“Cıdır” xalq oyununun ölkəmizdə geniş yayılması Qobustanın, qayaüstü şəkillərindən və şifahi xalq ədəbiyyatının ən zəngin nümunəsi olan “Kitabi- Dədə Qorqud” boylarından, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından, eləcə də klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir.

“Cıdır falı” atla bağlı fal olub, “Cıdır” mərasiminin tərkib hissələrindəndir. Cıdırdakı atlardan birini gözaltı eyləyib niyyət tutarlar. Həmin at qalib çıxsa, ürəyində niyyət tutan da istəyinə çatacağına inanar.

Ulu babalarımız atı igidin yaraşığı hesab etmişlər. Xalqımız arasında at həmişə insanın şərəfi, qəhrəmanlığı və qələbəsinin rəmzi olduğu halda, atsızlıq zəifliyin, məğlubiyyətin ifadəsi olub. Keçmişdə Azərbaycanda dəfn edilən hər hansı qəhrəmanın qəbiri üstünə daşdan yonulmuş at fiqurunun qoyulması yuxarıda dediklərimizi sübuta yetirir. Ölkəmizin müxtəlif bölgələrindəki köhnə qəbiristanlıqlarda bir çox bu cür at fiqurlarına rast gəlindiyini bildirən tədqiqatçılar bu sırada Naxçıvanın da adını çəkirlər. Muxtar respublukamızın ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən el sənətinin müxtəlif sahələrinə aid olan nümunələr üzərində rast gəlinən at təsvirləri bunu deməyə əsas verir ki, burada yaşayan tayfalar da atı müqəddəs hesab ediblər.

Ordubad rayonunun ucqar dağ kəndi Tividə insanların yaşatdıqları “Cıdır” mərasimi xüsusi qeyd olunmalıdır. “Cıdır” mərasimində rayonun Xurs, Nürgüt, Nəsirvaz, Bist, Tivi və Parağa kəndlərinin cavan çaparları tərəfindən gətirilmiş atlar qara zurnanın sədaları altında yarışırlar. Kütləvi cıdırdan sonra fərqlənən atlardan bir neçəsi sərt yoxuş yollarla “Haça” deyilən təpəyə qədər çapılır. Təpəyə ən tez çatan ilk üç at və onların sahibləri qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Mərasimdən sonra camaat halal zəhmətlə qazandığı nemətlərlə dolu süfrəyə müxtəlif kəndlərdən gələn qonaqları dəvət edir.

Ssenarisi xalqın özü tərəfindən əsrlərcə bundan öncə yazılmış “Cıdır” mərasimi xalqımızın qədim adət-ənənələrindən biridir. Bu mərasim hələ qədim zamanlardan ata olan inamdan yaranıb. Şər ruhlarla vuruşda vasitə kimi istifadə olunan atın insanı xoşbəxtliyə çatdırmasına dair istənilən qədər nümunələr mövcuddur. Təkcə onu qeyd etmək kifayətdir ki, xalqımızın mənəvi-estetik ideyalarının bədii inikas tapdığı qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud”da Boğacın, məhəbbət dastanımız “Aşıq Qərib”də Qəribin dadına mifik obraz olan Xızır baba məhz Ağatın üstündə gəlib çatır. Atın imdadayetmə motivlərinə qəhrəmanlıq dastanı “Koroğlu”da da rast gəlinir.

Xalq kütlələrinin həyatında elə bir mühüm, əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda bu və ya digər şəkildə öz bədii əksini tapmamış olsun. Pərəstiş, inam, sehr və ovsunu özündə yaşadan, atla bağlı keçirilən ayin, mərasim, oyun və falları bədii boyalarla təsvir edən xalq sənətkarlığı nümunələri ulu əcdadlarımızın əsrdən-əsrə soraq, ismarış kimi bizə yetirdikləri, bu günə çatdırdıqları əmanətdir, milli dəyərimizdir. Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq öz mübarizəsini, tarixini xalq yaradıcılığında bu və ya digər şəkildə əks etdirib. Bu baxımdan tariximizi olduğu kimi aşkarlamaq üçün xalq yaradıcılığımızın öyrənilməsi vacibdir. 

 

 “El həyatı” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Əsgərlərə sovqat verilib - VİDEO

15-08-2020-17-17 Xəbərlər

Əsgərlərə sovqat verilib - VİDEO

Muxtar respublikada hərbi hissələrə sovqatların verilməsi davam etdirilir.

Naxçıvanda sabaha olan hava proqnozu

15-08-2020-16-25 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 16-na gözlənilən hava proqnozu açıqlanı...

