Naxçıvan Muxtar Respublikasının turizm potensialı təkcə Avropa ölkələrini deyil, Uzaq Şərqdə yaşayan insanları da özünə cəlb edir.

Belə ki, “Gündoğar ölkə” kimi tanıdığımız Yaponiyada son vaxtlar Azərbaycanın qədim və zəngin bir hissəsi olan Naxçıvana maraq artıb. Təbii ki, bu, görülən nəhəng işlərin, yaradılan müasir infrastrukturun, tarixi abidələrin bərpa və təmir edilməsinin, muxtar respublikadakı dinamik inkişafın və ən əsası ictimai-siyasi sabitliyin və aparılan ardıcıl, məqsədyönlü təbliğat işinin nəticəsidir.

Bununla bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Yaponiyadakı xüsusi müxbiri və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, tanınmış jurnalist Vüqar Ağayevlə həmsöhbət olduq. Vüqar Ağayevin NUHÇIXAN-a verdiyi müsahibəsini təqdim edirik.

-Vüqar müəllim, xoş gördük sizi. Birbaşa bizi maraqlandıran sualdan başlayaq. Azərbaycanla Yaponiyanın arasında bugünkü əlaqələr necədir və ölkəmizin bu “Gündoğar ölkə”də təşviqi üçün hansı işlər görülür?

- Xoş gördük. Qeyd etməliyəm ki, Yaponiya ilə Azərbaycan arasında əlaqələrin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1990-cı ilin ortalarında Azərbaycan neft layihələri ilə bağlı beynəlxalq aləmə çıxarkən Ulu Öndər Yaponiya şirkətlərinin də bu layihələrdə iştirak etməsinin məqsədəuyğun olduğunu bildirib. Yaponiya tərəfi də bu təklifə müsbət cavab verib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndə yapon şirkətləri iştirak etməsə də, sonradan bu ölkənin şirkətləri həmin layihələrə qoşulub və hazırda onlar Azəri-Çıraq- Günəşli yataqlarında, bizim Cənub Qaz Dəhlizi ilə bağlı layihələrdə paya malikdirlər. Bundan başqa onlar Şəmkirdə tikilən Elektrik Stansiyasının tikintisində də yaxından iştirak edirlər. Yaponiya şirkətləri ilə bərabər bu ölkənin ictiamiyyətinin də Azərbaycana çox böyük marağı var. Bunun da əsasında son illər ölkəmizdə aparılan nəhəng quruculuq və abadlıq işləri, böyük beynəlxalq iqtisadi layihələr, musiqi, idman yarışları, qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi forumlar dayanır. Bizim xüsusilə idmançılarımızın olimpiadalarda, digər beynəlxalq yarışlarda yapon idmançılarla qarşılaşmaları Azərbaycana daha böyük maraq yaradır. Mənim Azərbaycandan olduğumu biləndə yaponlar yaxınlaşıb mənə deyirlər ki, sizdə idman çox yüksək səviyyədədir. Çünki müxtəlif idman növlərində yaponlarla azərbaycanlı idmançıların qarşılaşması onlarda böyük təəccüb və ölkəmizə maraq doğurur. Bundan əlavə, bizim idmançılarımızın Yaponiyaya səfərləri zamanı da yaponlar onların çıxışını böyük diqqətlə izləyirlər. Onlar bizim idmançılara potensial rəqib kimi baxırlar. Onu da qeyd edim ki, Yaponiya SSRİ dağılandan sonra postsovet ölkələrinə yardımlar edib. O zaman Azərbaycana da rəsmi dövlət yardımları göstərilib. Müstəqilliyin bərpasının ilk illərində Yaponiya Azərbaycanın inkişafına böyük dəstək verib. Sözsüz ki, bunun əsasında ümummilli lider Heydər Əliyevin 1998-ci ildə bu “Gündoğar ölkəyə” səfəri, Yaponiya ilə Azərbaycan arasında imzalanan sənədlər dayanır. Bundan sonra 2005-ci ildə Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfəri iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırıb. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb. Yaponiya tərəfdən isə ən yüksək səviyyədə Baş nazirin müavini, maliyyə naziri Taro Aso Azərbaycanda səfərdə olub. Keçən il Yaponiyanın xarici işlər naziri Taro Kano 19 illik fasilədən sonra Azərbaycana səfər edib. Bütün bunlar son illər Yaponiyada Azərbaycana böyük marağın olduğunu təsdiq edir. Həmçinin yaponlar Azərbaycanda gedən inkişaf, sürətli tərəqqi ilə bağlı kifayət qədər məlumatlıdırlar. Bizim də əsas işimizYaponiya cəmiyyətində Azərbaycanın bu uğurlarına maraq yaratmaq, həyata keçirilən birgə layihələr haqqında Azərbaycan oxucuları ilə yanaşı, həm də yaponları məlumatlandırmaqdır. Buna görə də, işimizi Yaponiyanın Azərbaycanda tanıdılması ilə yanaşı, həm də ölkəmizin Yaponiyada təbliği istiqamətində qurmağa çalışırıq.

