Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi məkandır. Bu baxımdan muzeylərin öyrənilməsi son dərəcə əhəmiyyətli mövzudur.

Mən öz adıma deyim ki, hansı ölkəyə səfər edəcəyəmsə, getməzdən öncə həmin ölkənin tarixi, ədəbiyyatı, incəsənəti ilə maraqlanıram, ələlxüsus da muzeyləri ilə. Qeyd edim ki, gəzdiyim məşhur Luvr muzeyində rastlaşdığım insan izdihamı hələ xatirimdən çıxmır.  Muzeylərə insanlar zorla getmirlər, sevərək, könüllü olaraq, səyahət etdikləri ölkənin tarixinə, incəsənətinə, ədəbiyyatına hətta idarə etmə sisteminə bələd olmaq üçün ziyarət edirlər muzeyləri.

Bu gün Naxçıvan Muxtar Respublikasında da muzeyçilik sahəsində əhəmiyyətli işlər görülüb və davam edir. Naxçıvanlı mütəfəkkirlərin istedadının, əməyinin qiymətləndirilməsi həm də gələcək istedadlara stimul verir. Dövlətin qayğısı sövq edir ki, hər bir vətəndaş yadda qalmaq üçün əhəmiyyətli işlərlə məşğul olsun. Bu isə həqiqətən də qələbədir.

Bu yazımızda sizə haqqında danışacağımız muzey Naxçıvan şəhərində, 1981-ci ildə “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərar ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu məhəllədə yaradılan Hüseyn Cavidin ev muzeyidir.

Mütəfəkkir şair, görkəmli dramaturq Hüsеyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simalardan biridir. Minillik Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələsi sayılan XX əsr Azərbaycan romantizmi hamıdan çox Hüsеyn Cavidin adı ilə bağlıdır. Onun qələmə aldığı “Şеyx Sənan” və “İblis”, “Xəyyam” və “Səyavuş” bizim dramaturgiyamızda romantizmin bütün problеmatikliyi, idеya və məzmun xüsusiyyətləri ilə təzahür еtdiyi əsərlərdir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının mövzu sərhəddini gеnişləndirir, tragik xaraktеrin, romantik qəhrəmanın, dramatik konflikt və kolliziyaların yеni tiplərini yaradır, qəhrəmanı qadın olan ilk Azərbaycan faciəsini qələmə alır, onu humanist, nəcib və bəşəri idеyalarla daha da zənginləşdirir. H.Cavid bizim dramatik poеziyada qüvvətli bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yеr tutur.

Ümummilli liderimiz  Heydər Əliyevin yüksək dəyər verdiyi sənətkarlardan olan Hüseyn Cavid Naxçıvanda doğulub, burada təhsil alıb, sonralar təhsilini Türkiyədə davam etdirib. Ümumtürk bəşəri fəlsəfi fikrini qədim Naxçıvan torpağından bütün dünyaya yayaraq Avropa demonist fəlsəfəsindən önə keçən bu dahi sənətkar 1937-ci illərin repressiyasının güdazına getdi. 1941-ci ildə repressiya qurbanı olan  Cavidin nəşi də Sibirdə torpağa verilmişdi. Amma ona isti münasibət bəsləyən Ümumilli liderimizin təşəbbüsü ilə  Azərbaycan fəlsəfi fikrinin inkişafında böyük xidmətləri olan sənətkarın cənazəsi Sibirdən ölkəmizə gətirildi və Naxçıvanda torpağa tapşırıldı.

...Zaman keçdi və ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Naxçıvanda Hüseyn Cavidin məqbərəsi tikildi, məqbərənin açılışında iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider məqbərənin açılışında iştirak etdi, geniş nitq söylədi, açılışı bildirən lenti kəsdi və Hüseyn Cavidin məqbərəsini ehtiramla ziyarət etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov öz nitqində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edərək dedi: “Bu gün açılışına toplaşdığımız Hüseyn Cavidin məqbərəsi Azərbaycan Prezidentinin milli mədəniyyətimizə göstərdiyi yüksək atalıq qayğısının yeni və bənzərsiz təzahürüdür. Möhtərəm Heydər Əliyevin adı ilə bağlı olan Hüseyn Cavid məqbərəsi zəngin və çoxəsrlik Naxçıvan memarlıq məktəbi tarixində yeni hadisədir”.

“Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilməsi diqqətləri bir daha dahi dramaturqa yönəltdi.

Bütün bu sadaladıqlarımızın işığına bürünüb Nuh yurdu Naxçıvanın fəxrlərindən olan Cavidi ziyarət etmək üçün yola çıxdıq.  Qeyri-iradi olaraq ruhumuza hopan“Rəqs” şeiri səsləndi dilimizdə:

Ruhum yеnə ləbrizi-səadət...

