- Ətraflı
- Bölüm: Xəbərlər
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsulu Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təqdim olunub.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub. Hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilib, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb. Ordu quruculuğu sahəsində görülən tədbirlər içərisində şəxsi heyətin sağlam qidalanması xüsusi yer tutur. Hərbi hissələrdə ərzaq təminatı yüksək səviyyədə həyata keçirilir. Bununla yanaşı, muxtar respublikada xalq-ordu birliyinin daha bir ifadəsi kimi əhali və ayrı-ayrı təşkilatlar tərəfindən yetişdirilən məhsullar hərbi hissələrə təhvil verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından 10 tona yaxın bostan-tərəvəz məhsullarının hərbi hissə və birləşmələrə təqdim olunması da bu tədbirlərin davamıdır.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış ediblər. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada ordu quruculuğu sahəsində kompleks tədbirlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, döyüş hazırlığı artırılır, şəxsi heyətin yaşayış şəraiti yaxşılaşdırılır. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri hərbi hissələri də əhatə edib. Hərbi hissələrə sovqatların verilməsi isə şəxsi heyət tərəfindən yüksək qarşılanır. Kərəm Mustafayev və Şamı Abdullayev göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Sonra bostan-tərəvəz məhsulları hərbi hissələrə təhvil verilib.
Bölmənin digər xəbərləri
Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək - SƏRƏNCAM
09-12-2019-16-28 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Na...
Sələsüzdə mərasim evi istifadəyə verildi
09-12-2019-15-44 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Sələsüz kəndində yeni mərasim evi isti...
Proqnoz tapşırığa 115,7 faiz əməl olunub
09-12-2019-15-24 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...
Naxçıvanda sabaha olan hava proqnozu
09-12-2019-14-21 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...
Daimi nümayəndəliyin rəhbəri Tofiq Bakıxanovun müəllif gecəsində iştirak edib
09-12-2019-10-50 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
Ağbulaq kəndi bir ailənin təəssüratlarında
08-12-2019-18-55 Xəbərlər

Ağbulaq bütün fəsillərdə ayrı-ayrı gözəlliyə qərq olur.
Naxçıvanda sabaha olan hava proqnozu
08-12-2019-15-29 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb...
Qədim türk rəsm sənəti-Ebru
08-12-2019-14-40 Xəbərlər

Yadımdadır... Babamın bir dostu var idi. Uşaq olduğum üçün hətta adını da unutmu...
Çubuqdan hazırlanan məişət əşyaları
08-12-2019-12-15 Xəbərlər

Yarandığı gündən insanlar öz yaşayışını təmin etmək üçün sadədən mürəkkəbə doğru...
Culfada yeni qurulucuq ünvanları
08-12-2019-11-33 Xəbərlər

Muxtar respublikamızda həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri Culfa...
Palçığa batan gödəkçə
08-12-2019-11-02 Xəbərlər

İl 1998. Yenə fəsillərdən qışdı. Şaxtalı bir dekabr səhəri, anam məni oyadır ki,...
Payızın son büsatı
08-12-2019-10-31 Xəbərlər

Yayda coşub çağlayan ana təbiət yaşıl örpəyini üstündən atıb.
Dağ kəndlərimiz ağ örpəyə büründü
08-12-2019-09-29 Xəbərlər

Bir neçə gündür Culfa rayonunun dağ kəndlərinə qar yağıb.
Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib
06-12-2019-19-53 Xəbərlər

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümay...
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06-12-2019-19-22 Rəsmi

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tü...
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO
06-12-2019-18-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza T...
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06-12-2019-18-30 Rəsmi

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin m...
Qış mövsümündə ehtiyatlı olaq
06-12-2019-18-17 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...
Özgüvənin həyatımızdakı rolu müzakirə olunub
06-12-2019-17-53 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində gənclərə “Fərdi inkişaf təli...
Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib
06-12-2019-16-06 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...
Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub
06-12-2019-14-42 Xəbərlər

2019-cu ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 ...
Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub
06-12-2019-14-00 Xəbərlər

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lid...
Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər
06-12-2019-13-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və...
Yüksəkixtisaslı kadrlar hazırlanır
06-12-2019-12-49 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...
Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir
06-12-2019-12-28 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) H...
Ötən günün mənzərəsi - VİDEO
06-12-2019-11-23 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib
06-12-2019-11-02 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO
05-12-2019-21-20 Xəbərlər

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub
05-12-2019-19-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
05-12-2019-17-54 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...