Şaftalı meyvəsi tez məhsula düşməsi, arasıkəsilmədən bol məhsul verməsi və başqa xüsusiyyətlərinə görə ən qiymətli bitkilərdən hesab edilir.

O əkildikdən sonra ikinci il məhsul verməyə başlayır.

Şaftalı ağacı yüksək məhsul verməsi ilə fərqlənir. V.F.Smirnovun 1968-ci ildə yazdığına görə Orta Asiya şəraitində hər 7-8 yaşlı şaftalı ağacından 150-200 kiloqram, bəzi ağaclardan isə hətta 300 kiloqram məhsul əldə olunur. Bu zaman hektara 400 ağac əkilsə oradan 800-1000 sentner məhsul götürmək olar.

Şaftalı meyvəsi başqa çəyirdəklilərə nisbətən iri olmaqla, gözəl dad keyfiyyətinə, yüksək dietik xüsusiyyətə və əla rənglərə malikdir.

Meyvələrinin 1 ədədinin çəkisi əsasən 43 qramdan 250 qrama qədər olur. Ordubad rayonunda şaftalının yerli  salamı  sortunun meyvələrinin çəkisi isə orta hesabla 400-450 qrama, yaxşı becərmə şəraitində isə 700-800 qrama çatır.

Şaftalı meyvələrindən mürəbbə, cem, kompot və müxtəlif şirə məhsulları, yeyinti sənayesində isə krem, dondurma, marmelad və başqa məhsullar istehsal olunur ki, bunlar rənginə, dadına, ətrinə görə başqalarından fərqlənir.

Ağ və qırmızı nazlı sortunun meyvələrindən Ordubad rayonunda ən nadir yeyinti məhsulu olan alana hazırlanır ki, bu xüsusiyyətinə görə rayonumuz başqa şaftalı becərilən zonalardan üstünlük təşkil edir.

Qədim Şərq təbibləri şaftalı bitkisinin müalicəvi əhəmiyyətindən geniş şəkildə yazmışlar. Pliniy özünün “Təbiətin tarixi” kitabında göstərmişdir ki, romalılar şaftalı meyvəsindən ruhun sakitləşməsi və iştahın yaxşılaşdırılması məqsədilə istifadə etmişlər.

Şaftalı sağlamlıq və gözəllik eliksiridir. Bu meyvə hər birimiz üçün çox faydalıdır, çünki orqanizm onu çox gözəl mənimsəyir və immun sisteminə müsbət təsir göstərir. Şaftalı orqanizmdən toksinlərin azad olmasına şərait yaradır. Tərkibindəki unikal bioloji aktiv maddələr şaftalını yuxusuzluqdan əziyyət çəkənlər, başağrısı olanlar, zehni və fiziki yorğunluqdan, depressiyadan, ateroskleroz, ürək-damar xəstəlikləri, nəfəs yollarında problemi olanlar, qaraciyər, böyrək, anemiyalı xəstələr üçün əvəzsiz meyvə edir.

Şaftalı həzmi sürətləndirir və yaxşılaşdırır, faydalı komponentlərin hüceyrə divarından daxilə sorulmasını təmin edir. Ağızdan pis iy gəldiyi zaman şaftalı yarpağı dəmləməsi ilə qarqara yaxşı nəticə verir. Şaftalının gül və yarpaqlarından ətirli çay da hazırlamaq mümkündür. O, sakitləşdirici təsirə malikdir, yuxusuzluq, sinir pozuntuları zamanı, baş ağrılarında, revmatizm, qastrit, enterit, böyrəklərin təmizlənməsi, qarın ağrısı və ishal zamanı istifadə olunur.

Şaftalının toxumları diatez-allergiya zamanı istifadə olunur, toxumlar yaxşıca qovrulur və üyüdülür, azca su ilə qarışdırıb uşaqlarda olan səpkilərə sürtülür. Şaftalının yarpaqlarında və çiçəyində olan fitonsitlər otağınızın havasını təmizləyə bilər.

