Məişət əşyaları olan oraq, bıçaq hələ metalın kəşf edilmədiyi dövrdə obsidiandan (dəvəgözü), çaxmaqdaşından düzəldilirdi.

Yumşaq daşlardan, xüsusən, mərmərdən bəzək əşyaları–qolbaq, sırğa və başqa əşyalar alınırdı. Toxuculuqda daşdan və sümükdən  hazırlanmış teşilərdən geniş istifadə edilirdi. Un əldə etmək üçün dən daşlarından, baltaları düzəltmək üçün çay daşlarından istifadə olunurdu. Eneolit dövründə saxsıdan hazırlanan küpə, kasa, çölmək, müxtəlif su qabları və başqa məişət əşyaları üstünlük təşkil edirdi. Maraqlıdır ki, bu əşyalar bu gün də rastımıza çıxmaqdadır. İstər muzeylərdə, istərsə də mətbəx ənənələrimizi qoruyan adamlar bu əşyalardan istifadə edirlər. Digər tərəfdən məişətdə bir çox alətlər var idi ki, onlardan gündəlik həyatda zəruri idi.  Bəs onlar hansılardır?

Dən daşları: Dən daşlarını sonralar daha təkmil əl dəyirmanı (Naxçıvanın bir çox yaşayış məntəqələrində buna “əl daşı”, “kirkirə” də deyirlər) əvəz etdi. Daşlarda olan təbii çalalar, sonradan isə daşdan yonulub hazırlanmış dibək (həvəng) daşları da əsas məişət əşyalarından olub. Ağacdan hazırlanan əşyalar da məişətdə geniş istifadə edilib. Bərk ağacdan dibəklər, təknələr, tabaq və başqa məişət əşyaları düzəldilirdi.

Tuluq: Tuluqlarda su daşınırdı. Tuluğu hazırlamaq daha çox zəhmət tələb edirdi. Tuluq əsasən, qoyun və ya keçi dərisindən hazırlanardı. Bunun üçün Naxçıvanda “qızıl qoyun”un  (yerli balbas cinsli qoyunlara qızıl qoyun deyərdilər) dərisini üstün tutardılar. Tuluq hazırlamaq üçün heyvanın dərisini bütöv soyardılar. Heyvanın başın kəsdikdən sonra arxa hissədən, paçadan kəsib corab kimi çevirərək dərinin arasını açmadan çıxarardılar. Bu zaman dərini əsasən, yumruqla soyardılar ki, bıçaq dərini zədələməsin. Dərinin ayaqları biləklərdən kəsilərdi. Aşılanmadan öncə dərinin üzərində qalan piy qatını bıçaqla qaşıyardılar. Aşılanıb tükü tökülmüş dərini arpa unundan hazırlanmış horraya zəy və duz qataraq isladar, sonra isə ovardılar. Bu cür aşılanmış dərilər yumşaq olardı. Sonradan isə dərinin alt hissəsini və ayaqlarını tikərdilər.

Eymə: Eymə də tuluq kimi hazırlanırdı. Eymə hazırlanacaq dərinin ayaqları dirsəkdən yox, dibdən kəsilirdi. Eymədə qatıq saxlanardı. Bu cür qatığa “qara qatıq ” deyərdilər. Eymədəki qatığa duz da atardılar. Duzlu qatıq daha çox qalır, xarab olmurdu. Eymə qatığın suyunu süzdürür, bərk hissəsi isə qalırdı. Eymədə qatıq “dəyməli” idi, yoxsa çalxayan zaman yağ yaxşı ayrılmazdı.

Nehrə: Qatığı çalxamaq üçün nehrədən istifadə edirdilər. Nehrələr saxsıdan və ya ağacdan düzəldilirdi. Saxsı nehrələr küpəyə oxşasa da,  ondan fərqli idi. Nehrə təkqulplu olub, qulp tərəfdə (üstdə qalan hissə)  kiçik deşik olurdu. Ağac nehrələr bir metr uzunluğunda ağac gövdəsindən hazırlanırdı. Yan tərəflərinə qapaq düzəldilir, üstdən kəsilərək ağız qoyulurdu. Üstdən künclərinə əlavə taxta vurulurdu ki, çalxayan zaman həmin hissədən yapışsınlar. 

