Şərur ərazisində çoxlu arxeoloji abidələr, o cümlədən qədim yaşayış yerləri-mağaralar, kurqanlar, nekropollar, qala divarları və başqa maddi-mədəniyyət qalıqları var.

Hazırda bu arxeoloji abidələrin bir çoxunda geniş qazıntı işləri aparılır.

Tədqiq olunan qədim yaşayış məskənləri içərisində Qazma mağarası xüsusi tarixi əhəmiyyət kəsb edir. Tənənəm kəndində yerləşən bu mağara muxtar respublikanın ərazisində ən qədim insan düşərgəsi olaraq, Orta Paleolit dövrünə, yəni eramızdan 60-80 min il əvvələ aid edilir. Qazma mağarasında ilk tədqiqat işlərinə 1983-cü ildə arxeoloq Məmmədəli Hüseynov başlayıb və 1990-cı ilə qədər bu işi arxeoloq Əsədulla Cəfərov davam etdirib. Mağarada aparılan qazıntı işləri nəticəsində tariximiz üçün çox qiymətli olan arxeoloji tapıntılar aşkara çıxarılıb.

Şərurun arxeoloji abidələrindən biri də Dizə kəndi ərazisində yerləşən Ovçular təpəsidir. Bu qədim yaşayış yeri Arpaçayın sol sahilində, çox da hündür olmayan təpənin üzərində yerləşir. Qədim əkinçilik və maldarlıq mədəniyyətini özündə əks etdirən Ovçular təpəsində yaşayış e.ə. IV minilliyin əvvəllərindən başlamış və III minilliyin sonlarına qədər davam etmişdir. Ovçular təpəsi tariximiz üçün çox önəmli olan arxeoloji abidələrdən biridir. 2007-ci ildən etibarən Şərur ərazisindəki bir çox abidələrdə, o cümlədən Ovçular təpəsində daha genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.

Ovçular təpəsində aparılan qazıntının ümumi sahəsi 500 kvadratmetri əhatə edir. Ekspedisiyanın tərkibində xarici ölkələrdən gələn arxeoloqlarla yanaşı, Azərbaycan MEA-nın və onun Naxçıvan Bölməsinin təcrübəli arxeoloqları da iştirak edirlər. Burada aparılan arxeoloji qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrünə aid möhrədən və kiçik çay daşlarından hörülmüş yaşayış evlərinin qalıqları, taxıl məhsullarını saxlamaq üçün quyular, gildən hazırlanmış müxtəlif məişət avadanlıqları, eyni zamanda əkinçilikdə istifadə olunan əmək alətləri aşkar edilib.

Şərurun arxeoloji abidələri içərisində Oğlanqala öz möhtəşəmliyinə və tikinti əzəmətinə görə daha çox diqqəti cəlb edir. Bu arxeoloji abidə Arpaçayın sağ sahilində, eyni adlı kəndin ərazisindəki Qaratəpə dağının üzərində yerləşir. Xatırladaq ki, Qaratəpə dağı bütövlükdə qara mərmər terraslarından ibarət olub, yuxarı hissəsi yastan şəkillidir. Qədim yaşayış yerinin ümumi sahəsi 40 hektardan çoxdur. Tarixi mənbələrdə Oğlanqala abidəsinin e.ə. II-I minilliyə aid olduğu, eyni zamanda, tikili baxımdan Assuriya qala tikililərinə bənzərliyi bildirilir. Oğlanqala abidəsində ilk dəfə 1936-cı ildə arxeoloq Ələsgər  Ələkbərov, 1970-ci illərdə Vəli  Əliyev tərəfindən kəşfiyyat xarakterli qazıntı işləri aparılıb, 1980-ci illərin sonlarında arxeoloq Vəli Baxşəliyev Oğlanqalada daha geniş qazıntı işlərinə başlayıb. 2007-ci ildən etibarən Vəli Baxşəliyevin və Səfər Aşurovun rəhbərliyi ilə Oğlanqalada beynəlxalq ekspedisiya genişmiqyaslı qazıntı işləri aparır.

Bu il ABŞ-Azərbaycan müştərək Beynəlxalq Arxeoloji Ekspedisiyası qədim şəhər-dövlətin mərkəzi olan Oğlanqala yaşayış yerində yenidən tədqiqat işləri həyata keçirir. 400 kvadratmetr ərazidə aparılan qazıntı işlərinə may ayının 20-dən başlanılıb. Tədqiqatların əsas məqsədi isə Naxçıvanın antik dövrə aid tarixi və mədəniyyətinin öyrənilməsidir.

Qeyd edək ki, Oğlanqala eramızdan əvvəl IV əsrdə Azərbaycanda formalaşan Atropatena dövlətinin əsas inzibati, siyasi mərkəzlərindən biri olub. Ötən illərdə qədim yaşayış yerində aparılan tədqiqatlar zamanı Atropatena dövrü ilə bağlı müəyyən tapıntılar əldə edilsə də, həmin dövrə aid yaşayış binalarının, qala divarlarının planları tamamilə aşkara çıxarılmayıb. Ancaq builki tədqiqatlar zamanı ərazidə antik dövrə aid yaşayış binalarının qalıqları, qəbir abidələri və müxtəlif formalı keramika nümunələri aşkar edilib.

ABŞ-ın Pensilvaniya Universitetinin tarixçi alimi, arxeoloq Lauren Rissvet bu yaşayış yerinin böyük sahəyə malik olduğunu və Oğlanqala mərkəz olmaqla, ərazidə bir çox qala-şəhərlər yerləşdiyini bildirib, buranın bütün Qafqaz regionunun mərkəzlərindən biri olduğunu və mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını qeyd edib. Aparılan arxeoloji qazıntılar Oğlanqala abidəsinin açılmamış sirləri haqqında çox şeyləri deyəcəkdir.

Məlumdur ki, son illər muxtar respublikamızın ərazisində olan qədim arxeoloji abidələrin öyrənilməsi, ulu babalarımızdan bizə əmanət kimi qalmış xeyli sayda tarixi abidənin bərpa olunması istiqamətində xeyli işlər görülmüşdür və bu tədbirlər davam etdirilir. Bu, qədim tariximizin, keçmişimizin daha dəqiq və ətraflı öyrənilməsi, təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ərmağan edilməsi baxımından da təqdirəlayiqdir.

                                                                   Allahverdi ƏSGƏRLİ,

   Ələkli kənd tam orta məktəbinin tarix müəllimi

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

07-08-2020-13-30 Xəbərlər

Muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac olunur

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsu...

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

07-08-2020-12-50 Xəbərlər

Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün star...

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

07-08-2020-09-56 Xəbərlər

“Naxçıvan könüllüləri” web-saytının təqdimatı keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində...

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

07-08-2020-09-18 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək...

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

07-08-2020-00-00 Xəbərlər

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsi təsis edilib

Naxçıvanın elm məbədində əldə edilən uğurlar elmə göstərilən qayğının təntənəsid...

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

06-08-2020-18-02 Xəbərlər

Naxçıvanda arıçılar bal süzümünə başlayıb - VİDEO

Naxçıvan balı öz dadı, tamı, üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zaman...

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

06-08-2020-17-39 Xəbərlər

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki...

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06-08-2020-15-00 Xəbərlər

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satı...

Ötən günün mənzərəsi - VİDEO

06-08-2020-14-35 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

06-08-2020-14-27 Xəbərlər

Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin a...