Mənim doğulduğum kəndə həmişə dünyanın ən gözəl payızı gələrdi.

Nənəmin nağıllarına qoşulurdu küləyin vıyıltısı, yağışın səsi, üstümə səpələnən cəviz ağacımın ayağım altında yumağa çevrilən “sarı çiçəkləri”. Təbiətin son baharı səsi, nəfəsi, bərəkət ilə addım-addım, pillə-pilə hopurdu kəndin canına. Boz biçənəklərin yola saldığı sonuncu qonaq qəlbində olduğu qədər çantasında da bir az  “Nursu”, bir az “payız” aparırdı. Mənim uşaq ağlım sarı yarpaqlardan qanad alıb köçəri quşlara qoşulmağın xəyalını quranda böyüklər payız duyğularından daha çox payız qayğılarına köklənirdi. O zaman istisi, işığı əlindən alınmış kənd evlərini isitmək, aydınlatmaq çarəsiz xəstəliyə çevrilmişdi sanki. Sonralar, 6 yaş məndən böyük olan bacımın əlimdən tutub gətirdiyi məktəb binasının qarşısında isə payızın heç bilmədiyim, tanımaq istəmədiyim bir üzünü daha görəcəkdim. O payız və ondan sonrakı bütün payızlar və sentyabrlar beləcə yaddaşıma heç də  xoş olmayan xatirələr caladı. Böyüdükcə anlayacaqdım ki, ucqar, uzaq bir dağ kəndində qapını kəsən soyuq payız gətirdiyi qayğılar sarıdan da “bərəkətli” olurmuş. Təqvimin payız dərdləri yurdumun insanının çiyninə yarpaq-yarpaq yağdığı o vaxtdan indi bizi illər ayırır. Mənim illər sonra yazmaq istədiyim, gün kimi aydın amma  qayğılı  xatirələr bu günün işıqlı nurlu səmasında tüstülənən ocaq kimidir.

Adətim üzrə hər sabah nuhcıxan.az saytının xəbərlərinə göz yetirirəm. Sanki təbiət də, insanlar da qılınc misalı  o qayğılardan birdəfəlik sıyrılıb.

“Yeni tikilmiş məktəb binası istifadəyə verildi”, “filan kənddə yeni salınmış  yolun açılışı oldu”,” “..rayonlarda məktəbli yarmarkası keçirilir”, “..sərhəd kənlərimiz qışa tam hazırdır”, “qazlaşdırılmış və elektriklə tam təmin olunan kəndlərin sakinləri razılıqlarını bildirirlər”... Və gözucu nəzər yetirdiyim bu  xəbər başlıqlarını  tək-tək incələyirəm. Xəyalımda isə illər keçməsinə baxmayaraq hələ indi də yuxuma gələn o qaranlıq və soyuq məktəb, döşəməsi cökən sinif otağı və məni  hər səhər o otağa aparan palçıqlı yollar var. Oxuduğum dərslərdən daha çox yaddaşımda yer eləyən bir məktəblinin payız xatirələri, nə yaxşı ki, indi sadəcə təqvimin bir küncündə qısılıb qalmısınız.  Nə yaxşı ki, indi çiçək balalar  uşaqlığımıza kölgə salan o günlərdən günəş qədər uzaqdı. Görünür illər daha mərhəmətli imiş. Qılınc-qılınc qayaların dibindən isə   təzə yollar da, təmirli  məktəb də 2014-ci ildə Nursuya gətirildi. Doğma diyarın hər bir bucağını  sarıb-sarmalayan, qurub, tikən əllər Nursuyada toxundu. Artıq payız da, yaz da, qışın dizə qədər yağan qarı da heç  bir məktəblinin qorxulu yuxusu, acı həqiqəti olmur.