Çaxmaq qov: İnsanların həyatında odun əhəmiyyəti misilsizdir. Müasir zamanda od əldə etmək üçün kibritin çöpünü qaraya çəkmək və ya  çaxmağın düyməsini basmaq kifayətdir. Son zamanlara qədər od əldə etmək üçün çaxmaq daşından, polad çaxmaqdan və qovdan istifadə edilirdi. Çaxmaqdaşı Naxçıvanın müəyyən yerlərində təbii şəkildə geniş yayılıb. Çaxmaq isə təxminən 7-8 santimetr uzunluğunda, 4-5 santimetr enində, 0,5 santimetr qalınlığında poladdan hazırlanırdı. Çaxmağı çaxmaqdaşına vuranda  qığılcım alınırdı. Bu zaman çaxmaqdaşının üzərinə qoyulmuş qov od alır. Sonradan onu üfləyərək odu qızışdırırdılar. Burada əsas məsələlərdən biri qovun hazırlanması idi. Qov (pambıq) müxtəlif üsullarla hazırlanardı. Tut ağacının budaqlarını yaralayaraq pambığı axan şirədə isladırdılar, sonra isə qurudaraq qov kimi istifadə edirdilər. Qoyunun üz və boyun hissəsini su ilə isladıb sürtdükdə sabun kimi köpüklənir. Pambığı bu köpükdə isladaraq qurudur və  qov hazırlayırdılar. 

Milaxın hazırlanması: Əvvəllər qış üçün müxtəlif meyvələri qurudaraq çərəz hazırlayardılar. Üzümün qurudulmuşundan əlavə, qışa üzüm saxlamaq üçün milaxlardan istifadə edilirdi. Milax hazırlamaq üçün əsasən “at pıtrağı” (el arasında buna “qaraxot” da deyirlər) bitkisindən istifadə edirdilər. Şaxəli qolları olan bu bitki 1-2 metr boyunda qalxır. Quruduqdan sonra yüngül olmasına baxmayaraq, bitkinin budaqları 3-4 kiloqram yükü saxlaya bilir. Qolları 40-50 santimetr uzunluqda kəsilir, orta özəyin üst hissəsinə asmaq üçün ip bağlanır. Üzümün salxımları budaqlara düzülür. Hər milaxa 10-15 kiloqram üzüm asılırdı.

Daraq: Alt oturacağın üstündə üçbucaq şəkilli vurulan iki taxtadır. Üçbucağın üst hissəsində iki cərgə ucu iti polad məftildən ibarətdir. Yunu daramaq üçün istifadə edilirdi.

Teşi: İnsanlar çox qədim zamanlardan yun əyirib, əyrilmiş ipdən müxtəlif geyimlər toxuyublar.İp əyirmək üçün ilk primitiv alət olan teşi günümüzə qədər gəlib çatıb. Arxeoloji tədqiqatlar Eneolit dövrünə aid “Zirincli”  abidəsində keramikadan bişirilmiş teşi, “Bəydilli sarıları”nda (Dəmir dövrü) daşdan düzəldilən, Sirab kəndindəki (Tunc dövrü) “Qızıl qaya” yaşayış yerində isə inəyin çanaq sümüyündəki yumrudan düzəldilmiş sümük teşi aşkarlanıbmışdır. Sonralar isə ip daha səmərəli üsulla – cəhrə ilə əyrilməyə başlandı.

İy: 50-60 santimetr uzunluqda polad məftildən düzəldilərdi. İyin arxa hissəsində yerində durmaq üçün kəsim edilərdi.

Tağalaq: İyin üzərinə tağalaq salınar, cəhrəyə tərəf sıxışdırılardı. Tağalaq ipi bir yerə toplardı və düyçələr tağalaq tərəfi oturaq olmaqla konusa oxşayardı. Əyrilmiş düyçələri açıb kələfləyər, boyadıqdan sonra kələfləri açıb düyçə edərdilər.

Kirgit: Xalça-palaz toxumaq üçün lazım olan bu alətlə toxunan ilmələri və ya arğacı bərkidib yerinə oturdurdular. Qədimdə əsasən, sümükdən, daha doğrusu, keçi buynuzundan ikidişli kirgitlər hazırlanardı. Son dövrlər çoxdişli dəmir kirgitlərdən də istifadə olunur.

Həvə: (Həvəng-dəstə) Kirgitə nisbətən çox və qısadişli, ağır toxuculuq alətidir. İlmə və arğacları döyüb bərkitmək üçündür.

Qılınc: Yer hanasında arqacları döyüb bərkidir. Bir metrə yaxın, 10-20 santimetr enində, bir tərəfi nisbətən iti, ağır taxtadır. Toxucu hananın üstündə aşırma formasında oturur və toxuduğunu qılıncla döyüb bərkidirdi.