-Bəs bu təbliğat işləri necə həyata keçirilir? Bu yaxınlarda ölkə mətbuatında  Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümləri, Nəsimi və Cəlil Məmmədquluzadə ilə bağlı Yaponiyanın KİV-lərində xüsusi verilişlərin təşkili barədə məlumatlar yayılmışdı. HəmçininYaponiya və Azərbaycan arasında tibbi turizmin təşkili ilə bağlı sizin iştirakınızla seminarın təşkili barədə də məlumat yer almışdı.

- Düzünü deyim ki, Yaponiyada azərbaycanlılar sayca o qədər də çox deyil. Əsasən Kansay regionunda –Osaka və Kioto şəhərlərində həmyerlilərimiz daha çoxdur. Həmin regionda təqribən 70-ə yaxın həmyerlimiz yaşayır, oxuyur, müxtəlif şirkətlərdə çalışır. Eyni zamanda, paytaxt Tokioda 50-yə yaxın soydaşımız var. Onların sıralarında bu ölkədə təhsil aldıqdan sonra orada qalanlar, Türkiyədə yapon dilini öyrənib sonra gəlib yerli şirkətlərdə çalışanlar var. Bildiyiniz kimi, Azərbaycanda Yaponiyaya çox böyük maraq var. Hazırda Dillər Universitetində və Bakı Dövlət Universitetində yaponiyaşünaslıq fakültələri fəaliyyət göstərir. Bizim gənclər həmin fakültələrdə “Gündoğar ölkəni” öyrənirlər. Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkəyə gələn gənclərimiz söz yox ki, burada həm də ölkəmizi təşviq edirlər. Hazırda Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil bəy Kələntərin rəhbəriyi ilə diaspor təşkilatımız çox uğurlu fəaliyyət göstərir. Xəlil bəy Kələntər 40 ilə yaxındır Yaponiyada yaşayır. İki universitetdə doktorluq dissertasiyası müdafiə edib, yalnız Yaponiyada deyil, digər inkişaf etmiş ölkələrdə də tanınan alimdir. 2016-cı ildə bizim təşəbbüsümüz və Yaponiyadakı azərbaycanlıların dəstəyi ilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi təsis edildi. Hazırda həmin təşkilat Yaponiya hökuməti tərəfindən dövlət qeydiyyatına alınan yeganə diaspor təşkilatıdır. Xəlil bəy həmin təşkilatın sədri olaraq Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib. O, həm də qurultay zamanı yaradılan və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Biz həmin təşkilatın xətti ilə də Azərbaycanın təşviqini davam etdiririk.

- Vüqar müəllim, bir az da Naxçıvandan danışaq. Bu il muxtar respublikanın yaradılmasının 95 illiyidir. Bununla bağlı Yaponiyada hansı tədbirlər keçirilib?

