Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda Novruz çərşənbələrinin vaxtı açıqlandı

Bu il Naxçıvanda qeyd ediləcək Novruz çərşənbələrin vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə Naxcivantv.az-a bildirib ki, 2017-ci ildə ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edir. Fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Yel, martın 7-də Torpaq, martın 14-də isə sonuncu Od  çərşənbəsi qeyd olunacaq.

Qadir Qədirzadənin sözlərinə görə, Naxçıvanda əhali arasında qışın sоn ayı “çilləbеçələr” və ya “çərşənbələr” adı ilə dörd yеrə bölünür. Göy üzünün daha çоx buludlu оlması ilə əlaqədar bu dövr “bоz ay” da adlanır. Xalq arasında оlan inama görə, kiçik çillədən sоnrakı ilk çərşənbədən başlayaraq Nоvruz bayramına qədərki hər çərşənbədə təbiətdə müəyyən dəyişikliklər baş vеrir. Tоplanmış еtnоqrafik materiallara söykənərək dеmək оlar ki, Naxçıvanda hər çərşənbənin ayrıca adları vardır. Həmin adlar bölgələr üzrə fərqlənsələr də, birinci çərşənbə “əzəl, yalançı” çərşənbə, ikinci çərşənbə “xəbər, külə” çərşənbə, üçüncü çərşənbə “quyruqlu, qara” çərşənbə, dördüncü “axır (ilaxır)” çərşənbə adlanır.

Onu da qeyd edək ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsadxanasından verilən məlumata görə, yaz fəslinin Azərbaycana gəlişi isə martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.

Rauf Əliyev
NTVxəbər

www.naxcivantv.az