Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan teleradiosunda  nitq mədəniyyətinin inkişafı üzrə növbəti təkmilləşdirmə kursları başlayıb.

Naxçıvan teleradiosunda kadr hazırlığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi olan kursu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Məmməd Səfa aparır.  Avqust ayının 2-dən start verilən kursda televiziya və radionun redaktor, müxbir və aparıcı heyəti iştirak edir. Kurs müddətində iştirakçılar nitq mədəniyyətinin inkişafı məqsədilə müxtəlif mövzularda  nəzəri və praktiki biliklər əldə edirlər.

Qeyd edək ki, kurslar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  təşkilatçılığı ilə keçirilir.

 

Cavid Səfərli

www.naxcivantv.az