-Bir naxçıvanlı kimi mən çalışıram ki, Naxçıvan mövzusu Yaponiyada geniş tanınsın. Bunun birinci səbəbi həm qədimliyi, həm də müasir inkişafı ilə tanınan Naxçıvanın təbliğidirsə, ikinci səbəbi ermənilərin qədim Azərbaycan torpağına olan iddialarıdır. Bildiyimiz kimi, Dağlıq Qarabağı işğal edən Ermənistanın təbliğat maşını indi dünyada Naxçıvanın guya onlara məxsus olması ilə bağlı iş aparır. Buna qarşı görülən işlərə baxmayaraq, həmin hallar davam edir. Bəzən özüm də şahidi oluram ki, başqa xalqların nümayəndələri bu təbliğata uyurlar. Ermənilərin ingilis, rus və başqa dillərdə sosial şəbəkələrdə, Vikipediya onlayn-ensiklopediyasında yerləşdirdikləri yalan informasiyalar bu fikirləri onlarda formalaşdırır. Bizim məqsədimiz bu yalanların qarşısını almaq, Naxçıvanı qədim və zəngin mədəniyyətə malik Azərbaycan torpağı kimi dünyaya tanıtmaqdır. Bu məqsədlə də mən həm AZƏRTAC-ınYaponiyadakı xüsusi müxbiri kimi, həm də Azərbaycan- Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru olaraq, bu ölkədəki dostlarımızın imkanlarından faydalanmağa, həmin mövzunun yapon ictimaiyyətinə çatdırılmasına çalışıram. Bunun üçün Yaponiyanın kütləvi-informasiya vasitələrində, türk xalqları və Azərbaycan barədə nəşr edilən kitablarda Naxçıvanla bağlı məlumatların geniş şəkildə əks olunmasını diqqət mərkəzində saxlayıram. Eyni zamanda, bu məqsədlə Naxçıvan ilə Yaponiyanın şəhərləri arasında qarşılıqlı faydaya əsaslanan qardaşlıq münasibətlərinin yaranması ilə bağlı layihələr irəli sürürük. Yapon dostlarla aparılan ardıcıl iş nəticəsində Okinava prefekturasının mərkəzi Miyakocima şəhəri ilə Naxçıvan şəhəri arasında qardaşlaşma müqaviləsinin imzalanması istiqamətində artıq müəyyən irəliləyişə nail olunub. Muxtar respublika ilə qurulan bu qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Okinava prefekturasının parlamentinin sədri başda olmaqla 2016-cı ildə böyük bir qrup Naxçıvana səfər edib. Yaponların özünün də etiraf etdiyi kimi həmin səfər muxtar respublika rəhbərliyi tərəfindən çox yüksək səviyyədə təşkil edilmişdi. Yaponlar bu səfərdən çox xoş təəssüratlarla qayıtmışdılar. Yaponiyada bununla bağlı televiziyada xüsusi veriliş hazırlanmış, Myakocima prefekturasının qəzetində Naxçıvanla bağlı böyük bir yazı verilmişdi. Bir müddət sonra isə Miyakocima şəhərində həmin səfərlə bağlı xüsusi fotosərgi də təşkil olundu.

Qeyd etdiyim kimi, yaponlarda son vaxtlar Azərbaycana və onun ayrılmaz tarixi ərazisi olan Naxçıvana çox böyük maraq yaranıb. Söz yox ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü ilə bağlı tədbirlər bu mövzuya marağı daha da artırır. Naxçıvan Yaponiyada tarixən Azərbaycana məxsus və Azərbaycan türklərinin yaşadığı bir ərazi kimi tanınır və Naxçıvan reallıqları olduğu kimi qəbul edilir. Biz buna nail olmuşuq.

- Bəs Yaponiyada bizim məşhur şəxsiyyətlərdən kimi tanıyırlar?

