Son günlər sosial şəbəkələrdə ictimaiyyətin tanınmış azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburqda abidəsinin qoyulmasına maliyyə vəsaitinin kəsilməsi barədə narahatlığını ifadə edən mövzu geniş təbliğ edilir.

NUHÇIXAN-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yuxarıda göstərilən layihənin heç bir əlavə maliyyə dəstəyinə ehtiyacı yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bizim hər birimiz üçün əlamətdar olan ideyanın gerçəkləşməsi üçün bütün zəruri vəsaiti ayırıb.

Qeyd etmək lazımdır ki, işlərin əvvəlində kompozisiya seçilməsi üzrə bir neçə müəllifin müxtəlif eskizləri təqdim olunub. Bu eskizlərin uzun müddət və diqqətlə öyrənilməsindən sonra gənc və istedadlı heykəltəraş Mixail Popov və arxitektor Yevgeni Çerepaxinin işinə üstünlük verilib. Onu da vurğulamaq lazımdır ki, özünün Mədəniyyət Nazirliyindəki iş təcrübəsindən istifadə edən Polad Bülbüloğlu bu eskizə bir neçə düzəliş və əlavələr edib. Onların sayəsində abidənin kompozisiyasının yaradıcı hissəsi üzrə işlər başa çatıb. Kompozisiyanın seçilməsi və təsdiqi ilə paralel olaraq Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovla birlikdə Sankt-Peterburqun o vaxtkı qubernatoru və rəhbərliyi ilə, həmçinin abidənin qoyulması ideyasını irəli sürmüş Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirib. Bundan başqa, 2016-cı ildə Hüseyn xan Naxçıvanskinin oğlunun məzarüstü daş lövhəsinin tapılmasından sonra məhz səfirin ideyası ilə həmin daş lövhə abidənin postamentinə birləşdirilib.

Hazırda abidənin kompozisiyası və arxitektura layihəsi tamamilə başa çatdırılıb və görülən işlərin haqqı ödənilib.

Bundan sonra görüləcək işlər üçün zəruri olan vəsait də köçürülüb. Dövlət vəsaitlərinin xərclənməsinin hesabatlılığı, həmçinin onların məqsədyönlü olmayan istifadə ehtimalını da nəzərə alaraq, xərclərin təyinatı üzrə xərclənməsinə dair müvafiq sənədlər tələb olunub. Həmin sənədlər təqdim olunmayıb və bu səbəbdən sonrakı maliyyələşdirilmə dayandırılıb.

Onu da qeyd etməyi vacib hesab edirik ki, Sankt-Peterburq administrasiyasının abidə üçün ayırdığı torpaq sahəsində də yeraltı mühəndis-texniki kommunikasiyalarla bağlı bir sıra ciddi problemlər üzə çıxıb.

Hazırda bu problemlərin həlli məqsədilə səfirin Sankt-Peterburqun yeni seçilmiş qubernatoru ilə görüşü nəzərdə tutulur.
Məlumdur ki, 2020-ci ildə Azərbaycan Peterburq Mədəniyyət Forumunda qonaq-ölkə qismində iştirak edəcək. Bu, xalqlarımızın mədəni həyatında çox əlamətdar hadisədir. Azərbaycan Mədəniyyət Nazirliyi ilə razılaşdırıldığı kimi, bu tədbir çərçivəsində Hüseyn xan Naxçıvanskinin abidəsinin təntənəli açılışı planlaşdırılır. Açılış Forumun əsas hadisələrindən biri olacaq.

İctimaiyyəti saxta nüfuz qazanmaq istəyən yalançı vətənpərvərlərin yaydıqları yanlış informasiyalara və təxribat xarakterli məlumatlara etibar etməməyə çağırırıq.

Səfirlik Azərbaycan xalqının qəhrəmanlıq tarixini əbədiləşdirmək üçün əlindən gələn bütün zəruri tədbirləri həyata keçirir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

VÖEN-i necə aça bilərik?

25-02-2020-17-41 Xəbərlər

VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq...

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

25-02-2020-16-45 Xəbərlər

Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub

Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. ...

