Naxçıvan Muxtar Respublikasının təhsilinin yaradılması və inkişafında, gənc nəslin maariflənməsində əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri də Mirzə Əbdüləzim Rüstəmovdur.

Mirzə Əbdüləzim Rüstəmov 1887-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki kəndində anadan olub. İlk təhsilini məscid-mədrəsə məktəbində alıb. Maarifçi ziyalı, publisist Qurbanəli Şərifzadə (Əziz Şərifin atası)  qaynı Əbdüləzimdəki oxumaq həvəsini görərək onu Naxçıvan şəhərinə gətirib ikisinifli rus-Azərbaycan məktəbinə qəbul etdirir. Bu məktəbi əla qiymətlərlə bitirən Əbdüləzim Rüstəmov ikinci dərəcəli Naxçıvan şəhər məktəbinə daxil olur və 1906-cı ildə həmin məktəbdə təhsilini başa vurur. Rus dilini yüksək səviyyədə öyrənən Əbdüləzim xüsusi müəllim yanında biliyini təkmilləşdirərək imtahan verir və ibtidai məktəbdə dərs demək hüququ qazanır. Onu 1907-ci ildə Cəhri kəndindəki məktəbə müdir göndərirlər. Sonra indiki Culfa rayonunun Yaycı kəndinə məktəb müdiri vəzifəsinə dəyişdirilir. 1913-cü ildə isə M. Ə. Rüstəmov doğma Şəki kəndinə müəllim təyin edilir. O, 1918-ci ilədək Şəkidəki ikisinifli məktəbin müdiri vəzifəsində çalışır. Əbdüləzim müəllimin həyatından maraqlı xatirələr onun bacısı oğlu, mərhum ədəbiyyatşünas alim Əziz Şərifin “Keçmiş günlərdən” kitabında məhəbbətlə təsvir edilib... Azərbaycan ziyalıları içərisində xüsusi nüfuza və dərin biliyə sahib olan Qurbanəli Şərifzadənin əvəzsiz xidməti və zəhməti sayəsində Əbdüləzim Rüstəmov işlədiyi ilk illərdən şagirdlərin və valideynlərin sevimlisinə çevrilib, onların hörmətini qazanıb.

Əbdüləzim Rüstəmov 1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında naxçıvanlılarla bir yerdə döyüşüb və Naxçıvanın Azərbaycanın tərkibində qalması uğrunda mübarizə aparıb. Məlum tarixi hadisələrin burulğanında bolşeviklərin ordusunun Zəngəzura gəldiyini eşidən Naxçıvan ziyalıları onlarla danışmaq üçün bir heyət hazırlayırlar və  Əbdüləzim Rüstəmov həmin heyətin üzvü olur. Qeyd edək ki, M.Ə.Rüstəmov 1917-ci ildə Naxçıvanda fəaliyyət göstərən “Hümmət” təşkilatına da üzv idi. Tarixi sənədlərdən məlumdur ki, Naxçıvan və Culfa “Hümmət” qrupunun başında Naxçıvanın tanınmış ziyalıları dururdular. “Hümmət”çilər Naxçıvanın xilas edilməsində xüsusi fəallıq göstəriblər.  

1920-ci il oktyabrın 10-da Naxçıvan İnqilab Komitəsinin birləşmiş iclasında Xalq Maarif Şöbəsinin də yaradılması qərara alınır. Naxçıvan Xalq Maarif Şöbəsinin müdiri Əbdüləzim müəllim təyin olunur. Beləliklə, Naxçıvan Muxtar Respublikasının ilk maarif komissarı Əbdüləzim Rüstəmov olur. Bu böyük etimadı o, ləyaqətlə doğruldur. Var qüvvəsini əsirgəmədən yeni tipli məktəblərdə müəllimləri dərs demək üçün səfərbərliyə alır, gecə kursları təşkil edir, o dövrdəki nəslin savadlanmasında əlindən gələni əsirgəmir. Əbdüləzim Rüstəmov ömrünün ən gözəl, cavan çağlarını xalqın maariflənməsi, savadlanması işi uğrunda mübarizəyə sərf edən fədailərdən biri idi.

1922-ci il avqustun 28-də Naxçıvan Dövlət Dram Teatrının binasında (bu bina əvvəllər indiki Böyük bağ deyilən yerdə yerləşirdi) Naxçıvan respublika müəllimlərinin I Müəllimlər Qurultayında M.Ə.Rüstəmov Naxçıvanda Müəllimlər Seminariyasının açılmasının vacibliyi haqqında məruzə edir. Üç gün davam edən bu qurultayda geniş müzakirələrdən sonra seminariyanın yaradılması qərara alınır. Yaradılan seminariyaya (Darülmüəllim – sonralar texnikum) ilk direktor Xəlil ağa Hacılarov, müavin isə Əbdüləzim Rüstəmov təyin edilir.

