Bura Naxçıvandır-qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə...

Ədəbiyyatın, mədəniyyətin ilk addımlarına çıraq tutan, əsrlərin tufan sınağından keçib gələcəyə alnıaçıq, üzüağ çıxan məkan. Gəmiqaya, Əshabi-Kəhf, Möminə xatın, Duzdağ və sair kimi daha neçə sirli abidənin yerləşdiyi torpaq. Hər daşı, hər qarışı əfsanələşmiş diyar. Bu abidələr içərisində gəlinqayalar da var. Türk dünyasının bir çox ərazilərində mövcud olan gəlinqayalara zəngin təbiəti və ekzotik təbiət abidələri ilə diqqət çəkən Naxçıvanda da rast gəlirik.

Naxçıvandakı gəlinqayalara yol almazdan əvvəl onlar haqqında “Naxçıvan Ensiklopediyası”nda oxuduqlarımızı diqqətinizə çatdırırıq: Şahbuz rayonunun ərazisində yerləşən Gəlinqaya öz maraqlı görünüşü ilə göz oxşayır. Zəngəzur silsiləsinin cənub yamacında, Zərnətün çayının mənbəsindədir. Hündürlüyü 2876 metrdir. Andezit-dasit tərkibli subvulkanik çıxıntıdır. Bu Gəlinqaya ilə bağlı yaranan əfsanələrin tarixi eradan əvvəl III-II minilliyə aiddir və xalq arasındakı rəvayətə görə, özünü düşmənlərdən qorumağa çalışan bir qadının daşlaşmış heykəlidir Gəlinqaya. Abidə Azərbaycan xalqının daşadönmə ilə bağlı inanclarını əks etdirir.

Digər bir Gəlinqaya isə Şərur rayonunun Havuş kəndinin şimalında, Tamaşalı yaşayış yerinin yaxınlığında yerləşir. Hündürlüyü 2769 metrdir. Günbəzvarı maraqlı formaya malikdir. Abidəni VII-VIII əsrlərə aid edirlər.

Ordubad rayonunun Unus və Pəzməri kəndləri arasında yerləşən Gəlinqaya isə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları mifikləşdirən  xalqımız bu Gəlinqayanı da əfsanələşdirib.

Gəlinqaya əfsanələri…

Naxçıvan regionundan toplanmış əfsanələrdə rast gəldiyimiz əsas motivlərdən biri daşadönmə ilə bağlıdır. Daşadönmə insanların əski mifoloji dünyagörüşünün ifadəsidir. Əfsanələrin daşadönmə motivindəki maraqlı tərəflərdən biri insanların xilas üçün yön aldıqları tərəfin dağlar olmasıdır. Dağa pənah aparmaq, dağa sığınmaq və sair kimi hadisələr isə əski dağ kultunun izləridir.

Bu haqda “Naxçıvan əfsanələri” kitabında folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti İsmayıl yazır: “Məsum varlıqların – əsasən, qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz tutması və daşa çevrilməsidir. Hazırda Şahbuz rayonunda “Gəlindaş” deyilən bir yer var. Buranı ziyarət edən və onu saflıq mücəssəməsi kimi görən insanlar bu əxlaq kodeksini özünə də aşılamışdır”.

Şahbuzda yayılmış əfsanələrin birinə nəzər salaq. Qədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən birində gözəlliyi aləmə yayılan sərvboylu bir gəlin varmış. Əri düşmənlə vuruşmada həlak olubmuş. Gəlinin qumral gözləri, ilan kimi qıvrılan qoşa hörüyü cavanların canına od salarmış. Yaxından, uzaqdan gələn elçilər həmişə kor-peşman geri qayıdarmışlar. Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır. Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə dəyən Toğluqaya ilə Salvartı dağının arasından keçəndə əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman istəyir. Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında “Gəlin qayası” adıyla tanınır... Gəlin qayası ilə bağlı digər əfsanəni Şahbuz rayonunun Mahmudoba kənd sakini, 73 yaşlı Göycə Quliyeva söyləyib:

