Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Gecə Qar

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında son illərin ən sərt qışı yaşanır.

Artıq termometrlər gecə saatlarında 15-20 dərəcə şaxtanı göstərir. Amma qışın sərt havasında da bənzərsiz Naxçıvan təbiəti insanları heyran edir. Dünən axşam saatlarında yağan qar da gözəl ab-hava yaradıb.

Şaxtanın sehirli fırçasıyla yaratdığı tablolar, ağacların min bir naxışla bəzənən ağ libası, qarın gətirdiyi sakitlik yenə də insanları heyran edən mənzərələr yaradıb. Həmin saatlarda Naxçıvan şəhərində gəzintiyə çıxan sakinlər qarın və şaxtanın yaratdığı mənzərələri heyranlıqla seyr ediblər.

Baloğlan Kərimov

NTVxəbər

www.naxcivantv.az