VII yazı

Hava hələ işıqlanmayıb. Ayaqlarımızı qaldığımız qonaq evindən könülsüz-könülsüz yeməkxanaya sürüyürük. Hamı bu səfərin daha bir neçə gün  davam etməsini arzulayır. Lakin həmişəki kimi bu gəlişin də bir geri dönüşü olduğunu qəbul etməkdən başqa çarəmiz yoxdur. Səhər mehinin sərinliyində Nemətullah Naxçıvani sevdası, Mövlanə irfanı, Şəms fədakarlığı, Molla Nəsrəddin gülüşü, Səlcuqlu qüdrəti, Keykubad canıyanarlığını hiss etmək bir elə çətin olmasa, Üniversitet şəhərciyinin kəsişən yollarında Ramazan sahurundan qayıdan tələbələrin deyib-gülmələri bu mehlə bir-birinə qarışsa da canımıza yayılan sərinlik belə kədərimizi gizlədə bilmir.

Yeməkxanadan çıxıb maşına minirik. Minarələrdən yüksələn əzan səsi bizi xeyir-dua ilə geriyə, doğma torpağa, Canməkana, Nəqşicahan Naxçıvana yola salır.

Qayıdarkən diqqətimizi çəkən mənzərələrə daha fərqli sevgiylə baxırıq. Konyada adları artıq bizə tanış olan istiqamətləri, döngələri geridə qoyub şəhərdən uzaqlaşırıq. Yol boyu bənövşəyi lavanda zəmiləri, taxıl tarlaları, şam meşələri baxışlarımıza yoldaşlıq edir. Saatlar irəlilədikcə öz turistik görünüşüylə seçilən Kapatokyanın sehrinə tutuluruq. Pəri bacaları, ağ kiçik qüllələr şəklində düzülmüş qayalıqlar, müasir şəhərlə təbiətin tarixi harmonik qucaqlaşmasını heyrətlə seyr edirik. Kimsə burada dayanıb çay içməyimizi təklif edir. Lakin hamımız burada dayansaq mütləq şəhəri gəzmək istəyəcəyimizə əminik. Bu tarixə toxunmadan keçmək olmayacaq. Ona görə də sürücülərimiz ön aynadan salona təbəssüm göndərərək könlümüzü almağa çalışırlar. Onları da anlayırıq. Yol uzun, mənzil uzaqdır. Hava qaralana kimi Ərzincana çatıb axşamı orada gecələməyi və səhər tezdən Ərzurum-İqdır istiqamətində Naxçıvan yolunu tutmağı qərarlaşdırmışıq. Günəş ucalan dağların arxasında gözdən itənə yaxın Ərzincana çatıb bir otelə yerləşirik. Gəlmişkən buraları da görmək istəyən heyət üzvləri yubanmadan əşyalarını otaqlara  yerləşdirib aşağıya düşürlər.

...Vədələşdiyimiz saatda toplaşdığımız məkanın önündən Ərzincanın insanların qaynayıb-qarışdığı işıqlı küçələrinə qarışırıq. Hamını bir neçə il əvvəlki səfərim zamanı bələd olduğum, tarixin bütün məşhur türk dövlətlərinin qurucularının büstləri qoyulan və türk dünyası ölkələrinin bayraqları dalğalanan “Vali Receb Yazıcıoğlu bahçesi” adlı parka getməyə həvəsləndirirəm. Qutluq Bilgə Kağan, Xəzər xan, Atilla, Mete, Osman bəy, Alp Təkin, Səlcuq bəy, Əmir Teymur, Atatürk və digərlərinin əzəmətində Türk imzasının yer aldığı tarixin böyük bir coğrafiyası gözümüz önündə canlanır.

Mərkəzi küçə ilə üzüyuxarı qalxıb çay içməyə səliqəli bir məkan axtarırıq. Hündür şam ağacları ilə əhatələnmiş parkın içindən keçəndə uzaqdan qulağımıza dəyən  bir musiqi diqqətimizdən yayınmır, xoş doğmalıq bizi maqnit kimi özünə tərəf çəkir. Polad Bülbüloğlunun Türkiyə türkçəsində səsləndirilən “Gəl, ey səhər” mahnısı bizə gecənin yarısı olduğunu xatırladır. Hamılıqla həmin məkana yollanıb yerləşirik. Canlı ifada doğma mahnımızı eşitmək içimizi qürurla doldurur. Böyük bir çarhovuzun kənarında kiçik bardaqlarda acı türk çayını gecənin sərinliyinə qarışdırıb içərkən səhnədəki gənc türk musiqiçi “Gəl, ey səhər” mahnısını bitirir. Yüzlərlə insan onu alqışlayır, lakin bizim alqışımız daha ucadan səslənir. Heyətimizin tarixçi nümayəndəsi Rəna xanım bir gün belə bir səhnədə mahnı oxumaq arzusunu dilə gətirir. Onu  bu fürsəti qaçırmamağa onu həvəsləndiririk. Sağollaşıb səhnədən enmək istəyən musuqiçidən xahiş edib bir Azərbaycan mahnısı səsləndirmək istəyimizi bildiririk. “Hay-hay”, - deyib sağ əlini ürəyinin üstünə qoyub gitarasını bizə uzadır. Həyəcanla səhnəyə doğru gedən Rəna xanım yerini rahatladıqdan sonra gitarayla doğmalaşmağa çalışır. Budur, ürəklərimiz  bu ifayla riqqətə gəlir:

Barıt qoxulu o yollar, o yollar,

Səni bəs nə vaxt, qaytarar, qaytarar?