-İki gənc bir-birlərini Leyli-Məcnun kimi sevirmişlər. Onların yaşadığı obada bir zalım varlı varmış. Çalışır ki, oğlanın nişanlısını onun əlindən alsın. Bunu eşidən nişanlılar uzaq bir dağda, qayanın altında yurd-yuva salıb orda yaşamağa qərar verir, maldarlıqla məşğul olurlar. Varlı adam eşidir ki, cavanlar köçüblər. Tez oraya adamlarını göndərir, gedib qıza desinlər ki, filan bəy səni istəyir, gəl aparaq. Nə qədər var desən, pul desən onda. Qız kasıb da olsa, oğlana çox məhəbbətliydi. Odur ki, varlının ismarıcını rədd edir. Bir gün gəlin baxır ki, bəyin adamları yenə gəlirlər. Fikirləşir ki, onu aparacaqlar, əri də burada deyil. Qalxır həmin uca qayaya, deyir ki, özümü atıb ölərəm, yad əllərə düşmərəm. Elə o vaxtdan da bu qaya “Gəlin qayası” adlanır.

Naxçıvan əfsanələrində yayılan daşadönmə, daş motivi Azərbaycan nağıllarında, dastanlarında, inanclarda da geniş şəkildə əks olunub. Sivilizasiyaların təməlində folklor durur. Çünki folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa olan hörməti, onu mühafizə edib, gələcək nəsillərə ötürmə bacarığı ilə ölçülür. Bu səbəbdən hər bir şəxs öz folklorunu qorumalıdır, ona sahib çıxmalıdır. Bu isə millətin gələcəyi üçün son dərəcə vacib məsələdir.

 

Nərgiz İsmayılova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

20-08-2019-18-46 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

NUHÇIXAN xəbər verir ki, aztəminatlı ailələrin özünəməşğulluğu ilə bağlı növbəti...

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

20-08-2019-15-39 Xəbərlər

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

Dünya çempionatına çox az vaxt qalır.

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

20-08-2019-14-00 Xəbərlər

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Boccia idman növü üzrə yarış başa çatıb

20-08-2019-11-25 Xəbərlər

Boccia idman növü üzrə yarış başa çatıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında ...

Cavidi xatırlayarkən…

20-08-2019-10-43 Xəbərlər

Cavidi xatırlayarkən…

Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi mə...

Futbol üzrə birincilik davam edir

20-08-2019-10-22 Xəbərlər

Futbol üzrə birincilik davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun in...

Ötən günün mənzərəsi - VİDEO

20-08-2019-10-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cüdoçumuz bürünc medal qazanıb

20-08-2019-09-42 Xəbərlər

Cüdoçumuz bürünc medal qazanıb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2...

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

20-08-2019-09-21 Xəbərlər

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kreditlər hesab...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

19-08-2019-19-45 Xəbərlər

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək...

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

19-08-2019-18-32 Xəbərlər

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

Azərbaycanın nüfuzlu İctimai televiziyası Naxçıvan yallıları barədə sənədli film...

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

19-08-2019-17-29 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

19-08-2019-16-26 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

19-08-2019-15-02 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

19-08-2019-14-41 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

19-08-2019-09-42 Xəbərlər

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiy...

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

18-08-2019-18-51 Xəbərlər

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkiş...

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

18-08-2019-15-45 Xəbərlər

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən...

Naxçıvanda sabaha olan hava proqnozu

18-08-2019-14-42 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 19-na gözlənilən hava proqnozu açıqlanı...

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

18-08-2019-13-04 Xəbərlər

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı ...

Qədim məişət əşyaları tarixdə və günümüzdə

18-08-2019-12-33 Xəbərlər

Qədim məişət əşyaları tarixdə və günümüzdə

Məişət əşyaları olan oraq, bıçaq hələ metalın kəşf edilmədiyi dövrdə obsidiandan...

Duzla bağlı deyimlər və atalar sözləri

18-08-2019-11-00 Xəbərlər

Duzla bağlı deyimlər və atalar sözləri

Ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaradıb.

Vətəndaş yazıçı

18-08-2019-09-59 Xəbərlər

Vətəndaş yazıçı

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarla...

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

16-08-2019-14-36 Xəbərlər

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

16-08-2019-11-23 Xəbərlər

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında mux...

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

16-08-2019-09-41 Xəbərlər

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən  k...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-08-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin avqust ayının ilk...

Naxçıvanda sabaha olan hava proqnozu

14-08-2019-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

14-08-2019-14-59 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

Təbii yollarla insanların müalicə aldığı Duzdağ Fizioterapiya Mərkəzinə yay günl...