- Ətraflı
- Bölüm: Xəbərlər
Muxtar respublikamızda yetişən çoxsaylı üzüm növləri öz adlarını malik olduğu bu və ya digər xüsusiyyətə görə almışlar.
Məsələn, rənginə, dadına, keyfiyyətinə, rayihəsinə, giləsinin ölçüsünə, toxumlarının böyüklüyü və salxımlarının formasına görə seçilən üzüm növləri vardır. Bununla yanaşı, üzüm növlərinə yetişdirildikləri yerlərə uyğun adlar verilib. “Arazbarı”, “Ordubadi”, “Şabranı”, “Şahtaxtı”, “ Xəlili” və sair. Babək rayonunun Nehrəm kəndində yerləşən üzüm plantasiyasında da yerli və xarici üzüm sortlarından istifadə etməklə bol məhsul yetişdirilib.
Bir faktı qeyd edək ki, ötən əsrin 60-70-ci illərində üzümçülüyün geniş vüsət aldığı dövrlərdə Nehrəmin təcrübəli üzümçüləri yerli üzüm növləri ilə yanaşı, digər ölkələrdən gətirilmiş üzümləri də ustalıqla becərib, hektarlarla sahədə üzümlüklərin salınmasına nail olublar. Xarici ölkələrdən gətirilmiş üzüm növlərinin də yerli şəraitə uyğunlaşdırılaraq yetişdirilməsi öz bəhrəsini verib. Lakin ötən əsrin sonlarında baş verən məlum hadisələr üzümçülük sahəsindən də yan keçməyib, mövcud üzümlüklərdə yaranan tənəzzül kənddəki qədim üzümçülük ənənələrinin də məhv olmasına gətirib çıxarıb.
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aqrar sahəyə göstərilən dövlət dəstəyi üzümçülüyü də əhatə edib, qəbul olunan dövlət proqramlarının uğurla icra olunması nəticəsində yeni üzümlüklər salınıb, bu sahəyə olan maraq artəb, bir sözlə, üzümçülüyün əvvəlki şöhrəti özünə qaytarılıb. Qeyd edək ki, Nehrəm kəndi ərazisindəki üzümlük 2015-ci ildən 80 hektar sahədə salınıb. Sonradan isə bağın ərazisi 150 hektara çatdırılıb. Münbit torpaq, bol günəş, bir də zəhmətkeş insanların əməyi nəticəsində bu üzümlüklər artıq üçüncü ildir ki, bar verir. Yetişdirilən üzümlər ölkəmizlə yanaşı, Rusiya bazarlarına da ixrac olunur. Bu isə o deməkdir ki, həm bazara çıxan məhsul ucuz olacaq, həm də xaricə ixrac olunan məhsul daha çox gəlir gətirəcək, ölkəyə valyuta axını olacaq. Qeyd edək ki, burada yetişdirilən üzümlərin dadlı və ləzzətli olmasının əsas səbəbi torpağın məhsuldarlığı və günəş şüalarının digər rayon və kəndlərimizə nisbətən daha uzun müddət düz bucaq altında torpağa və məhsula düşməsidir. Nehrəmdə “Ağ xəlili”, “Qara xəlili”, “ Kişmişi”, “Keçiməməsi”, “Gəlinbarmağı” kimi xüsusi yerli üzüm növləri becərilir.
Builki hava şəraitinin üzüm istehsalı üçün əlverişli olması da məhsuldarlığa müsbət təsir göstərib. Artıq məhsul yetişib və yığım vaxtıdır. Hər gün bu bağlardan tonlarla meyvə yığılır. Bağlara aqrotexniki qulluq işləri mövsümə uyğun aparılır, gübrələr zamanında verilir. Suvarma sistemi avtomatik qaydada aparılır. Alınan nəticə isə göz önündədir. 150 hektar sahəni əhatə edən üzümlükdə yerli süfrə üzüm sortları ilə yanaşı, Türkiyənin məşhur “Sultaniyyə”, İtaliyanın “Viktoriya”, “Kordinal”, “Mişel Paliyeri” və digərləri olmaqla 20-yə yaxın üzüm sortu əkilib. Qeyd edək ki, xaricdən gətirilən bu üzüm sortları yüksək məhsuldarlığa malikdir və muxtar respublikanın kontinental iqlim şəraitinə uyğundur.
Toplanan məhsuldan kişmiş və mövüz də hazırlanır. Ərazidən yığılan məhsulun saxlanılması üçün 250 ton tutumu olan soyuducu anbar fəaliyyət göstərir, plastik tara istehsalı həyata keçirilir. Hazırda burada 200 nəfərə yaxın rayon sakini işlə təmin olunub. Digər sahələr də fəaliyyətə başladıqdan sonra təsərrüfatda 500-ə yaxın vətəndaş işlə təmin olunacaq.
Qeyd edək ki, üzümçülüyün inkişafına dair dövlət proqramı üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına imkan verməklə yanaşı, kənd təsərrüfatının geniş miqyasda inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradıb. Bundan başqa, əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatı da dolğun ödənilir. Bu sahənin inkişafı isə gələcəkdə muxtar respublikada şərabçılıqla məşğul olan yeni emal müəssisələrinin yaradılmasına stimul verir.
Türkanə Əmoyeva,
“Şərqin səhəri” qəzeti
Bölmənin digər xəbərləri
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
17-11-2020-18-25 Xəbərlər

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...
Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
17-11-2020-16-27 Rəsmi

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...
Ermənistan XİN rəhbərinin müavini də istefa verdi
17-11-2020-15-49 Xəbərlər

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...
Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı
17-11-2020-12-54 Xəbərlər

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...
Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib
17-11-2020-11-20 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...
30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır
17-11-2020-00-00 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...
Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib
16-11-2020-20-32 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...
Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”
16-11-2020-18-41 Xəbərlər

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
16-11-2020-18-19 Rəsmi

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı
16-11-2020-14-34 Xəbərlər

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...
Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi
16-11-2020-12-50 Xəbərlər

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...
Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”
16-11-2020-11-26 Xəbərlər

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.
Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?
16-11-2020-10-35 Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...
Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb
16-11-2020-09-48 Xəbərlər

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...
Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb
16-11-2020-09-00 Xəbərlər

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...
General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir
15-11-2020-16-46 Xəbərlər

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...
Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib
15-11-2020-15-21 Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...
Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır
15-11-2020-15-11 Xəbərlər

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...
Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar
15-11-2020-14-24 Xəbərlər

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...
Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb
15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...
Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb
14-11-2020-17-56 Xəbərlər

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...
Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan
14-11-2020-15-55 Xəbərlər

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...
Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi
14-11-2020-12-45 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...
Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur
14-11-2020-11-24 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...
Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib
14-11-2020-11-05 Xəbərlər

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...
Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib
13-11-2020-16-05 Xəbərlər

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...
Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib
13-11-2020-14-57 Xəbərlər

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...
Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi
13-11-2020-12-18 Xəbərlər

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...
Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
13-11-2020-10-50 Xəbərlər

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...
Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib
13-11-2020-09-24 Xəbərlər

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...