Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

"Ötən il təkcə aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb".

"Ötən il təkcə aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb".

 Bu barədə naxcivantv.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir.  Belə ki, aprel döyüşlərindən sonra Azərbaycan tərəfinin səsləndirdiyi rəqəmləri hətta bəzi erməni müstəqil hərbi ekspertləri də təsdiqləyiblər.

Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir.

“Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib”- deyə Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib.

 

www.naxcivantv.az