Baba Nemətullah Naxçıvaninin islami dəyərlərlə bağlı əsərlərinə müraciət etdiyimiz mənbələr onun qardaş Türkiyənin müxtəlif kitabxanalarında saxlanılan əlyazma əsərləridir.

Belə ki, həmin əsərlər forma və məzmun baxımından müxtəlifdir. Bu əsərlər əsasən ərəb əlifbası ilə yazılmış ərəb və fars dillərindədir. Bu isə onu göstəriri ki, alim öz doğma türk dili  ilə yanaşı bu dilləri də mükəmməl bilib. Aparılan araşdırmalar nəticəsində onun həyat və yaradıcılığı ilə yanaşı, onun qələmə aldığı dərin məzmunlu  islami dəyərlərlə bağlı əsərləri mühüm yer tutub. Yanaşmalar göstərir ki, Nemətulla Naxçıvaninin əsas diqqətini cəlb edən əsərlərinin məzmunu “Vacibul-vücud” və “mümkünül-vücud” nəzəriyyələri barədə olub. Müəllif həmçinin Qurani-Kərim ayələrində olan bəzi kəlamların bəlağət və fəsahət yönümlü düşüncələri geniş şəkildə işıqlandırıb.

Bu gün Nemətulla Naxçıvaninin dərin mənalı yaradıcılığı ilə yaxından tanış olmaq, onun həyatı və yaradıcılığı haqqında müəyyən məlumatlar əldə etmək doğma Naxçıvanımız üçün əhəmiyətlidir. Onun müxtəlif məzmunlu əsərlərinin əldə olunması və ya hər hansı bir çap kitabının araşdırılması, tədqiq edilməsi nə qədər çətin olsa da, bir o qədər də şərəflidir. Çünki doğma Naxçıvanımızın mədəniyyət xəzinəsinin qiymətli qaynaqlarından olan müxtəlif məzmunlu əlyazmalar keçmişin ədəbi tarixi ilə yanaşı islami dəyərlərin müasirlərimizə çatdırılmasında, onların maariflənməsində misilsiz rola malikdir. Bu baxımdan, klassik Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Naxçıvanın görkəmli elm adamlarının, şair və yazıçılarının, ilahiyyat alimlərinin əsərlərini araşdırıb xalqa çatdırmaq qarşıda duran mühüm məsələlərdəndir.

Naxçıvani demək olar ki, əsərlərinin əksəriyyətini təsəvvüfə aid olmaqla bərabər fiqh, hədis, kəlam, fəlsəfə və əqaid kimi fərqli elm budaqlarıyla bağlı mövzusundan da söz edib. Belə ki, onun əsərlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

1. “Əl-Fəvatihul-İlahiyyə vəl Məfatihul-Qeybiyyə əl-Muzihatu lil-Kəlimul-Quraniyyə vəl-Hukəmul-Furqaniyyə” (yəni: “Quranın kəlmə və hikmətlərini açıqlayan, qeybin açarı və İlahi fəthi”). Bu əsər Naxçıvaninin 1497-ci ildə Təbrizdə yazdığı iki cildlik təfsir kitabıdır. Bu təfsir kitabına 17 səhifəlik vəhdəti-vücud haqqındakı görüşləri və mülahizələrini əlavə edib. Naxçıvani bu təfsirində hər ayəni ayrı-ayrı təfsirini verib. Həmçinin o, surələrin əvvəlində verilən “Bismillah” kəlməsini, surənin girişinə uyğun şəkildə verib.

Quranı Quranla, Hədislə və yaxın səhabələri ilə təfsir etməsini, ayələrin sirrini və nüzul səbəbləri baxımından durumunu, nasix-mənsux, möhkümat-mütəşabeh və Quran qissələrini geniş təfsir etməklə “Təfsir metodu” üsullarını məharətlə ifadə edib.

2. “Şərhi Gülşəni-Raz”. Mahmud Şəbüstərinin yazdığı “Gülşəni-Raz” adlı əsərinə öz düşüncəsi qabiliyyətində yazmış olduğu müfəssəl  bir şərhdir. Kitabın əvvəlində təsəvvüfə daxil olmuş yeni kimsələrə xitabən xeyir diləyir. Sonra təsəvvüfün izahını verir, sufilərin irfan və idrak dərəcələri ilə bağlı bir neçə zəruri şeyləri izah edir.           