-Yaponiyanın “Worldİnvesters TV“ televiziyasında Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı verilişi hazırlayarkən bir maraqlı faktla rastlaşdım. Bizim mərhum şair Nəbi Xəzri 1980-ci illərdə Yaponiyada olarkən Cəlil Məmmədquluzadənin nəvəsi Pəriruh xanımla görüşüb. Onların birgə şəkili sosial şəbəkələrdə yayılmışdı. Amma təəssüf ki, həmin xanımın hazırda harada olduğunu aydınlaşdıra bilməmişik. Bu işdə Azərbaycanın yaxın dostu, professor Akira Matsunaqada yardım etməyə söz verib. Yeri gəlmişkən qeyd edim ki, bu yapon alim türk xalqları ilə bağlı yazdığı kitablarda, məqalələrdə Azərbaycan mövzusuna, Azərbaycan tarixinin böyük şəxsiyyətlərinə xüsusi yer ayırır.

Təbii ki, yaponların tanıdığı ən məşhur azərbaycanlı ümummilli liderimiz Heydər Əliyevdir. Azərbaycan və Yaponiya arasında əlaqələrin yaradılmasının ilkin mərhələsində onun çoxlu yapon dostları olub. Müsahibə aldığım həmin şəxslərin əksəriyyətinin yaddaşlarında Heydər Əliyev fenomen bir insan kimi qalıb. Bunların arasında 10 il UNESCO-nun baş direktoru olmuş Kouşiro Maatsura, professor Akina Matsunaqa, Yaponiya baş nazirinin idman məsələləri üzrə müşaviri Takeo Hirata, NHK telekanalının baş beynəlxalq icmalçısı İçio İşikava və digərləri var. Yaponiya cəmiyyətində yüksək nüfuza malik olan bu şəxslərin hər birinin Ulu Öndərlə bağlı çox yüksək fikirləri var.

-Vüqar müəllim, bu yaxınlarda Yaponiyada Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzi ilə bağlı bir seminar keçirildi. Bu təbii sağlamlıq ocağı yapon ictimaiyyəti üçün nə dərəcədə maraqlıdır?

-Bu yeni bir layihədir. “Cross Border Club” (“Sərhədləri aşanlar”) təşkilatı ilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin birgə planı əsasında həyata keçiriləcək həmin layihə Azərbaycanla Yaponiya arasında tibb turizminin təşkilini nəzərdə tutur. Bilirisiniz ki, Yaponiyada səhiyyə çox yüksək səviyyədədir. Buradakı tibb müəssisələrində ən müasir avadanlıq tətbiq edilir. O da faktdır ki, dünyanın bütün tibb müəssisələrində, o cümlədən Azərbaycanda Yaponiyanın məşhur Sony, Hitachi, Toshiba şirkətlərinin istehsalı olan avadanlıqdan istifadə edilir.

Azərbaycanda mövcud olan təbii tibb müəssisələri - Naftalan, Duzdağ kimi müalicə ocaqları dünyanın demək olar ki, heç bir yerində yoxdur. Həmin tibb müəssisələrində olanlar buradakı fizioterapiyanın yüksək səmərəliliyini hər yerdə deyirlər. Biz seminarda Naftalan neftinin I Dünya müharibəsi zamanı hər bir yapon əsgərin tibbi çantasında mütləq şəkildə olduğunu deyəndə iştirakçılar bunu çox böyük maraqla qarşıladılar. Bu hələ 100 il əvvəl Yaponiyada Naftalan neftinin tanındığını birbaşa təsdiq edir.

Biz Duzdağ və onun müalicəvi əhəmiyyəti barədə də məlumat verdik. Bilirsiniz ki, Yaponiyanın çox rütubətli iqlimi var. Buna görə də, orada bronxial xəstəliklər, xüsusən kəskin astma geniş yayılıb. Biz deyəndə ki, Duzdağda məhz bu xəstəlik təbii yolla sağalır, onlar bu məlumata çox böyük maraqla yanaşdılar. Orada iştirak edən nümayəndələr isə tibbi turizmin təşkili ilə məşğul olan şirkətlərin nümayəndələri idi. Bu seminar Duzdağ ilə bağlı təşviqatın başlanmasına böyük təkan verdi.

