Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurumun loqosunun hazırlanması üçün "Kreativ loqo" müsabiqəsi elan edir.

Müsabiqə aşağıdakı  şərtlərlə keçirilir:

- Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər.

- Loqo əvvəl heç yerdə yayımlanmamalıdır;

- Loqoda konsepsiyaya (futbola) uyğun olan məzmun əks etdirilməlidir.

Qeyd: Müəlliflər loqoları "JPEG" və ya "PNG" formasında nazirliyin rəsmi facebook səhifəsinə göndərməlidirlər.  Loqo nümunələri iyulun  25-dək təqdim edilməli, üzərində ad və soyad qeyd edilməldir.

Qalib Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası tərəfindən mükafatlandırılacaqdır.

www.naxcivantv.az