Nəticə etibarilə yazıldığı tarixdən başlayaraq həqiqət və məntiq üsuli ilə haqlı bir şöhrət qazanan bu kitab vəhdəti-vücud anlayışını anladan, bəzi məcazları təhlil edən kitablara; Qurani-Kərim, Hədis və Məsnəvidən sonra daima müraciət edilən bir ana qaynaq hesab edilib.

3.  “Tərcümeyi Nəqşi-Füşuş”. Bu kitab Türkiyənin Süleymaniyyə Kitabxanasının Pertev Paşa Kit. №-615 və Rəşid Əfəndi Kit. №-1041 vr. 53b-58b saxlanma vahidində qeydiyyata alınmış və mühafizə olunur. Kitabın cildinin kənarları çürüməyə və sökülməyə məruz qalıb. Şirazələri (yəni vərəqlərin tikilməsi) dağılıb və yenidən təmir olunub.

4. “Hidayətul-İxvan Risaləsi”. Bu kitab Nemətulla Naxçıvaninin ərəbcə yazdığı əsərlər sırasındadır. Təfsir alimimiz bu kitabı “Bismillahla” başlayıb, həmd səna edərək اخوانى Qardaşlarım!  xitabi ilə davam edib.

Əsərdə vəhdəti-vücud haqqında fəlsəfəçilərin və kəlamçıların yaxınlaşdığı mövzular ətrafında öz subyektiv fikirlərin irəli sürüb və yeni mülahizələr yürüdüb. Həmçinin arif olan insanın Allaha böyük bir eşq və cəzb ilə yaxınlaşmasını qeyd edir. Əsər “Söyləyənə deyil, söylədənə bax” başlığı altındakı düşüncələrini, “Gəlin Allahla baqi olun. Ona gedən yollar, bütün yaradılmışların nəfəslərinin sayı qədərdir. Lakin hamısı Allah dərgahında bitər. Qayıdacağımız yer də Onadır” sözləri ilə bitir.

5. “Risaleyi Məcmueyi Lətaif”. Baba Nemətulla Naxçıvani bu əsərinə “Fəth” surəsinin ilk ayəsinin işığında, fəthin üç növündən bəhs edərək başlayıb. Bunlardan; fütuhi-zahir, fütuhi-həqiqət və fütühi-müqaşəfə olduğunu alt başlıqlarla anladır.

Sonra namazların vaxtları və xüsusiyyətlərini izah edərək “salatu-vusta” (Bəqərə-238), “salatu-əsr” olduğunu, gündəlik namaz vaxtlarının içində ona ayrı önəm göstərilməsi qeyd edilir.

6. “İstilahatuş-Sufiyyə”. Nemətulla Naxçıvani təsəvvüf anlayışlarını açıqladığı “İstilahatuş-Sufiyyə” adlı bu əsərində “talib-mətlub”, “muhib-məhbub” müqayisələri ilə başlayır. Davamında isə “həqiqəti-Məhəmmədiyyənin surəti-ismi-cami-ilahiyyə” olduğunu ifadə edir.

Müəllif  bu əsərində ərəblərin əlifbasına daxil olan hərflərə dəlalət edilən asanlıqla yadda qalması üçün “əbcəd” deyə tərtib edilən hərf sistemini əsas götürüb.  

7.  “Hidayət”. Naxçıvani bu əsərinə “bismillah, həmd və salavatla” başlayır. Qısa girişdən sonra izah verdiyi “Hidayət” başlıqları ilə mövzuya davam edir. Öncə insan-aləm və insan-Allah münasibətləri aydınlaşdırılır.

“Sahibi nuri-mərifət”, “nuri-ağıl”, “nuri-elm”, “nəfsi-natiqi”, “surəti-mərtəbeyi-əhədiyyət” və “ruhi-mərtəbeyi-əhədiyyət” anlayışlarını izah edir.