Səndən təsəlli bir zabit mundiri,

Bir cüt ulduzlu aylı paqonlar...

Səndən təsəlli bir zabit mundiri,

Bir cüt ulduzlu aylı paqonlar...

Rənaya qoşuluruq:

 

Hay ver mənə, cənab leytenant,

Hay ver mənə, leytenant.

Xoş müjdəli, bir savaşdan,

Pay ver mənə, leytenant...

 

Operatorumuz Elşad bu fürsəti də qaçırmır. İlk dəqiqələrdən Ərzincan gecələrinə qarışan həzinlik dolu bir vətən nəğməsi ifa edən Rəna xanımı və onu heyrətlə izləyən gəncləri, ailələri, balaca uşaqları yaddaşa köçürür. Gənc həmkarımızın ifasını təkcə biz yox, qonşu masalarda əyləşənlər də ayaq üstə alqışlayırlar. Türkiyəli musiqiçi isə heyrətini gizlədə bilmir, səsiylə, musiqisiylə ürəklərə yatan bir ifa ortaya qoyan Rənanı ürəkdən təbrik edir.

Yanımıza yaxınlaşan Rənanın gözlərindəki xoşbəxtliyi, çoxdankı arzusuna qovuşmağın sevincindən doğan işığı gecənin qaranlığında aydınca sezə bilirdik. Çaylarımızı içib qalacağımız otelin yolunu tuturuq. Səhər Naxçıvana 6-7 saatlıq yolumuz var.

...Ərzincan, Ərzurum və İqdır artıq geridə qalıb. Dilucu gömrük keçid məntəqəsində bazar gününün səssizliyi hökm sürür. Gedən-gələn çox azdır. Türkiyəli gömrükçülər pasportlarımızı sürətlə yoxlayıb bizi yola salırlar. Eyni mehribanlıqla Sədərək Gömrük Keçid Məntəqəsində də qarşılaşırıq. Sənədlərimiz, çantalarımız yoxlanıldıqdan sonra Sədərək-Naxçıvan istiqamətində hərəkətə başlayırıq. Artıq bir həftəlik maraqlı və məhsuldar səfərimizin başa çatmasına dəqiqələr qalıb.

Heyətə rəhbərlik edən Cəbi müəllim səfər boyu görülmüş işlərlə bağlı Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda Nemətullah Naxçıvani həftəsi keçirməyi düşündüyünü, bu işdə Fondun aparıcı məsləhətçisi Arzu Qasımovla indidən məsləhətləşdiklərini deyir. Jurnalistimiz Ruhiyyə xanım bir neçə xəbər sujeti və film üçün dayanmadan işə başlayacağını vurğulayır. Səfərin yekunlarıyla bağlı dilə gətirilən istəklər arasında konfransın materiallarının çapı məsələsi, memarların eskizləri qısa zamanda bitirib müvafiq qurumlara təqdim etmə məsuliyyəti, mənim səfərimizlə bağlı mətbuatda silsilə yazılar yazma planlarım da var.

Kimliyindən asılı olmayaraq – sürücüsündən  heyət rəhbərinə kimi hamı bir nəfər kimi  bu səfər boyu müqəddəs bir missiyanın iştirakçısı olmaqdan olduqca razı qalmışdı. Həmçinin uğurla həyata keçən və yekunlaşan bir layihədə bir çox yeni məlumatlar əldə etmiş olmuşduq.

...Duzdağ yoluna çatanda hava qaralmağa başlamış, Naxçıvan şəhəri nurlu bir işıq selinə bürünmüşdü. Nemətullah Naxçıvani üçün çıxdığımız yol başa çatırdı. Maşının pəncərələrindən içəriyə bir irfan mehi dolmuşdu. Ürəklərimizdə belə xoş bir sərinlik hiss edirdik. Bu, səfər boyu bizə yoldaşlıq edən Nemətullah Naxçıvaninin ruhu idi. Hamımız buna inanırdıq...

...Ötən həftənin sonu Naxçıvanda baş tutan “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq konfransının açılış tədbirində Konyaya yollanan heyət də iştirak edirdi. Tədbirin sonunda Naxçıvan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Təfsir alimi” sənədli filmində Konya səfəri də öz əksini tapmışdı. Həmin kadrları izləyərkən gözucu yol yoldaşlarımızı nəzərdən keçirdim. Hər birinin gözlərində qürur və sevinc hisslərini görmək o qədər də çətin deyildi...

Naxçıvan-Sivas-Konya-Ağşəhər-Konya-Ərzincan-Naxçıvan

(son)

Elxan Məmmədov

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-38 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-26 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

18-09-2020-15-19 Xəbərlər

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühü...

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

18-09-2020-13-50 Xəbərlər

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

18-09-2020-13-11 Xəbərlər

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

18-09-2020-12-45 Xəbərlər

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Ötən günün mənzərəsi - VİDEO

18-09-2020-11-13 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

18-09-2020-09-57 Xəbərlər

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev mu...