Uşaqlar bizlərin, xalqımızın və dövlətimizin gələcək davamçıları və varisləridir.

Məhz bu baxımdan hər bir dövlət və cəmiyyət gələcəyini sağlam təməllər üzərində  qurmaq üçün  uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən mühüm vəzifələrindən biri hesab edib. 

Bu gün respublikamızda da uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

Naxçıvan Muxtar Respublikasında uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da daim diqqət mərkəzində saxlanılır, sosial müdafiələrinin gücləndirilməsi istiqamətində bir sıra işlər görülür, bayram günlərində və əlamətdar günlərdə onların görüşlərinə gedilir, hədiyyələr verilir,  problemləri araşdırılaraq həll olunur, zəruri ehtiyacları təmin olunur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün görülən işlərdən biri də onların asudə vaxtlarının səmərəli keçməsi məqsədilə təşkil olunan “Yay məktəbi” olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil olunan üç günlük “Yay məktəbi” başa çatıb. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə aztəminatlı ailələrdən olan uşaqlar, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideyn himayəsində yaşayan uşaqlar olmaqla, ümumilikdə 45 uşaq iştirak edib.

2019-cu il 28 iyun tarixdə başlayaraq iyul ayının 1-də başa çatan, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə iştirak edən uşaqlardan bir neçəsi ilə həmsöhbət olduq və onların bu gəzinti haqqındakı fikirlərini öyrəndik. Uşaqlardan ilk olaraq Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin 8-ci sinif şagirdi, valideyn himayəsindən məhrum Ural Əmirovun fikirlərini öyrəndik. O, bildirdi ki, mənə və qardaşıma daim dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Artıq bundan neçənci dəfədir ki, qardaşımla birlikdə “Yay məktəbi”ndə iştirak edirəm. Burda olmağı çox sevirəm. Çünki vaxtımız burda əyləncəli və maraqlı keçir. Ağbulağın təbiətindən, yaşıllığından, təmiz havasından zövq alırıq. Burada maraqlı oyunlar oynayır, keçirilən müsabiqələrdə və yarışlarda həvəslə iştirak edirik. Həmçinin qeyd etdi ki, istirahət müddətində keçirilən müsabiqələrdə və oyunlarda fəal iştirak etdiyinə görə qardaşı Əmirov Uran diplomla təltif olunub.

Digər həmsöhbətimiz Şərur şəhər 1 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi, şəhid övladı Nuray Cəfərli oldu. Nuray ilk dəfə idi ki, “Yay məktəbi”ndə iştirak edirdi. O fikirlərini bizimlə bölüşərkən çox sevincli və həyəcanlı idi. Nuray dedi:

Mən burda ilk dəfə iştirak edəcəyim üçün əvvəl nə olduğunu tam olaraq bilmirdim. Amma bu üç gün mənim üçün çox maraqlı oldu. Özümə yeni dostlar qazandım, onlarla maraqlı oyunlar oynadıq, müsabiqələrdə iştirak etdik, qızlarla birlikdə ip oynadıq. Ən çox xoşladığım isə stolüstü tennis oynamaq oldu. Bundan sonra hər il belə yay məktəblərində iştirak etmək istəyərəm.

Tətildən razı qalanlardan biri də Culfa rayon Bənəniyar kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, aztəminatlı ailədən olan Xeyrənsə Məhərrəmova idi. Xeyrənsə də “Yay məktəbi”ndə ilk dəfə iştirak edirdi. O bildirdi ki, bura o ailəsi ilə birlikdə də gəlib, lakin dostları ilə burda olmaq daha maraqlıdır. Xeyrənsə dedi:

Biz burda hamımız birlikdə maraqlı oyunlar oynayırıq, müsabiqələrdə iştirak edirik, tarixi kinolara baxırıq və istirahətimiz maraqlı keçir. Ayrı-ayrılıqda nəyi daha çox xoşladığımı deyə bilmərəm, çünki burada hər şey, bizlər üçün yaradılan şərait çox gözəldir. Mən bütün bunlara görə dövlətimizə öz adımdan və ailəm adından minnətdarlığımı bildirmək istəyirəm.

Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi, qaçqın ailəsindən olan Aytac İmamquliyeva da bizimlə öz “Yay məktəbi”ndəki xatirələrini bölüşdü. Aytac dedi:

Bizim istirahətimiz çox yaxşı keçdi. İstirahət müddətində özümüzə yeni dostlar qazandıq, onlarla maraqlı oyunlar oynadıq. Bizə istirahət müddətində çox dadlı yeməklər verilirdi. Həmçinin nəzarətçi müəllimələrimiz bizə çox yaxşı, mehriban davranır, hər qayğımıza qalırdılar. Bu “Yay məktəbi”ndə biz bolluca istirahət etdik və bu istirahətin nəticəsində biz yeni dərs ilinə daha açıq beyinlə, parlaq zəkayla başlayacağıq. Mənim bir qardaşım da var. Mən burda olan xatirələrimi qardaşıma danışdım və gələn səfər oda burada iştirak etməyi çox istəyir.

Digər həmsöhbətimiz isə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi, valideyn himayəsindən məhrum Hicran Ağayev oldu. Hicranı ən sevindirən məqam isə “Yay məktəbi”nin digər bir iştirakçısı olan Eminlə tanış olub dost olması idi. O bildirdi ki, dostu Eminlə birlikdə gün ərzində maraqlı məşğələlərdə iştirak edirlər, hər səhər yuxudan oyanıb səhər idmanı edirlər, digər oğlanlarla birlikdə futbol oynayırlar, gəzintiyə çıxırlar.

Daha sonra isə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin 7-ci sinif şagirdi, ata himayəsində yaşayan Emin Mirzəyevlə danışdıq. Emin dedi:

Mən də bütün yoldaşlarım kimi burada olmağıma çox sevinirəm. İstirahətimiz çox gözəl və səmərəli keçir. Biz burada həm doyunca dincəlirik, həm də öyrənirik. Bizə nəzarətçi müəllimlərimiz mütaliə saatında “Oxunması zəruri olan kitablar”dan verirdilər. Mən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabından bir qədər oxudum və bir çox məlumatlar öyrəndim. Eyni zamanda mənim idmana da həvəsim var. Buna görə də orada oynadığımız idman oyunlarını da çox həvəslə və sevinərək oynadım.

Kəngərli rayon Xok kənd tam orta məktəbinin 7-ci sinif şagirdi, aztəminatlı ailədən olan Zaman İsayev də dostları ilə eyni fikirdə idi. Zaman bildirdi ki, o da “Yay məktəbi”ndə ilk dəfə iştirak edən uşaqlardandır. O, vatının çox əyləncəli və səmərəli keçdiyini dedi. Zaman bizə istirahət müddətində iştirak etdiyi oyun və əyləncələrlə yanaşı, həm də bildirdi ki, “Vətən mənim üçün əziz və müqəddəsdir” mövzusunda keçirilən esse müsabiqəsində də iştirak edib və diplomla təltif olunub. Həmçinin o, bütün bu xatirələrini dostlarına, ailəsinə və sinif yoldaşlarına danışacağı üçün də çox sevincli idi.

Uşaqlarla görüşümüzün yekununda belə bir qənaətə gəldik ki, bu ilki yay məktəbi istər fiziki, istərsə də mənəvi və psixoloji baxımdan uşaqların hər birinin yaddaşına gözəl xatirə kimi dərin izlər buraxmışdır. Bütün bunları, necə şən və xoş əhval-ruhiyyədə olduqlarını onlarla söhbətimiz zamanı gözlərindən oxumaq olurdu.

Həmsöhbət olduğumuz və digər uşaqlar, həmçinin onların valideynləri, himayədər və qəyyumları da istər uşaqları yola salarkən, istərsə də qarşılayarkən uşaqlara göstərilən bu qayğıdan öz razılıqlarını ifadə edərək, dövlətimizə bu diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-38 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Ali Məclisin Sədri Sərəncam imzaladı

18-09-2020-15-26 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də...

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

18-09-2020-15-19 Xəbərlər

Muxtar respublikada müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühü...

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

18-09-2020-13-50 Xəbərlər

Ötən ay muxtar respublikada 102 nəfərə əmək pensiyası təyin olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

18-09-2020-13-11 Xəbərlər

Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında 414 nəfər keçid balını toplayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

18-09-2020-12-45 Xəbərlər

Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri ilə görüşüb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Re...

Ötən günün mənzərəsi - VİDEO

18-09-2020-11-13 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

18-09-2020-09-57 Xəbərlər

Bakı şəhər sakini: Naxçıvanda qonaqpərvərlik, abadlıq, təmizlik gördüm

Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev mu...