Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şərq döyüşü

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Muxtar respublika stadionunun konfrans zalında məşqçi və idmançıların iştirakı ilə keçirilən tədbirdə öncə federasiyanın sədr müavini Cavanşir Salayev ötən il ərzində qazanılan uğurlardan danışıb. İdmançıların ustalıq səviyyəsinin artırılması məqsədilə Bakı şəhərindən dəvət olunan məşqçi və mütəxəssislərin rolunu diqqətə çatdıran sədr müavini görülən işlərlə kifayətlənməyəcəklərini və yeniyetmələrin, gənclərin  idmana cəlbi  istiqamətində səylərin davam etdiriləcəyini qeyd edib. Taekvondoçu Tulin Ələkbərovanı nümunə göstərən Cavanşir Salayev zamanla onun kimi istedadlı qadın idmançıların artacağına inamını ifadə edib.

Sonra federasiyada fəaliyyət göstərən məşqçilər ötən il əldə edilən uğurlardan danışıb, idmançıların hazırlıq səviyyəsi barədə məlumat veriblər. Həmçinin cari ildə federasiyanın iş planı təsdiq edilib.

Sonda Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirədə qarşıya qoyulan vəzifələr haqqında məşqçi və idmançıları məlumatlandırıb.

E.Səmədov

NTVxəbər

www.naxcivantv.az