Vəl (gəm): Əllə biçilən və ya yolunan taxılı gəm ilə döyərdilər. Gəm ağır ağacdan (əsasən, qaraağac) yonulmuş, təxminən 1.5 metr uzunluqda iki ədəd taxtadan ibarətdir. Gəmin ayaqqabı kimi sağ və sol tayı olurdu. Yonan zaman burun hissə nisbətən yuxarı qalxır, üst hissədə isə zəncir bağlamaq üçün deşik yonulurdu. Gəmin alt hissəsində deşiklər açılır, deşiklərə daş və ya dəmir çalınardı. 

Sesi: Kəsici alətdir. Nə qədər ağır zəhmət, çox vaxt tələb etsə də, taxta əldə etmək üçün ya balta, ya da kərki ilə ağacın hər iki üzü yonulur, bir ağacdan bir taxta alınırdı. İkinci üsul isə “sesi”  adlanan xüsusi mişarla kəsmək idi. Sesi ilə ağacı uzununa kəsmək isə çox ağır iş idi.

Öküz kotanı: Əkinçiliyə başlayan ibtidai insanları bir sual düşündürürdü: yeri necə şumlamalı? Hər kəsin bildiyi kimi, toxa əkinçiliyindən sonra “xış” ixtira olundu. Xışdan son dövrlərə – XX əsrin ortalarına kimi istifadə olunurdu.  Xışı sonralar daha təkmil dəmir kotanlar əvəz etdi. Xışdan fərqli olaraq kotanın iki təkəri var idi. Digərinə nisbətən iri təkər əvvəlki şumun izi ilə, kiçik təkər isə şumlanmayan sahə ilə gedir, tarazlıq alınırdı. Şum ilə gedən təkər həm də  kotanın kənara çıxmasına imkan vermirdi. Arada şumlanmayan hissə qalmırdı. Hər kotana iki öküz qoşulurdu. Kotanın “mac”ını (dəstəyini) tutana “macğal”, “garvan”, öküzlərin başını çəkənə  isə “hodaq” (xödək) deyirdilər.

Müasir dövrdə bu alətlərin yerinə yetirdiyi funksiyalar bir çoxumuz, xüsusən, gənclər və yeniyetmələr üçün primitiv görünə bilər. Amma bu bir faktdır ki, tarixin yadigarı olan qədim məişət əşyalarından ata-babalarımız istər təsərrüfatda, istərsə də məişətdə geniş istifadə ediblər. Bu gün həmin əşyaların böyük əksəriyyəti tarixin saxlanc yeri olan muzeylərimizdə qorunur, hifz olunur. Fikrimizcə, bu nümunələrin toplanıb muzeylərə verilməsində hər birimiz fəallıq göstərməliyik. Bu gün evlərimizdə istifadə olunmayan hansısa dəmir parçası muzeydə qiymətli eksponat kimi nümayiş oluna, gələn qonaqların, şagirdlərin, gənclərin marağına səbəb ola bilər.

Zaleh Novruzov 
“Şərqin səhəri” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

26-01-2020-18-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanı...

Yeməklərimiz və adətlərimiz: Şilə

26-01-2020-18-11 Xəbərlər

Yeməklərimiz və adətlərimiz: Şilə

- Zəhra xala, ay Zəhra xala!

Qədim yurd yerlərimiz: Yaycı

26-01-2020-12-59 Xəbərlər

Qədim yurd yerlərimiz: Yaycı

Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim y...

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

26-01-2020-10-01 Xəbərlər

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi da...

“Soya südü”-nün əhəmiyyəti

26-01-2020-09-00 Xəbərlər

“Soya südü”-nün əhəmiyyəti

Naxçıvan Muxtar Respublikasının iqlimi və torpaqları soya bitkisinin inkişafı üç...

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

25-01-2020-22-01 Xəbərlər

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

25-01-2020-18-53 Xəbərlər

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr...

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

25-01-2020-17-21 Xəbərlər

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

Culfa şəhərində fəaliyyət göstərən "Təbiət" göbələk  istehsalı müəssisəsi muxtar...

Naxçıvanda sabaha olan hava proqnozu

25-01-2020-13-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanı...

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

24-01-2020-17-09 Xəbərlər

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

24-01-2020-14-59 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

24-01-2020-13-32 Xəbərlər

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

Təbiəti qoruyaq

24-01-2020-12-48 Xəbərlər

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti ...

Elektron qaimə-fakturalarla bağlı yenilik

24-01-2020-12-07 Xəbərlər

Elektron qaimə-fakturalarla bağlı yenilik

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

24-01-2020-11-06 Xəbərlər

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan ses...

Naxçıvanda sabaha olan hava proqnozu

24-01-2020-10-45 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

24-01-2020-10-24 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

23-01-2020-11-13 Xəbərlər

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir ...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

23-01-2020-10-08 Xəbərlər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların ta...

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-09-00 Xəbərlər

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 201...

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...