Şaftalının faydalarını sadalasaq, böyük bir siyahı alınar. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

Şaftalı həzmi yaxşılaşdırır və bədənin tonusunu aradan qaldırır.

Şaftalının şirəsi dietik məhsul hesab olunur, xüsusilə də xəstələr və uşaqlar üçün.

Şaftalı yağı qiymətli formaseptik xüsusiyyətlidir və badam yağı ilə eyni səviyyədə yer alır. Ondan daxilə edilən ineksiya dərmanları üçün həlledici kimi istifadə edirlər. Həmçinin ondan qatı yağların hazırlanması zamanı da istifadə olunur.

Revmatizm və baş ağrısı zamanı şaftalı şirəsi və ya meyvədən hazırlanmış həlimdən istifadə olunur.

Sidikqovucu kimi böyrək daşı xəstəliklərində meyvə və güllərindən istifadə olunur.

Şaftalı meyvəsi mədə vəzilərinin işini aktivləşdirir, yağlı və ağır qidaların həzmini yaxşılaşdırır, mədə bulantısının qarşısını alır.

Mədə xəstəlikləri zamanı turşuluğu azaltmaq üçün yeməkdən 15-20 dəqiqə əvvəl 50 qram şaftalı şirəsi içmək məsləhət görülür.

Şaftalı yarpaqlarından hazırlanmış həlim ilə ishaldan və bağırsaq qazından azad olmaq olar.

Şaftalıda kifayət qədər kalium duzu olduğundan ürək problemləri olanlar və aritmiyadan əziyyət çəkənlərin bol-bol istifadəsi tövsiyə olunur. Təzə şaftalı meyvəsi hemoqlobinin əmələ gəlməyini stimullaşdırır. Tərkibindəki həll olmuş dəmir anemiya zamanı faydalıdır.

Qarışıq temperatur salan vasitə kimi də 4-5 saatdan bir 1 x/q qəbul edilir, qulaq ağrısı zamanı damcı kimi istifadə olunur.

Meyvənin tərkibi A, C və B qrup vitaminləri ilə zəngindir, xəstələrdə bədənin zəifləməsi hallarında çox kömək edir.

Şaftalı bitkisi alçaqboyludur.  Onun çətrinə müxtəlif formalar vermək mümkündür. Şaftalı çiçəkləri budaq üzərində münasib şəkildə düzülür. Ləçəkləri müxtəlif rənglərdə və cəlbedicidir. Bu xüsusiyyətlərinə görə şaftalı dekorativ və barverən bitki kimi becərilir.

Meyvə bitkiləri içərisində şaftalı yeganə bitkidir ki, onun sort müxtəlifliyi uzun müddət sənayenin və əhalinin təzə şaftalı meyvəsinə olan tələbatını ödəyir. Bizim şəraitdə iyun ayının əvvəlindən noyabr ayının ortalarına qədər fasiləsiz olaraq təzə şaftalı meyvələri yetişir. Şaftalı ağaclarının nisbətən alçaqboylu və azömürlü olması ilə əlaqədar olaraq çəyirdəkli və tumlu meyvə bağları salınarkən ondan sıxlaşdırıcı bitki kimi də istifadə edilir.

Ordubad rayonunda şaftalı bitkisi əsasən dəniz səviyyəsindən 640 metrdən 1100 metrə qədər hündürlükdə olan ərazilərdə əkilir. Rayonumuzda şaftalı bitkisi çox qədimdən becərildiyindən, burada xalq seleksiyaçıları tərəfindən bir sıra qiymətli yerli sortlar yaradılmışdır. Bu sortlar içərisində hər bir meyvəsinin çəkisi yuxarıda qeyd etdiyimiz kimi 600-800 qram olan salamı  sortu özünün dadı, ətri, görkəmi, iriliyi, ağacının nisbətən uzunömürlü olması, xəstəlik və ziyanvericilərə qarşı davamlılığı ilə başqa yerlərdə bitən sortlardan tamamilə fərqlənir. Ordubad rayonunda qədim zamanlardan salamı (iki formada), ağ nazlı, qırmızı nazlı, zəfəranı (üç formada), tərəlli, şərəlli, narıncı, ordubadi, alanai, may çiçəyi, güştü (dörd formada), payızı hulu, payız qırmızısı, kəhrəba və bir sıra başqa yerli sortlar da yayılmışdır.

