Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“The Washington Times”: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib”

ABŞ-da çıxan “The Washington Times” qəzetində avstraliyalı siyasi şərhçi, Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan Castin Emlerin Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini özündə əks etdirən məqaləsi dərc olunub.

 Naxcivantv.az-ın məlumatına görə, Castin Emler Cənubi Qafqazın geosiyasi reallıqlarını, burada gedən prosesləri aydın şəkildə oxucuya izah edib və Donald Tramp administrasiyası tərəfindən regiondakı vəziyyətə yeni baxışın vacibliyini əsaslı arqumentlərlə əsaslandırıb. Müəllif Azərbaycanın Dağlıq Qarabağ regionuna görə Ermənistan ilə Azərbaycan arasında dondurulmuş münaqişə ətrafında vəziyyətin ABŞ-ın xarici siyasəti üçün mühüm elementlərdən biri olduğunu vurğulayıb.

Ekspert Ermənistanın Azərbaycana təcavüzündən yazarkən qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə aparıb və bu ərazidəki Azərbaycan əhalisini ketləvi şəkildə qətlə yetirib. ATƏT-in Minsk qrupunun köməyi ilə bir neçə dəfə razılaşma əldə etmək cəhdi olub, amma uğursuzluqla nəticələnib. Bu yaxınlarda erməni əsgərləri Ermənistan - Azərbaycan sərhədini keçərək, Azərbaycanın mövqelərinə hücum ediblər.

Castin Emler yazır ki, Ermənistan mediası hücumun Azərbaycanın xüsusi təyinatlı dəstəsi tərəfindən olduğunu əsaslandırmağa çalışaraq, vəziyyəti təhrif edib və öldürülmüş, lakin yanında heç bir xüsusi təchizatı olmayan Azərbaycan əsgərinin fotosunu dərc edib.

Bu hadisə Ermənistanın 2016-cı ilin aprelində təcavüzünün davamı olub. Onda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərib, nəticədə ərazisinin xeyli hissəsini, o cümlədən strateji yüksəklikləri azad edib.

 

Rauf Əliyev

NTVxəbər

www.naxcivantv.az