Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib.

Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. 8 çəki dərəcəsində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 3 idmançısı da iştirak edib.

İdmançılarımızdan Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

www.naxcivantv.az