Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada dəmir yolu nəqliyyatı ilə iyul ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 42 min tondan artıq müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 12 mindən çox sərnişin daşınıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən NUHÇIXAN-a bildirilib ki, ötən ay vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülüb, Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda müxtəliftipli yük və sərnişin vaqonlarında cari təmir işləri aparılıb. Həmçinin baş və stansiya yollarında, eləcə də yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda, alçaq və yüksəkgərginlikli elektrikötürücü hava və təmas şəbəkəsi xətlərində təmir işləri aparılıb, dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilib.

www.naxcivantv.az