8. “Risaleyi Təhqiqat”. Naxçıvani risaləsinə ərəb əlifbasının ilk hərfinin, ismi-əzəmin ilk hərfinə müqabil olduğunu ifadə edərək başlayıb. Sonra Allahın adları və sifətlərindən bəhs edərək bunlar qeybin açarları olduğunu; “Qeybin (görünməz aləmin) açarları Onun yanındadır, onları Ondan başqası bilməz”  “Ənam” surəsinin 59-cu ayəsi ilə izah edir. Görkəmli təfsir alimimizin bu əsəri də həyatının müxtəlif yerlərdə keçirdiyindən xəbər verir.

9. “Risaleyi Niqat”. Dəyərli təfsir ustası bu risaləsinə Allahın böyüklüyü və təkliyinə, yenilməz olduğuna işarə edərək başlayıb. Sonra insanın varlığı və onun Qüdrəti-İlahi qarşısındakı məsuliyyətini izah edərək Allah-insan, insan-Allah arasındakı münasibəti ortaya qoyub. Onun fikrincə aləm insanın həqiqətinin sürətidir. Allahın əsmasının sürəti olan insanın həqiqətinin görüntüsü bütün tərəfləri ilə aləmin həqiqətidir. Bu baxımdan da o, “həqiqəti-insaniyyəni”, “aləmi–müfəssəl” deyə adlandırıb. Onun fikrincə insani-kamil yer üzünün xəlifəsi seçilib.

Əsərdə onun ikinci mənalı hipotezi ondan ibarətdir ki, aləmi-xəyal, aləmi-həqiqət şəklində ifadə olunur. Allahın varlığını: “Ucadır, özündən başqa heç bir şey ona dəlil ola bilməz. Varlığı ancaq özü ilə qaim olar” sözləri ilə ifadə edir.

10. “Risaleyi Vücudi-Mütləq”. Nemətulla Naxçıvani bu iki vərəqlik risaləsində Allahın varlığının həqiqətindən bəhs edir, Onun varlığının külli, cüzü, xass, bölüntülərə tabe olmayacağını, varlığının heç bir şeyin varlığına bağlı olmayacağını ifadə edir. Bunun “əhədiyyət” olduğunu bildirir.

Alim islami dəyərləri zənginləşdirmək məqsədi ilə risaləsinə “mərtəbeyi-insani-kamilin” bütün ilahi və kövnü sifətləri özündə toplandığından bəhs edərək sona çatdırır.

11.  “Risaleyi Əsilə vəl Əcvibə  (Sual və cavab)”. Naxçıvaninin iki vərəqlik bu risaləsi təsəvvüf üsulunda bəzi məsələlərin sual və cavab yoluyla izahından ibarətdir. Risalənin vərəqlərinin hamısı yazı ilə dolub.

Müəllif icadi-aləmlə bağlı sual və cavab, Məhəmməd peyğəmbər əleyhis-salamla Adəm əleyhis-salam arasında olan zamanın olması, peyğəmbərliyin başlanğıcı və sona çatması dəlillərlə izah edilir, ağıl və qələm, ruh və başqa müxtəlif sahələrə aid suallara cavab verməklə davam edir. Allahın camal və cəlal (Sifati-sübutiyyə və Sifati səlbiyyə) sifətləri ilə verilən sual və cavabla bitir.

12. “Risaleyi Zikriyyə”. Naxçıvani iki vərəqlik bu risaləsinə Peyğəmbər əleyhis-salamın; “Kim xalis və muxlis bir şəkildə “Lailahə illəllah” deyərsə cənnətə daxil olar” hədisi ilə başlayır. “Kəlmeyi-Tovhid”in işarə etdiyi yorumlarla təmas olaraq piri-kamil, mürşidi-mükəmməl, vəliyye-xuda, varisi-ənbiya, saliki-quşeyi-yəqin, ruye-inayət və hidayət sözləri ilə kəlmeyi-tovhidi təcrübə etdiklərini izah edir.

Baba Nemətulla Naxçıvaninin Ağşəhərdə adı yüksək tutulub. Onun adına bir İmam-Natiq Məktəbi, bir küçənin verilib və adına bir məscid tikilib. Məzarı  duaların edildiyi, xalqın davamlı ziyarət etdiyi, diləklərin diləndiyi bir yer halına çevrilib. Çünki adı bütün övliyalardan bəhs edən ensiklopediya və digər əsərlərdə keçir.

