Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idmançı tatami üzərinə çıxıb.

Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 11 yetirməsi də mübarizə aparıb. İki gün davam edən turnirdə idmançılarımız kata və kumite yarışlarında müxtəlif əyarlı 8 medal qazanıblar.

Belə ki, 14-15 yaş qrupunda tatami üzərinə çıxan Vüsal Seyidov (57 kq) hər iki növdə qızıl medal qazanıb. 8-9 yaş qrupunda mübarizə aparan Rafiq Hüseynli isə iki çəki dərəcəsində (38 və +38 kq) bürünc medala sahib olub.

Turnirdə 18-34 yaş qrupunda naxçıvanlı idmançılar 3 bürünc medala layiq görülüblər. Belə ki, Sərcan Məmmədov (60 kq), Mirpaşa Kərimzadə (75 kq) və Aslan İsmayılov (84 kq) üçüncü yerlə kifayətləniblər.

Qızların yarışında 10-11 yaş qrupunda mübarizə aparan Nərgiz Həsənli (40 kq) də eyni uğuru təkrarlayıb və bürünc medal qazanıb.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

www.naxcivantv.az