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

25-02-2020-16-07 Xəbərlər

Kəngərli rayonunda taktiki-xüsusi təlim keçirilib

Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Şəhanə mebel” Məhdud ...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

25-02-2020-15-25 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

25-02-2020-14-49 Xəbərlər

Naxçıvan: düzgün seçilmiş yolun uğurları

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intiba...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

25-02-2020-13-59 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan teleradiosu  “Operator-videoteka” vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

25-02-2020-12-51 Xəbərlər

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında ötən ay 8 milyon 642 min 600 manatlıq kənd təsər...

Pakistanın “Hum News” televiziyası Naxçıvanla bağlı film yayımlayıb

25-02-2020-12-11 Xəbərlər

Pakistanın “Hum News” televiziyası Naxçıvanla bağlı film yayımlayıb

NUHÇIXAN xəbər verir ki, filmdə izləyicilərə Azərbaycanın, eləcə də Naxçıvan Mux...

Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib - SİYAHI

25-02-2020-11-55 Xəbərlər

Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib - SİYAHI

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barə...

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası təsdiq edilib

25-02-2020-11-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası təsdiq edilib

NUHÇIXAN xəbər verir ki, dünən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində mu...

Ötən günün mənzərəsi - VİDEO

25-02-2020-11-25 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xızırın dirilik çeşməsindən su içdiyi gün - Su çərşənbəsi

25-02-2020-11-04 Xəbərlər

Xızırın dirilik çeşməsindən su içdiyi gün - Su çərşənbəsi

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaş...

Nakhchivan news - VİDEO

25-02-2020-10-22 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

“Yaradıcı Gənclər Akademiyası”na start verilib

25-02-2020-10-01 Xəbərlər

“Yaradıcı Gənclər Akademiyası”na start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Azər Zeynalov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilib

25-02-2020-00-17 Xəbərlər

Azər Zeynalov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilib

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barə...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

24-02-2020-18-59 Xəbərlər

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

NUHÇIXAN xəbər verir ki, fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respubli...

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

24-02-2020-18-34 Xəbərlər

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

Bu gün keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir...

Naxçıvan Bölməsinin əməkdaşının yeni uğuru

24-02-2020-17-42 Xəbərlər

Naxçıvan Bölməsinin əməkdaşının yeni uğuru

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Naxçıvan televiziyası “Nakhchivan news” ingilis dilində informasiya proqramına redaktor qəbulu elan edir

24-02-2020-16-57 Xəbərlər

Naxçıvan televiziyası “Nakhchivan news” ingilis dilində informasiya proqramına redaktor qəbulu elan edir

Naxçıvan televiziyası “Nakhchivan news” ingilis dilində informasiya proqramına r...

DST-nin rəsmi internet səhifəsi: Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb

24-02-2020-16-10 Xəbərlər

DST-nin rəsmi internet səhifəsi: Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb

Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon M...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeli qurumları taktiki-xüsusi təlim keçirib

24-02-2020-15-24 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeli qurumları taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Məcburi dövlət sosial sığorta haqlarının üstünlükləri mövzusunda tədbir keçirilib

24-02-2020-14-42 Xəbərlər

Məcburi dövlət sosial sığorta haqlarının üstünlükləri mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

24-02-2020-14-00 Xəbərlər

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Sirli mağara, müqəddəs ziyarətgah

24-02-2020-10-56 Xəbərlər

Sirli mağara, müqəddəs ziyarətgah

"Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmü ərşə dayanmı...

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

24-02-2020-10-38 Xəbərlər

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Malayziyanın milli xəbər agentliyində Xocalı soyqırımı ilə bağlı geniş material yerləşdirilib

24-02-2020-09-00 Xəbərlər

Malayziyanın milli xəbər agentliyində Xocalı soyqırımı ilə bağlı geniş material yerləşdirilib

Malayziyanın ən böyük rəsmi xəbər istehsalçısı olan Bernama milli xəbər agentliy...

Qarlı və buzlu yollarda ehtiyyatlı olmaq lazımdır

23-02-2020-17-56 Xəbərlər

Qarlı və buzlu yollarda ehtiyyatlı olmaq lazımdır

Qarlı havalarda yollar çox zaman buzla örtülür.