Hələ 1980-ci illərdə mərhum şair Nüsrət Kəsəmənlinin bir şeiri çox məşhur idi.

Şeir “Bir əcnəbiyə cavab” adlanırdı. Haradasa bir tədbirdə əcnəbi jurnalist keçmiş Sovet İttifaqının rəhbərlərindən birinə  sual vermişdi ki, bəs siz dünyada  sülh deyirsiniz, amma sərhədələriniz tikanlı məftillərlə qorunur. Bizimkilər isə açıqdır. Təbii ki, o zaman hamımızın ümumi bir vətəni vardı. Bu sual da sanki bütün vətəndaşlara ünvanlanmışdı. İkinci Dünya müharibəsinin dəhşətlərini görən və imperialist qüvvələr tərəfindən təhdidlərə davamlı məruz qalan bir ölkənin vətəndaşı kimi  Nüsrət Kəsəmənli şeirinin birinci misrasında deyirdi:

Deyirsən sərhəddə bu tikan nədir?

Bizimki açıqdır, istəyirsən keç...

Mənim ki Vətənim bir qızılgüldür,

Qızılgül tikansız, de, olurmu heç?!

Təbii ki,  Vətən həmişə bir gülə bənzəyir, amma bu gül özbaşına, sahibsiz olanda onu istənilən adam qoparıb üzə bilər. Ona görə də, Vətənin məkrli niyyətlə ona doğru uzanan yad əllərə batan tikanı olan təhlükəsizlik  orqanları bu gün onu göz bəbəyi kimi qoruyur. Öz coğrafi mövqeyinə görə həssas geosiyasi, yeraltı və yerüstü təbii ehtiyatları ilə  zəngin məkanda yerləşən Azərbaycan, onun bir hissəsi olan Naxçıvanda bu məsələ həmişə tarixən  aktual olub və yəqin ki, bundan sonra da olacaq. Çünki bizim taleyimizə işğalçı bir ölkə-Ermənistan kimi  təcavüzkarla qonşu olmaq düşüb.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də iştirak etdiyi Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə bu məsələ bir daha gündəmə gətirildi.

Bu danılmaz faktdır ki, Azərbaycanda təhlükəsizlik xidmətinin peşəkar şəkildə milli kadrlarla fəaliyyəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqının ən güclü zamanında milli dəyərlərin  qəsdən  arxa plana keçirildiyi vaxtlarda Azərbaycanda hakimiyyətə gələn Ümummilli lider bu sistemdə azərbaycanlı  kadrların yetişdirilməsi üçün uzaqgörən addımlar atdı. Nəticədə həmin kadrlar 1990-cı illərdə müstəqil olan Azərbaycanın milli maraqlarının qorunmasında Ümummilli liderlə birlikdə mübarizə apardılar.

Təbii ki, məhz bunun nəticəsində 1990-cı illərin gərgin ictimai-siyasi sınaqlarından  Azərbaycan dövlətçiliyi qətiyyətlə çıxdı. Bir məqamı diqqətə çatdırmaq yerinə düşər ki, milli maraqlar və dövlətçilik təkcə xüsusi xidmət orqanları, ordu, sərhəd, polisin gücü ilə qorunmamalıdır. Bu sahədə fəaliyyət göstərən insanlar da Azərbaycan vətəndaşlarıdır. Onlarla bərabər Vətənin, dövlətin toxunulmazlığı hamı-bütün vətəndaşlar tərəfindən diqqətdə olmalı, həyat tərzi, yaşam amalına çevrilməlidir. Bu gün dünyanın bir sıra ölkələrində bu məsələ çox vacib bir məqam kimi diqqətdə saxlanılır. Yəni insanların həyatında dövlətçilik əleyhinə yönələn hər hansı bir hadisə və ya hal dərhal vətəndaş müdaxiləsi ilə üzləşir.  Çünki hamı yaxşı başa düşür ki, bu Vətən, torpaq, dövlət onun və övladarınındır. Onun təhlüksizliyi, müstəqilliyi, süverenliyi və ya milli maraqlarının əksinə nə baş verərsə deməli bu birbaşa onun da taleyinə, həyatına, gələcəyinə mənfi təsir edən hal olacaq. İstər daxildən, istərsə də xaricdən kənar təsirlərə  məruz qalan bir dövlət və vətəndaşları təbii ki, az bir zamanda  məhvə məhkumdur. Ona görə də, Azərbaycan adlanan inkişaf edən bir dövlətin bu günü və sabahının təhlükəsizliyi birinci növbədə onun vətəndaşlarının sayıqlığından asılıdır.