Nehrəm qəsəbəsi dezinfeksiya olunub

15-08-2020-16-00 Xəbərlər

Nehrəm qəsəbəsi dezinfeksiya olunub

Yoluxucu xəstəliklərin və bir sıra virusların qarşısının alınması məqsədilə Babə...

Dövlət İmtahan Mərkəzi imtahan protokollarının emalına başlayıb

15-08-2020-14-00 Xəbərlər

Dövlət İmtahan Mərkəzi imtahan protokollarının emalına başlayıb

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 14-də keçirilmiş II və I...

“Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

15-08-2020-12-55 Xəbərlər

“Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Na...

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

15-08-2020-12-35 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Böyük ustad haqqında dəyərli poema

15-08-2020-10-56 Xəbərlər

Böyük ustad haqqında dəyərli poema

Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi, Naxçıvan Yazıçılar Birliyinin sə...

II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb

15-08-2020-10-27 Xəbərlər

II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün avq...

Tələbələrin köçürülməsinə başlanılır

14-08-2020-17-48 Xəbərlər

Tələbələrin köçürülməsinə başlanılır

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək.

Bələdiyyə torpaqlarının icarəyə verilməsinin monitorinqi aparılır

14-08-2020-16-03 Xəbərlər

Bələdiyyə torpaqlarının icarəyə verilməsinin monitorinqi aparılır

Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətin...

DİM tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

14-08-2020-14-18 Xəbərlər

DİM tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 20-21-də keçiriləcək qəbul imta...

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

14-08-2020-13-00 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 17-21-də və 24-də 2020/2021-ci ...

Ötən günün mənzərəsi - VİDEO

14-08-2020-12-18 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları torpaq mülkiyyətçiləri ilə görüşüb

14-08-2020-10-39 Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları torpaq mülkiyyətçiləri ilə görüşüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən məluma...

Bu gün 18 mindən çox abituriyent qəbul imtahanı verəcək

14-08-2020-09-00 Xəbərlər

Bu gün 18 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bu gün 18 min 102 nəfər abituriyent qəbul imtahanı verəcək.

Naxçıvanda sabaha olan hava proqnozu

13-08-2020-17-08 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanı...

Ali məktəblərə qəbul imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları təqdim edilib

13-08-2020-16-25 Xəbərlər

Ali məktəblərə qəbul imtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları təqdim edilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə...

Təbii sərvətimizi-meşələri yanğından qoruyaq

13-08-2020-14-40 Xəbərlər

Təbii sərvətimizi-meşələri yanğından qoruyaq

Muxtar respublikamızda yeni salınmış meşə zolaqları qədim yurdumuzun təbii gözəl...

Ötən günün mənzərəsi - VİDEO

13-08-2020-14-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin qeydiyyatı davam edir

13-08-2020-12-06 Xəbərlər

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib

13-08-2020-11-30 Xəbərlər

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin güclən...

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

13-08-2020-09-00 Xəbərlər

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bu gün 19 min 197 abituriyent qəbul imtahanı verəcək.

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

12-08-2020-18-20 Rəsmi

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 12-də Naxçıvan Muxtar Re...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası işıq üzü görüb

12-08-2020-17-33 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası işıq üzü görüb

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agen...

“Badamlı” mineral suyunun 44 tonu Dubay şəhərinə yola salınıb - VİDEO

12-08-2020-17-10 Xəbərlər

“Badamlı” mineral suyunun 44 tonu Dubay şəhərinə yola salınıb - VİDEO

Bu gün ölkəmizin əsas mineral su istehsalçılarından və muxtar respublikanın qaba...

Kəngərli rayonunda bələdiyyələrə metodiki vəsait paylanılıb

12-08-2020-16-49 Xəbərlər

Kəngərli rayonunda bələdiyyələrə metodiki vəsait paylanılıb

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilə...

Naxçıvan Teleradiosunun yarımillik fəaliyyəti müzakirə olunub

12-08-2020-15-59 Xəbərlər

Naxçıvan Teleradiosunun yarımillik fəaliyyəti müzakirə olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı  keçirilən iclasda ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-08-2020-15-38 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ötən ay 105 vətəndaşa əmək pensiyası təyin olunub

12-08-2020-14-58 Xəbərlər

Naxçıvanda ötən ay 105 vətəndaşa əmək pensiyası təyin olunub

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xi...

Şəhərdən kəndə gedən müəllimlər üçün güzəştlər - VİDEO

12-08-2020-14-39 Xəbərlər

Şəhərdən kəndə gedən müəllimlər üçün güzəştlər - VİDEO

Hər yeni tədris ilində muxtar respublikada müəllimləri işlə təmin etmək üçün müs...