Yuxarıda adları qeyd olunan şaftalı sortlarının hər biri özünəməxsus ətri, böyüklüyü, dadı, şirinliyi, gözəlliyi və ziyanvericilərə qarşı davamlılığına görə başqa sortlardan tamamilə fərqlənir.

           

Əbdül Haşımov

bağban

“El həyatı” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi

22-10-2019-17-14 Xəbərlər

Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Naxçıvanda sabaha olan hava proqnozu

22-10-2019-15-58 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 23-nə gözlənilən hava proqnozu açıqlan...

“Akademik İsa Həbibbəyli -70” mövzusunda elmi konfrans olub

22-10-2019-14-16 Xəbərlər

“Akademik İsa Həbibbəyli -70” mövzusunda elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Naxçıvanın brend məhsulları dünyada tanınır

22-10-2019-12-30 Xəbərlər

Naxçıvanın brend məhsulları dünyada tanınır

Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının...

Ötən günün mənzərəsi - VİDEO

22-10-2019-11-48 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

21-10-2019-19-56 Rəsmi

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

NUHÇIXAN xəbər verir ki, həmin gün Alışar kəndində xidmət mərkəzi istifadəyə ver...

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

21-10-2019-19-53 Rəsmi

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib.

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

21-10-2019-19-51 Rəsmi

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlı kəndində xidmət mərkəzinin açıl...

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

21-10-2019-19-48 Rəsmi

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

Yol infrastrukturu muxtar respublikada aparılan quruculuq işlərinin əsasını təşk...

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

21-10-2019-19-46 Rəsmi

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğun...

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

21-10-2019-19-44 Rəsmi

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlıda kənd mərkəzinin də açılışı ol...

Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

21-10-2019-19-35 Rəsmi

Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb...

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO

21-10-2019-18-13 Xəbərlər

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO

Oktyabrın 21-də Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyekt...

Naxçıvanda sabaha olan hava proqnozu

21-10-2019-15-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlan...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

21-10-2019-12-51 Xəbərlər

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

NUHÇIXAN xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyas...

Ləkətağ körpüsü yenidən bərpa olunub - VİDEO

21-10-2019-11-59 Xəbərlər

Ləkətağ körpüsü yenidən bərpa olunub - VİDEO

Culfa rayonun Ləkətağ kəndində yerləşən orta əsrlərə aid körpüdə yenidənqurma iş...

AMEA-nın Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir

21-10-2019-11-16 Xəbərlər

AMEA-nın  Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AME...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

19-10-2019-17-44 Rəsmi

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

19-10-2019-16-56 Xəbərlər

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sils...

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

19-10-2019-16-00 Xəbərlər

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra...

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

19-10-2019-14-28 Xəbərlər

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin...

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

19-10-2019-12-47 Xəbərlər

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Heydərabad qəsəbəsində mədəniyyət və istirahət parkında təşkil edilən tədbirdə r...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

19-10-2019-11-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə...

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

19-10-2019-10-24 Xəbərlər

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

18-10-2019-15-19 Xəbərlər

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəs...

101 yaşlı ananın 28 yaşlı igid oğlu

18-10-2019-11-39 Xəbərlər

101 yaşlı ananın 28 yaşlı igid oğlu

Ey qəhrəman övladın şanlı vətəni- Azərbaycan! 101 yaşlı ananın  28 yaşlı, igid o...

Ötən günün mənzərəsi - VİDEO

18-10-2019-10-58 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

17-10-2019-18-06 Xəbərlər

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında ...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

17-10-2019-17-44 Xəbərlər

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

17-10-2019-17-36 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...