Naxçıvan Müəllimlər Seminariyası bir il fəaliyyət göstərəndən sonra pedaqoji texnikuma çevrilir və 1923-cü ilin dekabrından Ordubad şəhərində fəaliyyət göstərməyə başlayır. Texnikumda pedaqoji şura, metodik təşkilatlar, tələbə komitəsi, müxtəlif fənn dərnəkləri yaradılır. Bu pedaqoji texnikumda 1925-1926-cı tədris ilində 119 nəfər tələbə təhsil alırdı. Növbəti ildə texnikumun ilk buraxılışı olur ki, bu zaman 18 nəfər məzun müəllimlik diplomu alaraq muxtar respublika məktəblərində işləməyə başlayır. Bunların sırasında Zəngilandan Əkbər Abbasov, Vedibasardan Abdulla Kərimov, Eynalı Əlizadə, Ordubaddan Mirəhməd Seyidzadə, Mirmehdi Seyidzadə, Naxçıvan şəhərindən Əkbər Fərəcov, Əli Fərəcov, Əli Axundov, Aqil Mirişli, Kazım Talıbov, Nemət Novruzov, Əbdüləli Tahirzadə, Səməd Seyidli və başqalarının adlarını çəkmək olar. 1938-1939-cu tədris ilində isə Naxçıvan Pedaqoji Texnikumunu 92 nəfər gənc bitirərək pedaqoji fəaliyyətə başlayıb. Bu gənclər sonralar Azərbaycanda ictimai-siyasi fikrin və xalq maarifinin inkişafında mühüm rol oynayıblar. Həmin məzunlar arasında dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev də var idi.

1941-ci ildə isə Naxçıvan Pedaqoji Texnikumu ləğv edilərək Ordubad Pedaqoji Texnikumuna birləşdirilib. Bu texnikum muxtar respublika üçün müəllim kadrların hazırlanmasında böyük rol oynayıb. Yarandığı gündən 1941-ci ilə qədər texnikumda 1071 nəfər müəllim hazırlanıb ki, onlardan 182 nəfəri qadın idi.

Mirzə Əbdüləzimin yetirmələrindən biri, Əməkdar müəllim Məmməd Bəktaşi onu xatırlayaraq deyirdi: “Mirzə Əbdüləzim  mənim müəllimim olub. Sonralar çiyin-çiyinə müəllim işləmişik. O, yüksək savadlı, dərin zəkalı, milli, qətiyyətli, tələbkar, vətənpərvər pedaqoq idi. Rus dilini bizə çox yaxşı öyrətmişdi. Ömrünün sonuna qədər Naxçıvan məktəblərində, pedaqoji məktəbdə (texnikumda) rus dilini tədris etdi. Mərd ziyalı idi, sözü üzə deyərdi. Bəzən çoxları buna görə ondan “incik” düşürdülər...”

Repressiya illərinin qara küləyi Əbdüləzim Rüstəmovun da üzərindən yan keçmir. Onun xidmətlərinə baxmayaraq, Mirzə Əbdüləzim Rüstəmovu 1941-ci il iyun ayının 24-də həbs edirlər. Naxçıvanda məhkəməsi qapalı keçir. Naxçıvan Ali Məhkəməsi ona 8 il həbs cəzası verir və 4 il səsvermədən məhrum edir. M. Ə. Rüstəmovu sovet hökumətinin əleyhinə təbliğat aparmaqda və Türkiyəyə casusluq etməkdə günahlandırırlar. Mirzə Əbdüləzim isə hər vəchlə verilən ifadələrin böhtan olduğunu, heç nədə günahı olmadığını bildirirdi. Sənədlərdən məlum olur ki, o axıradək öz sözünün üstündə durub. O, bir müddət Bayıl həbsxanasında qaldıqdan sonra Gədəbəyin mis mədənlərində işləyib.

Mirzə Əbdüləzim Rüstəmov müəllim kimi  hər zaman xalqına xidmət edib. O, doğma Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağına qəlbən bağlı idi.

Əbdüləzim Rüstəmov 1953-cü ildə 66 yaşında Naxçıvanda bu dünyaya əbədi olaraq gözlərini yumub. Ona tam bəraət 1956-cı ildə verilib. O, erməni daşnaklarının və onların havadarlarının arzularını gözlərində qoyanlardan, onlara qarşı mətanətlə döyüşənlərdən biri idi.

Təhsilimizin inkişafında əvəzedilməz xidmətləri olan əsl ziyalı, pedaqoq Əbdüləzim Rüstəmov xalqın maariflənməsi yolunda çalışıb və  lazım gələndə qələmini silahla əvəz edib. Mətin insan, Naxçıvanın ilk maarif və ədliyyə komissarı Mirzə Əbdüləzim Rüstəmovun hər zaman Naxçıvan tarixində xatırlanmağa mənəvi haqqı vardır.

 

 

Səminə Rüstəmova

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

23-01-2020-11-13 Xəbərlər

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir ...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

23-01-2020-10-08 Xəbərlər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların ta...

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-09-00 Xəbərlər

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 201...

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

22-01-2020-12-42 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

NUHÇIXAN xəbər verir ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıva...

Nuh yurdunun rəssamı

22-01-2020-12-21 Xəbərlər

Nuh yurdunun rəssamı

Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənclər üç...

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

22-01-2020-11-16 Xəbərlər

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

22-01-2020-10-56 Xəbərlər

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb...

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

22-01-2020-10-38 Xəbərlər

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni ...

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

22-01-2020-09-00 Xəbərlər

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

Muxtar respublikada həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş...

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...