Hesab edirik ki, araşdırmaların məntiqi nəticəsi kimi Baba Nemətullah Naxçıvaninin elmi-fəlsəfi irsinin öyrənilməsi və onun qiymətli əsərlərini İslami dəyərlər baxımından tədqiq etmək doğma Naxçıvanımız üçün çox əhəmiyyətlidir.

Həqiqətən bütün bu yanaşmalar göstərir ki, aparılan axtarışlar nəinki Azərbaycan dinşünaslıq emlinin mənzərəsi ilə, eləcə də Naxçıvan mədəniyyət və ədəbiyyat tarixini canlandırıb yaşadan Naxçıvanın görkəmli ilahiyyat alimlərini bu gün ulu əcdadlarımızın bizə miras qoyduğu islami dəyərlərlə yanaşı milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bilik məbədimiz olacaqdır. Həmçinin qədim Naxçıvan torpağını ziyarət edən hər bir qonağın qədim el yurdunu, onun tanınmış elm adamlarının sənət əsərlərini sevməsi və doğma Naxçıvanımızı razılıq hissi ilə tərk etməsi bir daha vətənimizin, millətimizin ölkəmiz hüdudlarından kənarda tanınması və sevilməsi deməkdir.

Səbuhi İbrahimov

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu,

əlyazmaların kataloqlaşdırılması şöbəsinin müdiri,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

27-01-2020-14-00 Xəbərlər

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanın...

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya” adlı qəzet nəşr ediləcək

27-01-2020-12-06 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya” adlı qəzet nəşr ediləcək

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, AMEA-nın Naxçıva...

İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO

27-01-2020-11-47 Xəbərlər

İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir.

Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır

27-01-2020-11-26 Xəbərlər

Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində “Ordubad Qənnadı Məmu...

Naxçıvan şəhərində ailə təsərrüfatları məhsullarının satışı mağazası açılıb

27-01-2020-11-08 Xəbərlər

Naxçıvan şəhərində ailə təsərrüfatları məhsullarının satışı mağazası açılıb

Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində ailə təsərrüfatları məhsullarını...

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27-01-2020-10-22 Xəbərlər

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

Ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarım...

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

27-01-2020-09-40 Xəbərlər

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

İtaliyanın heyvanlar aləmi, elmi yeniliklər və baş verən maraqlı hadisələr barəd...

Naxçıvanda sabaha olan hava proqnozu

26-01-2020-18-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanı...

Yeməklərimiz və adətlərimiz: Şilə

26-01-2020-18-11 Xəbərlər

Yeməklərimiz və adətlərimiz: Şilə

- Zəhra xala, ay Zəhra xala!

Qədim yurd yerlərimiz: Yaycı

26-01-2020-12-59 Xəbərlər

Qədim yurd yerlərimiz: Yaycı

Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim y...

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

26-01-2020-10-01 Xəbərlər

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi da...

“Soya südü”-nün əhəmiyyəti

26-01-2020-09-00 Xəbərlər

“Soya südü”-nün əhəmiyyəti

Naxçıvan Muxtar Respublikasının iqlimi və torpaqları soya bitkisinin inkişafı üç...

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

25-01-2020-22-01 Xəbərlər

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

25-01-2020-18-53 Xəbərlər

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr...

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

25-01-2020-17-21 Xəbərlər

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

Culfa şəhərində fəaliyyət göstərən "Təbiət" göbələk  istehsalı müəssisəsi muxtar...

Naxçıvanda sabaha olan hava proqnozu

25-01-2020-13-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanı...

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

24-01-2020-17-09 Xəbərlər

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

24-01-2020-14-59 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

24-01-2020-13-32 Xəbərlər

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

Təbiəti qoruyaq

24-01-2020-12-48 Xəbərlər

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti ...

Elektron qaimə-fakturalarla bağlı yenilik

24-01-2020-12-07 Xəbərlər

Elektron qaimə-fakturalarla bağlı yenilik

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

24-01-2020-11-06 Xəbərlər

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan ses...

Naxçıvanda sabaha olan hava proqnozu

24-01-2020-10-45 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

24-01-2020-10-24 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...