Vətənpərvərlik hər kəsin qanında, düşüncəsində  olmalıdır. Bu ailədə, cəmiyyətdə, ictimai düşüncədə formalaşmalı, geniş şəkildə həyatda tətbiq edilməlidir. Milli və dövlətçilik maraqları hər bir şeydən üstün tutulmalı, öndə gəlməlidir.   

Təhlükəsizliklə bağlı tədbirdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əfsanəvi sovet kəşfiyyatçısı Yuri Andropovun bir fikrini səsləndirdi:  “Bir tərəfdən siyasi vəziyyət var, digər tərəfdən əməliyyat vəziyyəti. Bunlar hər zaman üst-üstə düşmür: iki dövlət yaxşı siyasi əlaqələr saxlaya bilər, amma eyni zamanda kəşfiyyatçılar və əks-kəşfiyyatçılar səylə mübarizə aparmalıdır”. Bu ifadənin arxasında hər bir vətəndaşın öz ölkəsinin təhlükəsizliyi ilə bağlı məsuliyyəti dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının hər bir vətəndaşı üçün dünyanın müxtəlif ölkələrinə sərbəst səfərlər etmək, səyahətə getmək adi haldır. Amma hər bir vətəndaş unutmamalıdır ki,  o getdiyi ölkədə Azərbaycanı, azərbaycançılığı təmsil edir. Əcnəbi (istər yaxın, istərsə də uzaq) ölkələrin vətəndaşları ilə təmas qurulan zaman dəfələrlə özüm də şahidi olmuşam ki, nədənsə ilk sualları ölkənin ictimai-siyasi vəziyyəti ilə bağlı olur. Yəni yaşayış, güzəran, iş yerləri, aldığın maaş həmsöhbətlərin üçün maraqlı gəlir. Bu məqamda unutmaq olmaz ki, bu insanlar heç də bizə canıyananlıq üçün bu işlərlə maraqlanmırlar. Bu gün Azərbaycanın dünyada yetərincə nüfuzu, sürətli inkişafi və iqtisadi qüdrəti hamıya yaxşı məlumdur. Bu cür adamlar isə verdikləri suallarla ölkənin daxili sabitliyi, yaşayışı və təhlükəsizliyini bizim dilimizdən eşitmək istəyir, bir növü sayıqlığmızı yoxlayırlar. Əgər bu hal rastınıza çıxarsa bilin ki,  “canıyananlılıqla” verilən bu sualların arxasında sizə qarşı qayğıkeşlik deyil, hansısa məkrli planın bir hissəsi dayanır. Təbii ki, verdiyimiz cavab da bizim öz vicdanımız və dövlətçiliyimiz qarşısında daşıdığımız məsuliyyətdir.

Mən hələ qonaq, turist, dindar, elm adamı və digər zümrələrin nümayəndəsi kimi ölkəmizə gəlib, vətəndaşlar arasında zərərli ideologiya yaymağa, gizli yolla öz maraqlarını bizə sırımağa çalışan, daxilimizdəki iradəsi zəif olanları, xüsusilə də gəncləri “tora salmaqla” ələ almaq üçün dəridən-qabıqdan çıxanların uğursuz cəhdlərini demirəm.  

