Azərbaycan mədəniyyətində hər bir sahənin özünəməxsus təbiiliyi, fərqliliyi və gözəlliyi var.

Bütün sahələrdə olduğu kimi Azərbaycan kino sənəti də onun mədəniyyətində xüsusi yer tutur. Çünki, Azərbaycan kinosu yarandığı gündən xalqın milli şüurunun formalaşmasında, hazırki gənc nəslin maariflənməsində və tərbiyəsində vacib rol oynayır. Sadəcə ötən əsrə nəzər salsaq görərik ki, Azərbaycan kinoları təkcə Qafqaza, Şərqə deyil, bütün dünyaya səs salıb. Sovet dönəmi olmasına baxmayaraq, həmin dövrdə çəkilən filmlərimiz və bu filmlərdə rol alan dəyərli aktyor və aktrisalarımız çəkilən filmlərdə bütün milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi elə gözəl təbliğ edir-canlandırırdılar ki, filmlərin üzərindən uzun illər keçməsinə baxmayaraq, onlar hələ də baxımlı və sevimli olaraq qalmaqdadırlar. 

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “Şəhər bağında xalq gəzintisi” bir bədii kinosüjetdən ibarət idi. Nəhayət, 20-ci əsrin əvvəllərində isə ilk Azərbaycan bədii filminin çəkilişlərinə başlanılıb.

Azərbaycanın məşhur teatr aktyoru, kino redaktoru, Azərbaycan SSR Əməkdar və  xalq artisti, ilk kino rejissorumuz Abbas Mirzə Şərifzadənin də dediyi kimi: “Kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir sözlə, özgə aləmdi”. Elə Azərbaycan kinosu, görkəmli mədəniyyət xadimi A. Şərifzadənin qeyd etdiyi cümlədə göstərilən bütün nüansların hamısını özündə əhatə edirdi. Çünki həmin dövr Azərbaycan kinolarının bir qismi istər musiqi, istərsə də ədəbiyyatla sıx əlaqəli idi. Buna bir çox filmlərimizi misal çəkmək olar.

Hamıya məlumdur ki, ölkəmiz şərqdə, ümumiyyətlə dünya miqyasında hər sahədə olduğu kimi mədəniyyətin bir çox sahələrində də ilklərə öz imzasını atıb. Müsəlman Şərqində ilk opera yazan bəstəkar da bildiyimiz kimi “Leyli və Məcnun” operası ilə dahi Üzeyir Hacıbəyovdur. Elə Naxçıvan torpağının yetirdiyi görkəmli sənətkarlardan olan, rejissor Rza Təhmasib Ü. Hacıbəyovun eyniadlı operettası əsasında “Arşın mal alan” filmini çəkib. Film kinostudiyanın 1941-ci il planına salınsa da, İkinci Dünya müharibəsinin başlanması ilə çəkilişi təxirə salınıb. Musiqili-komediya janrında olan bu filmin istehsalına ancaq 1945-ci ildə nail olunur və film ekranlaşdırıldığı vaxtdan  bu günə qədər həm ölkədə, həm də xaricdə ən çox baxılan Azərbaycan filmi olmaqla yanaşı, məşhur kino mütəxəssislərin rəyi ilə "Qızıl Siyahı"ya daxil edilib. Eyni zamanda film Sovet dövründə 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub. “Arşın mal alan” filminin çəkilişindən sonra Azərbaycan kinosunda musiqili ekran janrına meyl artmış və daha sonralar bu janrda “Qayınana”, “O olmasın bu olsun” və s. kimi unudulmaz ekran işləri məharətlə işlənərək  hazırlanıb.

Bundan başqa, həmin illərdə “Bəxtiyar”, “Səbuhi”, “Bakı döyüşür”, “Bakı neftçiləri” və s.  bunun kimi 60-a yaxın bir çox bədii və sənədli filmlər ekranlaşdırılıb. Göründüyü kimi İkinci Dünya  müharibəsi illərinin çətinliyinə və ağırlığına baxmayaraq Azərbaycan kinosu yenə də öz işini davam etdirib və bir-birindən gözəl filmləri ərsəyə gətirib.