Ya Rəb, bu nə tufani-lətafət!?

Göydən yеrə еnmiş kibi cənnət,

Yеr-yеr saçılır nuri-məsərrət.

Həp qol-qola pürşеvqü şətarət

Rəqs еtmədə-azadеyi-sənət –

Ərvahi-lətifi-mələkiyyət.

 

Cavidin məqbərəsinə salamlarımızı çatdırıb, izin istədik ocağına daxil olmaq üçün. Muzeydə Hüseyn Cavidin “Ömür yolu” tamaşası sərgilənirdi elə bil. Burada Cavid böyüklüyünün hiss edildiyi hər dəyərlə tanış olduq. Muzeyin fondunda 9 minə yaxın eksponat toplanıb. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934-cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları var. Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da bu muzeydə nümayiş olunur. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli əşyaların əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak edib.

Ekspozisiyada cavidşünasların- Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer alıb.

Muzeyin direktoru Bəhruz Axundovun verdiyi məlumatlarla müasir zamanədən qopub, “Keçmiş günlərə” döndük. Cavid nəfəsinin duyulduğu bu muzeydə səmimilik, hər əsərə duyulan dərin məhəbbət var idi. Xatirə dəftərinə diləklərimizi yazdıq. Turan Cavidin muzey haqqındakı fikirləriylə tanış olduq. Azər Turanın Cavid haqqında yazdığı səmimi etirafları ilə Cavid əfəndinin fərqli tərəflərini kəşf etdik. Bura həqiqətən də bizim üçün çox doğmadır.

Dilimizin əzbəri olan:

-  Başqa sevdiklərin nasıl, yoxmu?

-Var...

- Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar...-misralarını xatırlayaraq vida etdik Cavid ocağına.

 

Nərgiz İsmayılova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...

Şanlı Yanvarın şəhid məktəbliləri

20-01-2020-14-50 Xəbərlər

Şanlı Yanvarın şəhid məktəbliləri

30 il bundan öncə azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğ...

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20-01-2020-14-00 Xəbərlər

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib.

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

20-01-2020-12-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

20-01-2020-10-08 Xəbərlər

Azərbaycanın müstəqilliyinə yol 20 Yanvardan keçdi

Gələcək nəsillərimiz müstəqilliyin bugünkü  şirinliyini dadsalar da, tariximizi,...

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

20-01-2020-09-00 Xəbərlər

Təbriz mətbuatı 20 Yanvar faciəsi barədə məqalə yayıb

NUHÇIXAN xəbər verir ki, Təbriz şəhərində fəaliyyət göstərən “Fəcr Azərbaycan” q...

QÜRUR GÜNÜM

20-01-2020-00-53 Xəbərlər

QÜRUR GÜNÜM

İnsanın yüksəldiyi ən uca zirvə ŞƏHİDLİKDİR. Şəhidlik Vətənlə bir olmaqdır, V...

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

20-01-2020-00-00 Xəbərlər

20 Yanvar:Xalqımızın qəhrəmanlıq tarixi

Bakıda sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc ...

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

19-01-2020-17-12 Xəbərlər

20 Yanvar – tariximizin qəhrəmanlıq salnaməsidir

Azərbaycan xalqı tarixin müxtəlif səhifələrində öz müstəqilliyi, azaldığı uğrund...

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

19-01-2020-15-20 Xəbərlər

Ötən il muzeylərimizdə 7861 ziyarətçi olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin güclənd...

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18-01-2020-14-53 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirl...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

18-01-2020-14-29 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il- sonun başlanğıcı

30 il əvvəl, Sovet rejiminin tarixində ilk dəfə muxtariyyət Sovet İttifaqının tə...

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

18-01-2020-13-00 Xəbərlər

Təbrizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da Azərbaycan Respublikasının İran İslam Re...

20 Yanvar faciəsi rəsm əsərlərində

18-01-2020-11-50 Xəbərlər

20 Yanvar faciəsi rəsm əsərlərində

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Sa...

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

18-01-2020-09-51 Xəbərlər

Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq A...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-23 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

Muxtar respublikada ədliyyə orqanları dövlət qayğısı ilə əhatə olunub.

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

18-01-2020-09-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yarandığı gündür

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir.

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

18-01-2020-00-00 Xəbərlər

18 yanvar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranması günüdür

Daxili işlər orqanlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

17-01-2020-17-55 Xəbərlər

Polis veteranları ötən ilin yekunlarını müzakirə ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Vet...

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020-16-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...