Etiraf edək ki, dünyada hər bir dövlətin öz maraqları onun xüsusi xidmət orqanları  üçün mühüm əhəmiyyət kəsb edir. Belə olan halda biz niyə öz maraqlarımızı kiməsə güzəşt etməliyik?!  

Bu gün sevindirici haldır, Naxçıvan Muxtar Respublikasında  təhlükəsizlik tədbirləri əsl peşəkarlıqla, ustalıqla həyata keçirilir. Ərazi bütövlüyümüzə, milli maraqlarımıza, dövlətçiliyimizə zərbə vuracaq hər bir halın qarşısının vaxtında alınması üçün fəaliyyət göstərən peşəkarlarla yanaşı maddi texniki bazası gücləndirilən  idarələr, qurumlar da mübarizə aparır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  dediyi kimi:  “Naxçıvan Muxtar Respublikası strateji mövqedə yerləşir. İşğalçı ölkə ilə sərhədin olması, ehtimal olunan təhdid və risklər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri edir. Ona görə də, muxtar respublikanın xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidirlər”.

Bütün bu işlər isə sözsüz ki, vətəndaş həmrəyliyi, sayıqlığı və milli düşüncəsinin dəstəyi ilə hərtərəfli şəkildə dəstəklənməklə davam etməlidir. Heç kəs unutmamalıdır ki, bu Vətən və müstəqil dövlət bizimdir. Onun sabitliyi, müstəqilliyi və toxunulmazlığı bizə yadigar qoyulub. Onu olduğu kimi gələcək nəsillərə də çatdırmaq bizim mənəvi və vətəndaşlıq borcumuzdur.

 

Səməd Canbaxşiyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

18-07-2019-21-52 Xəbərlər

Naxçıvan ədəbi mühitinin yetirməsi Kəmalə Ağayeva vəfat edib

Bu gün şair, dramaturq Kəmalə Ağa qızı Ağayeva vəfat edib. Kəmalə xanım 1936-cı ...

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

18-07-2019-21-26 Xəbərlər

YAP Babək Rayon Təşkilatının iclası keçirildi

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 2019...

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

18-07-2019-20-01 Xəbərlər

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı azalıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin mətbuat...

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

18-07-2019-18-58 Xəbərlər

Əsgər Abdullayev “Araz-Naxçıvan”la müqavilə imzaladı

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının icl...

Naxçıvanda sabaha olan hava proqnozu

18-07-2019-17-11 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

18-07-2019-12-40 Xəbərlər

Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi mə...

Ötən günün mənzərəsi - VİDEO

18-07-2019-11-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Daimi nümayəndəliyin rəhbəri tədbirdə iştirak edib

18-07-2019-10-41 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Qədim, ulu – bu günsə, cavan Naxçıvan- tarixi diyarda ilk dəfə olan jurnalist yazır…

18-07-2019-10-23 Xəbərlər

Qədim, ulu – bu günsə, cavan Naxçıvan- tarixi diyarda ilk dəfə olan jurnalist yazır…

Azərbaycanın bu qədim, dilbər guşəsi olan Naxçıvanla bağlı məqalələrimdə onu da ...

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

17-07-2019-19-02 Xəbərlər

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

Muxtar respublikada həyata keçirilən quruculuq işlərinin növbəti ünvanı Babək ra...

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

17-07-2019-18-20 Xəbərlər

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

17-07-2019-17-37 Xəbərlər

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxt...

Naxçıvanda sabaha olan hava proqnozu

17-07-2019-16-17 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb....

Новости Нахчывана - VİDEO

17-07-2019-14-17 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

17-07-2019-13-02 Xəbərlər

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi ...

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

17-07-2019-12-43 Xəbərlər

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

İyulun 17-də səhər saatlarında Naxçıvan-Bakı istiqamətində aviareys həyata keçir...

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

17-07-2019-12-07 Xəbərlər

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yay tətili günlərində ümumtəhsil m...

Ötən günün mənzərəsi - VİDEO

17-07-2019-10-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

17-07-2019-09-36 Xəbərlər

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respubl...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...