik fəlsəfəsini şərtləndirən daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq Xalq yazıçısı H. İbrahimov üçün ciddi  yazıçılıq və vətəndaşlıq işidir” (“Ədəbi-tarixi yaddaş və müasirlik”, s.356)

İsa Həbibbəyli bu gün də Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətini davamlı olaraq diqqət mərkəzində saxlayır. Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi istedadlı qələm sahiblərinin yaradıcılığını təhlil edərək yüksək  qiymətləndirir. İsa Həbibbəyli Naxçıvan mühitinin yetirməsi şair və publisist Cavad Cavadlının poetik yaradıcılığını dərindən tədqiq edib, bu araşdırmaların nəticəsi olaraq “Ədəbiyyat və mətbuat cəbhəsində” monoqrafiyası meydana gəlib. Bu kitabda qeyd edildiyi kimi, “C. Cavadlının şeirlərindən onun özünün təbii obrazı boylanır” (İ.Həbibbəyli. Ədəbiyyat və mətbuat cəbhəsində, Bakı, Nurlan, 2006).

İsa Həbibbəylinin yaradıcılığında Naxçıvan ədəbi mühiti ilə birbaşa və ya dolayısıyla bağlı olan, bu diyarda yaradıcılığa başlamış Xalq şairi Məmməd Araz,  Adil Babayev, Məmməd Cəfər, Abbas Zamanov, Əziz Şərif kimi tanınmış  ədəbiyyat və sənət  adamlarının tədqiqi də mühüm yer tutur.

Bunlardan əlavə, akademik İsa Həbibbəylinin “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (Bakı, Elm, 2017), “Duzdağ mozaikası” (Bakı, Elm və təhsil, 2017) kimi  monumental kitabları bölgədə sənət və mədəniyyətimizin inkişafı məsələlərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.

AMEA-nın vitse-prezidenti kimi də akademik İsa Həbibbəylinin yaradıcılığında digər mövzularla, fərqli elmi problemlərlə yanaşı, Naxçıvan mövzusu özünəməxsus yer tutur. Son illərdə onun Naxçıvanın qədim və müasir tarixinə, indiki yüksək inkişaf səviyyəsinə, ədəbi-tarixi şəxsiyyətlərinə həsr olunmuş əsərləri aktuallığı, yeniliyi, elmiliyi və müasirliyi ilə səciyyələnir. İsa Həbibbəyli üçün Naxçıvan mövzusu azərbaycanşünaslığın ayrılmaz  tərkib hissəsidir. Siyasi-ideoloji görüşlərinə görə azərbaycançı olan akademik İsa Həbibbəyli elmi baxışları etibarilə yeni tarixi epoxanın əsas azərbaycanşünas alimlərindən biridir. Onun Naxçıvan haqqında yazdıqları da azərbaycanşünaslığa sanballı elmi töhfələrdir.

                                                                                         Əbülfəz Quliyev

                                                                                  AMEA-nın müxbir üzvü

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...

Şanlı Yanvarın şəhid məktəbliləri

20-01-2020-14-50 Xəbərlər

Şanlı Yanvarın şəhid məktəbliləri

30 il bundan öncə azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğ...

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20-01-2020-14-00 Xəbərlər

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib.

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

20-01-2020-12-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

20-01-2020-10-08 Xəbərlər

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi,...

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

20-01-2020-09-00 Xəbərlər

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

NUHÇIXAN xəbər verir ki, Təbriz şəhərində fəaliyyət göstərən “Fəcr Azərbaycan” q...

QÜRUR GÜNÜM

20-01-2020-00-53 Xəbərlər

QÜRUR GÜNÜM

İnsanın yüksəldiyi ən uca zirvə ŞƏHİDLİKDİR. Şəhidlik Vətənlə bir olmaqdır, V...

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

20-01-2020-00-00 Xəbərlər

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc ...

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

19-01-2020-17-12 Xəbərlər

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrund...

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

19-01-2020-15-20 Xəbərlər

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin güclənd...

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...