Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilir.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat Nazirliklərinin və Şərur Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Şərur rayonunda baş tutub. Şərur, Kəngərli və Sədərək rayonunda fəaliyyət göstərən işəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə hər iki nazirliyin əməkdaşları və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nümayəndələri iştirak ediblər.

Görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın   icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən   məşğulluq  siyasətinin  səmərəliyinin artırılması, işəgötürənlərin əsas maraqlarının habelə,  əmək bazarının   prioritet sahələri  və ayrı-ayrı regionlar  üzrə aspektlərinin öyrənilməsi müzakirə edilib. Həmçinin peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə,  işəgötürənlərə müvafiq   kadrların hazırlanmasında  köməkliyin göstərilməsi,  onlardan zəruri rəy və təkliflərin alınması, hərbi xidmətdən yeni tərxis olunan və sosial qayğıya ehtiyacı olanların əmək bazarına çıxış imkanlarının artırılması, həmçinin işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqələrin təşkili ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

www.naxcivantv.az