- Bəs bununla bağlı Yaponiya KİV-lərində hansı təbliğatın aparılması nəzərdə tutulur?

- Bilirisiniz ki, bu gün Duzdağ Fizioterapiya Mərkəzi çox yüksək şəviyyədə təşkil olunub. Dövlətin və şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqəti və qayğısı ilə bu yer indi sözün əsl mənasında həm müalicəxana, həm də turizm mərkəzinə çevrilib. İnfrastruktur yüksək səviyyədə qurulub. Hər iş peşəkarlıqla görülüb və ən əsası xəstələrlə bərabər onların yaxınları, turistlər üçün 5 ulduzlu “Duzdağ” oteli inşa olunub. Bütün bunlar yalnız Yaponiyadan deyil, dünyanın istənilən ölkəsindən bura gələn qonaqları məmnun edir. Onlar bu cür şəraiti yüksək qiymətləndirirlər.

Təbliğat işlərinə gəlincə isə, bununla bağlı mən Naxçıvanda olarkən “Duzdağ” otelin rəhbərliyi ilə görüşdüm. Razılaşdıq ki, yaradılan şəraitlə bağlı hazırlanan videomaterialları mən özümlə Yaponiyaya aparım və orada sosial şəbəkələrdə, yerli televiziyada və digər KİV-lərdə təbliğat işini quraq. Bu materialların müxtəlif dillərdə hazırlanaraq geniş auditoriyaya çatdırılması barədə də razılığa gəldik.

- Yəqin ki, yapon turistləri bundan sonra Naxçıvanda daha tez-tez görərik.

- Mütləq. Elə Okinava ilə olan layihədə də əsas məqsəd yaponların reaksiyasını müşahidə etmək idi. Onlar artıq bu layihəyə yetərincə diqqət göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu ilin fevralında Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katorini qəbul edərkən bildirdi ki, biz Okinava prefekturası ilə layihələri davam etdirməkdə maraqlıyıq. Bu fikir yaponiyalı dostlarımızı yenidən hərəkətə gətirib. Düşünürəm ki, bu, Yaponiya ilə Naxçıvan arasında əlaqələrin qurulmasında çox müsbət nəticələrə gətirib çıxaracaq və hər iki tərəf üçün faydalı olacaq.

-Sizə bu işlərdə uğurlar arzulayırıq.

 

Səməd Canbaxşiyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Soyuducu anbarlara 4 min tondan çox meyvə-tərəvəz tədarük edilib

14-09-2019-15-45 Xəbərlər

Soyuducu anbarlara 4 min tondan çox meyvə-tərəvəz tədarük edilib

Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylar...

Ötən günün mənzərəsi - VİDEO

14-09-2019-12-07 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib - SƏRƏNCAM

14-09-2019-00-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 13-də...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib - FƏRMAN

14-09-2019-00-01 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 13-də...

Şahbuz rayonunda qışa hazırlıqla bağlı müşavirə keçirilib

13-09-2019-23-10 Xəbərlər

Şahbuz rayonunda qışa hazırlıqla bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qa...

“Şərq qapısı” qəzetinin yeni internet saytının təqdimatı olub

13-09-2019-22-57 Xəbərlər

“Şərq qapısı” qəzetinin yeni internet saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, sentyabrın 13-də “Şərq qapısı” qəzetinin yenilənmiş int...

9 şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

13-09-2019-21-57 Xəbərlər

9 şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin təşki...

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd olundu

13-09-2019-21-00 Xəbərlər

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd olundu

NUHÇIXAN xəbər verir ki, görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyas...

Naxçıvanın tarixi abidələri və təbiəti “Mənim yay tətilim” adlı sərgidə

13-09-2019-20-29 Xəbərlər

Naxçıvanın  tarixi abidələri və təbiəti “Mənim yay tətilim” adlı sərgidə

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasından 30 il ötür

13-09-2019-19-32 Xəbərlər

Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasından 30 il ötür

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30 illik...