Mən isə hər fəsil olduğu kimi bu payız da “payımı” bərəkətli bağçalardan istəməyə gəlmişəm. Nə zaman əkilməsi heç atamın da yadına gəlməyən əliaçıq cəviz ağacları, alyanaqlı alma bağları kəndimizin payız mənzərələrini tamamlayır. Təbiət indi ən sirin payız nağılını danışmağa başlayıb. Anam çoxdan hazırlayıb payız sovqatımı. Son baharın yağışdan sonra torpaq və göy ot ətri verən havasını doya-doya içimə çəkərkən düşünürəm.  Düşünürəm ki, insan doğulduğu torpağın bir parçasıdır. İstər yaxında ol, istər uzaqda. Orda, öz elində o çopur qaya, o donqar ağac, o səngər təpəsi nədirsə, sən də osan. İstər yaxşı ol, istər yaman. Yaşın lap elə 100-ü haqlasın, bir parçan qalır doğulduğun torpaqda, adına ya “xatirə” de, ya “uşaqlıq”. O yer sanki sənlə dünyanı gəzir, evinin ən əziz bucağında o kəndə aid nələrsə var. O gün olmaz ki, xəyalın o yerləri ziyarət etməsin. Şad gününə sevinirsən, kədərini qəlbinin dərinliklərində hiss edirsən. Qulağın tanış bir səsə, gözün doğma bir simaya tamarzı qalır. Zamansa irəliyə doğru  qanad çalır, çoxdan ünvanını qətiləşdirmiş köçəri quşlar kimi. Uçub gedən zamanın ilmələrində yaddaşın yenə səni o yerlərə haylayır. Bu dünyada öz elini torpağını xoşbəxt görmək qədər heç nə insana rahatlıq verməz. İndi mənim doğulduğum kənd, Nursu da sanki çətin günlərini torpağın dərinliklərinə qoyub üzərinə barlı bərəkətli bağlar, güllü gülüstanlı həyətlər salıb.

Təqvimdə yenə payızdı. Ancaq bu payız o payız deyil..

 

                                                                                          Fizzə Bağırova

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi

22-10-2019-17-14 Xəbərlər

Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Naxçıvanda sabaha olan hava proqnozu

22-10-2019-15-58 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 23-nə gözlənilən hava proqnozu açıqlan...

“Akademik İsa Həbibbəyli -70” mövzusunda elmi konfrans olub

22-10-2019-14-16 Xəbərlər

“Akademik İsa Həbibbəyli -70” mövzusunda elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Naxçıvanın brend məhsulları dünyada tanınır

22-10-2019-12-30 Xəbərlər

Naxçıvanın brend məhsulları dünyada tanınır

Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının...

Ötən günün mənzərəsi - VİDEO

22-10-2019-11-48 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

21-10-2019-19-56 Rəsmi

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

NUHÇIXAN xəbər verir ki, həmin gün Alışar kəndində xidmət mərkəzi istifadəyə ver...

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

21-10-2019-19-53 Rəsmi

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib.

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

21-10-2019-19-51 Rəsmi

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlı kəndində xidmət mərkəzinin açıl...

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

21-10-2019-19-48 Rəsmi

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

Yol infrastrukturu muxtar respublikada aparılan quruculuq işlərinin əsasını təşk...

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

21-10-2019-19-46 Rəsmi

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğun...

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

21-10-2019-19-44 Rəsmi

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlıda kənd mərkəzinin də açılışı ol...

Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

21-10-2019-19-35 Rəsmi

Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb...

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO

21-10-2019-18-13 Xəbərlər

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO

Oktyabrın 21-də Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyekt...

Naxçıvanda sabaha olan hava proqnozu

21-10-2019-15-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlan...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

21-10-2019-12-51 Xəbərlər

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

NUHÇIXAN xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyas...

Ləkətağ körpüsü yenidən bərpa olunub - VİDEO

21-10-2019-11-59 Xəbərlər

Ləkətağ körpüsü yenidən bərpa olunub - VİDEO

Culfa rayonun Ləkətağ kəndində yerləşən orta əsrlərə aid körpüdə yenidənqurma iş...

AMEA-nın Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir

21-10-2019-11-16 Xəbərlər

AMEA-nın  Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AME...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

19-10-2019-17-44 Rəsmi

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

19-10-2019-16-56 Xəbərlər

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sils...

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

19-10-2019-16-00 Xəbərlər

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra...

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

19-10-2019-14-28 Xəbərlər

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin...

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

19-10-2019-12-47 Xəbərlər

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Heydərabad qəsəbəsində mədəniyyət və istirahət parkında təşkil edilən tədbirdə r...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

19-10-2019-11-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə...

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

19-10-2019-10-24 Xəbərlər

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

18-10-2019-15-19 Xəbərlər

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəs...

101 yaşlı ananın 28 yaşlı igid oğlu

18-10-2019-11-39 Xəbərlər

101 yaşlı ananın 28 yaşlı igid oğlu

Ey qəhrəman övladın şanlı vətəni- Azərbaycan! 101 yaşlı ananın  28 yaşlı, igid o...

Ötən günün mənzərəsi - VİDEO

18-10-2019-10-58 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

17-10-2019-18-06 Xəbərlər

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında ...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

17-10-2019-17-44 Xəbərlər

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

17-10-2019-17-36 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...