Uzunömürlü və dünyaşöhrətli kino sənətimizdə Azərbaycanın ayrılmaz-tərkib hissəsi olan Naxçıvanın da böyük rolu olub. Hürufiliyin bütün şərqə səs salan təbliğatçılarından biri, bu  ideyaların yayılmasında əvəzsiz rolu olan, Azərbaycan xalqının görkəmli şair və filosofu Nəsiminin 600 illik yubileyi ilə əlaqədar olaraq çəkilmiş “Nəsimi”, eyni zamanda Xürrəmilər hərəkatının görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş böyük sərkərdə Babəkin  həyatı və apardığı azadlıq mübarizəsinə həsr olunmuş “Babək”, uşaqlar üçün xalq nağılının mptivləri əsasında çəkilən “Əzablı yollarla”, “Doğma sahillər”, “Gümüş gölün əfsanəsi” filmlərinin bir çox hissələrinin çəkilişləri Naxçıvanın müxtəlif yerlərində aparılıb.

Qısacası, bu torpaqlardan tüğyan edən, şərqə və dünyaya səs salan və xalqın şüurunun inkişaf etməsinə, haqq və ədalətin bərqərar olmasına, cəmiyyət arasındakı münasibətlərin daha da gözəlləşməsinə səsləyən Nəsimi qəzəllərinin səsləndirildiyi, Babəkin qılınclanaraq azadlıq şüarları altında igidliklə xalqının müdafiəsinə qalxdığı  unudulmaz səhnələr gerçəkdə də Naxçıvan torpağında yaşandığı kimi bu torpaqlarda da ekranlaşdırılıb.

Bu gün Azərbaycan mədəniyyətinə göstərilən diqqət və qayğı onu təcəssüm etdirir ki, ölkə mədəniyyətinin digər sahələri kimi Azərbaycan kinosu da yalnız tarixdə qalmayacaq, unudulmayacaq və günü-gündən daha da inkişaf edəcək.  Çünki zamanında bu qədər gözəl ekran işlərini yaradan bir xalq, bu gün həmin kinolar kimisini, hətta, bundan da gözəlini böyük ustalıqla ərsəyə gətirə bilər. Çünki bizim kino tariximizdə Rza Təhmasib, Eldar Quliyev, Tofiq Tağızadə kimi unudulmaz kinorejissorlarımız, Nəsibə Zeynalova, Həsənağa Turabov, Rasim Balayev,  Leyla Şıxlinskaya, Leyla Bədirbəyli, Naxçıvan teatrının yetirməsi olan və filmlərdə müxtəlif xarakterli rollar oynayan  Əli Xəlilov, Rza Xudiyev, Rövşən Hüseynov və adını sadalamadığım saysız-hesabsız, dəyərli sənətkarlarımız olub və yenə olacaq!

İncəsənət, yüksək mədəniyyət biz bir millət kimi var olandan bəri qanımızda, genimizdə var və biz gənclərin üzərinə isə sadəcə bunu təbliğ edib, dəyərini bilmək vəzifəsi düşür.

         

Abdulla Kərim

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

16-08-2019-14-36 Xəbərlər

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

16-08-2019-11-23 Xəbərlər

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında mux...

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

16-08-2019-09-41 Xəbərlər

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən  k...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-08-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin avqust ayının ilk...

Naxçıvanda sabaha olan hava proqnozu

14-08-2019-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

14-08-2019-14-59 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

Təbii yollarla insanların müalicə aldığı Duzdağ Fizioterapiya Mərkəzinə yay günl...

Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanlarına start verilib

14-08-2019-12-51 Xəbərlər

Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanlarına start verilib

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali ...

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib

13-08-2019-21-49 Xəbərlər

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir

13-08-2019-21-10 Xəbərlər

Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada əhalinin, xüsuilə də gənc ailələrin...

Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib

13-08-2019-20-09 Xəbərlər

Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Şərur şaftalısına yerli bazarla yanaşı xarici bazarlarda da tələbat var

13-08-2019-19-40 Xəbərlər

Şərur şaftalısına yerli bazarla yanaşı xarici bazarlarda da tələbat var

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda şaftalı bağlarında yığım davam edir.

ƏÜO-da tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirildi

13-08-2019-19-13 Xəbərlər

ƏÜO-da tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirildi

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bayram günlərində “Naxçıvan Dəmir Yolları” MMC gücləndirilmiş iş rejimində çalışıb

13-08-2019-17-34 Xəbərlər

Bayram günlərində “Naxçıvan Dəmir Yolları” MMC gücləndirilmiş iş rejimində çalışıb

NUHÇIXAN xəbər verir ki, Qurban bayramı ilə əlaqədar əhalinin vaxtlı-vaxtında mə...

Kollektivlər muzeyləri gəziblər

12-08-2019-18-02 Xəbərlər

Kollektivlər muzeyləri gəziblər

NUHÇIXAN xəbər verir ki, Muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hak...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

12-08-2019-16-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İ...

“Saat Meydanı”nda növbəti konsert olub - VİDEO

12-08-2019-15-14 Xəbərlər

“Saat Meydanı”nda növbəti konsert olub - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində  şəhərimizn sa...

Naxçıvanda Qurban bayramı qeyd edilib

12-08-2019-14-31 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda sabaha olan hava proqnozu

12-08-2019-13-57 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 13-nə gözlənilən hava proqnozu açıqla...

Qurbanın qoyun olsun...

12-08-2019-11-25 Xəbərlər

Qurbanın qoyun olsun...

Əgər birinin müşkül işinin həll olunmasında, çətinliyinin asanlığa qovuşmasında ...

Torpaqların su təminatı yaxşılaşdırılır

11-08-2019-16-58 Xəbərlər

Torpaqların su təminatı yaxşılaşdırılır

Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən d...

Azərbaycan kinosu və Naxçıvan

11-08-2019-14-59 Xəbərlər

Azərbaycan kinosu və Naxçıvan

Azərbaycan mədəniyyətində hər bir sahənin özünəməxsus təbiiliyi, fərqliliyi və g...

Yol təmiri və tikintisi diqqət mərkəzindədir

11-08-2019-14-00 Xəbərlər

Yol təmiri və tikintisi diqqət mərkəzindədir

Şərur Rayon Yol Təmir-Tikinti İdarəsi 33 kilometr respublika əhəmiyyətli, 362 ki...

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub

11-08-2019-13-01 Xəbərlər

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti red...

Şərur rayonunda sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib

11-08-2019-11-26 Xəbərlər

Şərur rayonunda sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli s...

Lizinqə verilən müasir texnikalar işin səmərə və keyfiyyətini artırır

11-08-2019-10-29 Xəbərlər

Lizinqə verilən müasir texnikalar işin səmərə və keyfiyyətini artırır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə...

Didivar kəndində yerləşən sahələrdə üzüm yığımına başlanıb

11-08-2019-09-30 Xəbərlər

Didivar kəndində yerləşən sahələrdə üzüm yığımına başlanıb

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Didivar kəndində Sahibkar Hüseynqulu Bə...

Naxçıvanda Qurban bayramı ərəfəsində növbəti yarmarka keçirilib

10-08-2019-22-59 Xəbərlər

Naxçıvanda Qurban bayramı ərəfəsində növbəti yarmarka keçirilib

Müqəddəs Qurban bayramı ərəfəsində muxtar respublikamızın bazar və yarmarkaların...

Daxili Qoşunların gənc əsgərli hərbi andı qəbul etdi

10-08-2019-19-54 Xəbərlər

Daxili Qoşunların gənc əsgərli hərbi andı qəbul etdi

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqada...

Gənc sərhədçilər hərbi andı qəbul ediblər

10-08-2019-18-45 Xəbərlər

Gənc sərhədçilər hərbi andı qəbul ediblər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da  gənc əsgər...

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib

10-08-2019-17-52 Xəbərlər

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...