Rusiyanın Surqut şəhərində yaşayan məktəbli Rauf Tahirli Ordubadın Ələhi kəndini təqdim edir - VİDEO

13-09-2019-18-39 Xəbərlər

Rusiyanın Surqut şəhərində yaşayan məktəbli Rauf Tahirli Ordubadın Ələhi kəndini təqdim edir - VİDEO

Naxçıvan televiziyasının əməkdaşları muxtar respublikanın daha bir dilbər guşəsi...

Komissiya ötən ay bir qərarı ləğv edib

13-09-2019-17-38 Xəbərlər

Komissiya ötən ay bir qərarı ləğv edib

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, ötən ay Naxçıvan Muxtar Respublik...

Naxçıvanda sabaha olan hava proqnozu

13-09-2019-16-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

13-09-2019-11-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib

13-09-2019-10-15 Xəbərlər

Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib

Kazanda Tatarıstan Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İnc...

Səfirlik: Hüseyn xan Naxçıvanskinin abidəsi 2020-ci ildə açılacaq

13-09-2019-09-00 Xəbərlər

Səfirlik: Hüseyn xan Naxçıvanskinin abidəsi 2020-ci ildə açılacaq

Son günlər sosial şəbəkələrdə ictimaiyyətin tanınmış azərbaycanlı, general-adyut...

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin internet saytı yenilənib

12-09-2019-16-28 Xəbərlər

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin internet saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Kom...

Anar İbrahimov CORLEAP-ın həmsədri seçildi

12-09-2019-16-07 Xəbərlər

Anar İbrahimov CORLEAP-ın həmsədri seçildi

NUHÇIXAN xəbər verir ki, sentyabrın 12-də Finlandiyanın Türkü şəhərində Şərq Tər...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

12-09-2019-15-25 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov...

Naxçıvanda sabaha olan hava proqnozu

12-09-2019-11-11 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

12-09-2019-10-50 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

I kurs qiyabiçi tələbələrin sessiyası başlayır

12-09-2019-10-31 Xəbərlər

I kurs qiyabiçi tələbələrin sessiyası başlayır

Naxçıvan Dövlət Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ildə ...

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

11-09-2019-19-27 Xəbərlər

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

NUHÇIXAN xəbər verir ki, sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Şəhərtipli müasir Badamlı qəsəbəsi

11-09-2019-19-25 Rəsmi

Şəhərtipli müasir Badamlı qəsəbəsi

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərə dərsliklər paylanılır

11-09-2019-19-01 Xəbərlər

Muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərə dərsliklər paylanılır

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci tədris ilinə hazırlıqla bağlı bu gündən mu...

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak ediblər

11-09-2019-17-01 Xəbərlər

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, avqustun 24-dən sentyabrın 1-dək Türkiyənin  Didim  şəh...

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələrinin muxtar respublikaya səfərləri başa çatıb - VİDEO

11-09-2019-16-19 Xəbərlər

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələrinin muxtar respublikaya səfərləri başa çatıb - VİDEO

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin İqtisadi Əməkdaşlıq Şö...

Kənd komandaları arasında keçirilən futbol üzrə birinciliklərinin qalibləri müəyyənləşib

11-09-2019-15-15 Xəbərlər

Kənd komandaları arasında keçirilən futbol üzrə birinciliklərinin qalibləri müəyyənləşib

Muxtar respublikada gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol...

Naxçıvanda sabaha olan hava proqnozu

11-09-2019-14-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqla...

Dağlara söykənən dağ vüqarlı, təbiət gözəli ŞAHBUZ

11-09-2019-14-18 Xəbərlər

Dağlara söykənən dağ vüqarlı, təbiət gözəli ŞAHBUZ

Şahbuz muxtar respublikamızın ən ucqar və dilbər bölgələrindəndir.